Rusiya, Azərbaycan və İran prezidentlərinin noyabrın 1-də Tehranda keçirilən görüşünün gündəminə şimalda Baltik və Avropa ölkələrini, cənubda isə İran, Hindistan və Pakistanı birləşdirməli olan masştablı «Şimal-Cənub» nəqliyyat dəhlizi layihəsinin müzakirəsi daxil olmuşdur.

Nəqliyyat marşrutunun uzunluğu Sankt-Peterburqdan(Rusiya) Mumbay (Bombey) limanınadək təxminən 7,2 min kilometr təşkil edir. Planlara görə, yüklərin həmin quru nəqliyyat xətti vasitəsilə çatdırılma müddətı elə eyni, ancaq dəniz yolu marşrutu ilə Süveyş kanalı vasitəsilə limandan limana 40 gün çatdırılma müddəti fonunda 14 gün təşkil edəcək. Bununla yanaşı, yük daşımanın dəyəri əhəmiyyətli dərəcədə ucuz başa gəlmiş olacaq.

Birinci mərhələdə dəhliz vasitəsilə ildə altı milyon ton, sonralar isə, 15-20 milyon ton yük nəql etmək planlaşdırılır.

«РЖД» («Rusiya Dəmir Yolları») Açıq Səhmdar Cəmiyyətinin eks-prezidenti Vladimir Yakuninin sözlərincə, «Rusiya, Azərbaycan və İran yolları arasında fasiləsiz rabitə şəbəkəsinin yaradılması» ölkələr arasında nəqliyyat əlaqələri qurulmasının zəruri elementidir. 1015503746
Və bu kontekstdə qeyd etmək lazımdır ki, Azərbaycan «Şimal-Cənub» layihəsinin RF və İran arasında birbaşa əlaqə yaratmağa imkan verən mühüm qoludur.

Oktyabrın 30-da Azərbaycan prezidenti İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində bildirib ki, rəsmi Bakı «Şimal-Cənub» layihəsi çərçivəsində özünə aid işləri tamamilə yerinə yetirmiş və tərəfdaş ölkələrdə marşrutun inkişafına kömək edir. Və elə həmin gün İran KİV-i məlumat vermişlər ki, İran Astara (İran)- Astara (Azərbaycan) dəmir yolunun çəkilməsi üzrə işləri başa çatdırmışdır. Yəni, layihə faktiki olaraq işə salınmağa hazırdır.

Siyasi-iqtisadi mahiyyət

Rusiya Elmlər akademiyası Şərqşünaslıq İnstitutunun Yaxın və Orta Şərq ölkələri Tədqiqat mərkəzinin baş elmi işçisi Lаnа Rəvandi-Fədai hesab edir ki, «Şimal-Cənub» layihəsi iqtisadi sahə ilə yanaşı, geosiyasi səciyyə də daşıyır.

«O, ölkələr arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi, regionda sülhə və sabitliyə dəstək, xarici təhdidlərə müqavimət və deməli, qeyri-regional xarici hədələrə də cavab verə bilən yeni regional təhlükəsizlik sisteminin formalaşması üçün zəmin yaradır», – deyə o, Dalma Newsə bildirmişdir.

Azərbaycan eksperti Tofiq Abbasov da layihənin «böyük siyasi tərkibinə» istinadla Rusiya şərqşünasının fikrilə razılaşmışdır. «Qabarıq ifadə olunmuş iqtisadi əməliyyatların həyata keçirilməsi sabit siyasi çalar kəsb edir, çünki ən funksional siyasət kimi uğurla realizə olunan iqtisadi fəaliyyəti təmsil edir. Bu mənada Şimal-Cənub dəhlizinə xidmət göstərəcək və geniş xidmətlər spektrindən istifadə edəcək dövlətlər getlikcə artan beynəlxalq daşımaların sıx torunda yeni marşrutdan istifadənin səmərəliliyi haqqında danışmaq üçün bir çox əsaslara malik olacaqlar »,— deyə ekspert Dalma Newslə söhbətində qeyd etmişdir.

Rusiya Elmlər akademiyasının Y.M.Primakov adına Dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər institutunun Postsovet araşdırmaları mərkəzinin (ИМЭМО) aspirantı Fərhad İbrahimov hesab edir ki, tərəflərdən hər biri bu layihədən özü üçün maksimal fayda çıxarmağa çalışacaq ki, Azərbaycan da burada istisna deyil.

«Zənnimcə, layihə məsələn, Ermənistan-azərbaycan Dağlıq qarabağ münaqişəsi xətti üzrə həm Rusiya, həm də İranla əlaqələr aparmaq üçün müəyyən alver vasitəsi ola bilər», — deyə o bəyan etmişdir.

Рerspektivdə layihənin genişləndirilməsi

T.Abbasov vurğulayıb ki, bir çox Avrasiya kontinenti ölkələrinin «Şimal-Cənub» dəhlizinə qoşulmasının aydın perspektivi mövcuddur və bu kontekstdə böyük diversifikasiya (şaxələndirmə) bazası var.

«Yəni gələcəkdə yolun ox hissəsindən yeni yollar ayrıla bilər. Yeri gəlmişkən, xatırlamaq olar ki, bu gün real fəaliyyət göstərən nəqliyyat-kommunikasiya dəhlizləri ilə yanaşı, daha birisi — Şimali Avropa ölkələrini son dərəcə maraqlandıran Cənub-Qərb dəhlizi də meydana çıxmışdır. Söz yeni qolların salınma imtiyazlarından maksimum istifadəyə hazır olan Polşa, Almaniya, Çexiya və digər ölkələrdən gedir. Azərbaycan, İran, Türkiyə, Gürcüstan isə elə Cənub-Qərb formatına maraqla yanaşan ölkələrdir», – deyə ekspert qeyd etmişdir .

Строительные работы
Строительные работы

Qeyd edək ki, ötən həftə Pakistan səfiri Səid Xan Мohмənd bildirib ki, Pakistan və Azərbaycan İslamabadın «Şimal-Cənub» layihəsinə qoşulma imkanını müzakirə edir. Belə bir marağı Belarus da ifadə etmişdir. və olan hər yerdə istifadə

İbrahimovun fikrincə, belə bir maraq layihənin digər ölkələr üçün də yüksək cəlbediciliyindən xəbər verir.

«Bu, artıq onu göstərir ki, vaxt keçdikcə, layihə digər ölkələr üçün daha çox cəlbedici olur. Əlbəttə, digər ölkələrin MTK-ya cəlbi müsbət dinamika nümayiş etdirən obyektiv göstəricilərə əsaslanır. Belə ki, məsələn, 2017-ci ilin əvvəlindən «Şimal-Cənub» MTK üzrə yük daşınması 20% – dən çox artmışdır. 2016-cı illə müqayisədə, konteyner daşımalarının həcmi 2,5 dəfə artmışdır. Bu, rəqəmin daha da yüksələcəyinə bariz nümunədir», — deyə o bildirmişdir.

Xəzər və Şimal-Cənub layihəsi

RF XİN-nin Xüsusi tapşırıqlar üzrə səfiri, prezidentin həmsərhəd dövlətlər— MDB üzvlərilə sərhədlərin delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi İqor Bratçikovun qənaətinə görə, artıq tərəflərin statusa dair gələcək konvensiyanın əksər maddələri üzrə razılaşma əldə etdiklərini nəzərə alsaq, 2018-ci ildə Xəzərin hüquqi statusuna dair razılaşmaya nail olmaq üçün bütün şanslar mövcuddur .

Rəvandi-Fədai hesab edir ki, «Şimal-Cənub» layihəsinin inkişafı tərəflərin Xəzərin statusunu tezliklə razılaşdırmasına təkan olacaq.

«Əlbəttə, Xəzər dənizinin statusu haqqında razılaşmaya bir çox amillər təsir göstərir, lakin istisna etmək olmaz ki, «Şimal-Cənub» dəhlizi inkişafının da həmçinin bu məsələyə müsbət təsiri olacaq »,- deyə o qeyd etmişdir.

Öz növbəsində İbrahimov qeyd edib ki, Xəzər problemi yetərincə mürəkkəb məsələdir və o tezliklə həll olunmayacaq.

«Bundan başqa, «Şimal-Cənub» layihəsi Qazaxıstan və Türkmənistan vasitəsilə deyil, məhz Azərbaycandan keçmə məqsədini daşıyır, belə ki, İranın bu dövlətlərlə öz arasında münasibətlərin inkişafı üzrə bir qədər digər iqtisadi görüşləri var», — deyə o vurğulamışdır.

İran 

İbrahimov həmçinin belə bir fikir bildirmişdir ki, hətta ABŞ tərəfindən İrana qarşı növbəti sanksiyaların bərpası halında onlar «Şimal-Cənub» layihəsinin həyata keçirilməsinə zərər vura bilməzlər, belə ki, həm İran, həm də Rusiya sadəcə olaraq öz iqtisadiyyatlarının şaxələndirilməsində maraqlıdırlar.

«Nəqliyyat dəhlizi çərçivəsində yük daşımalarının yüksək artımı İrana «Şimal-Cənub» layihəsi xətti üzrə tərəfdaş –ölkələrlə öz münasibətlərinin inkişaf etdirilməsinə mümkün təkrar sanksiyaların təsirinə yol verməyəcək. Təhlükəsizlik və iqtisadi əlaqələrin genişləndirilməsi sahəsində qarşılıqlı əməkdaşlıq — Rusiya, Azərbaycan və İranın başlıca qarşılıqlı əlaqəsidir», – deyə o vurğulamışdır.

7136658

Azərbaycan politoloqu T.Abbasov hesab edir ki, ABŞ Birgə hərtərəfli fəaliyyət planı müqaviləsindən (СПВД) birtərəfli şəkildə çıxdmaqla belə bir «demarşa» cəsarət göstərə bilməz.

«İndi, doğrudan da, yadlaşma, özgəninkiləşdirmə hasarları qurmaq vaxtı deyil. İnnovativ həll yolları vasitəsilə dünya iqtisadiyyatını sabitləşdirmək lazımdır və hazırda buna daha çox fəaliyyət qabiliyyətli qüvvələr istiqamət almışlar. Odur ki, məncə, Ağ ev İran ilə nüvə razılaşmasından çıxmağa dair səs-küylü müraciətindən sonra öz sözündən dönəcək …»,- deyən ekspert əlavə etmişdir ki, ABŞ çıxarsa, İranın «ehtiyat çəkilmə variantları var».*

Rəvandi-Fədai göstərir ki, sanksiyalar layihənin həyata keçirilməsinə, heç cür təsir göstərə bilməz, çünki marşrutun paylayıcı mərkəzləri İrana qarşı tətbiq olunan sanksiyalara riayət etməyən ölkələrdə yerləşir.

Beləliklə, belə bir nəticəyə gəlmək olar ki, layihə özünün bütün tərəflərinə böyük faydalar vəd edir və mümkün genişləndirilmə perspektivində orada yeni ölkələr iştirak edə bilərlər. Bəlkə də, yaxınlarda İran və Azərbaycan tərəflərilə infrastrukturun yaradılması üzrə işlərin başa çatmasını nəzərə almaqla noyabr 1-də layihənin ehtimal başlanğıc tarixi və onun realizəsində səmərəliliyinin təxmini qiymətləri elan olunacaq.

Hazırlayanı Sаdiq Dadaşlı