Azərbaycan, Türkiyə və Gürcüstanın əməkdaşlığı «üçtərəfli ittifaqın»  formalaşmasına gətirib çıxaracaqmı? Bakı Moskvanın maraqları xilafına NATO ilə münasibətlərini inkişaf etdirəcəkmi? Rusiya və ABŞ  nəyə görə  öz hərbçiləri üçün danışıqlar yerı timsalında Bakını seçmişlər? Dalma Newsin bu və digər suallarını «Cənubi Qafqaz» politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə və politoloq Tofiq Abbasov cavablandırmışlar.

Siz Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının görüşünü  necə qiymətləndirirsiniz? Ankara, Bakı və Tbilisinin əməkdaşlığı nə qədər uzağa gedə bilər? Gələcəkdə regionda onların üçlük ittifaqının formalaşmasını gözləməyə dəyərmi?

İlqar Vəlizadə: Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq formatı  iyirmi ildən artıq tarixə malikdir və müstəsna olaraq hər üç tərəfin əvvəlki illərdə həyata keçirilən və realizəsi qarşıdaki illərdə də nəzərdə tutulan bir çox layihələrində ifadə olunan maraqlarına söykənir. Bu əməkdaşlığın necə çoxşaxəli və çoxfaktorlu olduğunu başa düşmək üçün bu layihələrin siyahısının təkcə bir sadalanması kifayət edər. Yalnız enerji sahəsindəki layihələrə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və onun davamı kimi TANAP VƏ ТАP daxildir. Nəqliyyat sahəsində isə Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı-Batumi-Trabzon аvtomobil yolu. Həm də üç ölkəni birləşdirən yüksəkvoltlu ötürücü xətlərin, TASİM layihəsi çərçivəsində optik-lif kabelinin çəkiliş layihələri və s.var. Bütün bunlar milyardlarla dollar dəyərində qiymətləndirilir və qat-qat çox fayda verməyə xidmət edir. Üçtərəfli ittifaqa gəlincə, hazırda ona elə xüsusi bir ehtiyac yoxdur. Artıq yetərincə çevik və davamlı olan mövcud münasibətlər formatını inkişaf etdirmək kifayətdir.

402502463

Tofiq Abbasov: Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının görüşləri daimi olmaqla üçlük formatında əməkdaşlığın davamlı inkişafını təsbit etmiş olur. Üçlük ölkələri arasında elə əlaqələr yaranıb ki, onlar qabaqcadan regionun geoiqtisadi mənzərəsini davamlı kimi səciyyələndirib müəyyənləşdirir. Məhz bu üç qonşu dövlətlərin səyləri sayəsində qitələrin qovuşduğu məkanda rol ojynayan Xəzər-Qara dəniz hövzəsinin inteqrasiya şöhrəti nəzərəçarpacaq dərəcədə artmış və mühüm sabitləşdirici əhəmiyyət kəsb edir. Bu üçbucaq çərçivəsindəki qarşılıqlı əlaqələr ildən-ilə vüsət alıb genişlənir. Üçlüyün səylərinin üst-üstə düşdüyü yeni istiqamətlər üzə çıxır. Bu ondan xəbər verir ki, qarşılıqlı əlaqələr zamanı siyasi seqment də inam hissi aşılayır. Təsadüfi deyil ki, üçlüyün ölkələri birgə hərbi təlimlər keçirməyə, regional təhlükəsizlik sahəsində strateji informasiya mübadiləsinə başlamışlar.

Bütün bunlar onu göstərir ki, Ankara, Bakı və Tbilisi öz ölkələrinin maraqlarının üst-üstə düşdüyü qızıl nöqtəni tapmışlar. Artıq üçlər ittifaqı konturlarının yaranması və onların ancaq möhkəmlənəcəyindən inamla danışmaq olar.

Ermənistan NATO-nun Gürcüstandaki təlimlərində iştirakdan imtina etmiş, onun əvəzinə isə təlimlərdə Azərbaycan iştirak etmişdir. Bu nədən xəbər verir? Azərbaycan Türkiyə və NATO tərəfə daha artıq meyl göstərəcəkdirmi?

İ. B.: Azərbaycan heç vaxt «bunun acığına və əksinə hərəkət et» prinsipilə getməmiş və bu dəfə də o yolu tutmamışdır. Odur ki, Ermənistanın NATO təlimlərində iştirakdan imtinası heç də o demək deyil ki, Bakı həmin təlimlərdə iştiraka İrəvanın mənliyi və şəxsiyyətinə toxunmaq üçün razılıq vermişdir. Əlbəttə, Azərbaycan tərəfi üçün öz ərazisinin bir hissəsini işğal edən ölkə ilə təlimlərdə iştirak etmək bir növ nonsens olardı, lakin qarşılıqlı münasibətlərini uzunmüddətli perspektivləri də nəzərə alınmaqla və təkcə Cənubi Qafqaz deyil, daha geniş coğrafiyanın təhlükəsizliyi ilə bağlı prioritetli məsələlərin böyük siyahısının həll perspektivləri əsasında Azərbaycan ümumiyyətlə NATO ilə qarşılıqlı əlaqələrini qurur.

Seçilən kurs və meylə gəlincə, burada o yoxdur. Azərbaycan rəsmən Qoşulmama hərəkatının üzvüdür və bu mənada NATO-ya daxil olmaq iddiasında olmadığını bildirərək, Bakı üçün NATO-ya münasibətin öz hədləri var ki, Azərbaycan bunu heç vaxt gizlətməmişdir.

T.A.: Azərbaycan öz çoxvektorluluq doktrinasına sadiqdir. Hərbi bloklarda olmayan Bakı özünü ağır öhdəliklərlə yükləməyərək, tədricən əsas qütblərlə əməkdaşlığı artırır. Bakının NATO ilə əməkdaşlığındaki format çox funksionaldır və müharibə şəraitində olan ölkənin ehtiyacları üçün faydalıdır. Heç kimə sirr deyil ki, Azərbaycan öz ordusu üçün müəyyən NATO standartları dəsti əldə etmiş, «Sülh naminə tərəfdaşlıq» proqramında, Əfqanıstan və İraqdaki sülhməramlı əməliyyatlarda iştirak edir. Bu, onun istək və gözləntiləri baxımından Bakını qane edən o səviyyədir ki, bunu «ağıllı yetərlilik» anlayışı kimi yozmaq olar.

Lakin bütün bunlar Azərbaycana Rusiya, Belarus, Qazaxıstan və digər etibarlı tərəfdaşlarla daha qısa yolla hərbi-texniki əməkdaşlığa mane olmur. Elə ölkədə müttəfiq və tərəfdaşlarla qarşılıqlı əlaqələrdəki rasionallığın rəhni balanslaşdırılmış yanaşma, ikitərəfli formatda siyasi dialoqun səlistliyi və aydınlığıdır.

T_Abbasov

Azərbaycanın iştirakı ilə bu proseslərə Moskvanın reaksiyası necə olacaq?

İ.V.: Eelə həmişə olduğu kimi. Moskva Bakının NATO ilə təmaslardaki praktiki marağının xarakterini çox gözəl anlayır və özünə hesabat verir ki, Azərbaycan Moskvanı sərt reaksiyalara sövq edə bilən addımlar atmayacaq. Azərbaycan öz ərazisində heç bir xarici baza yerləşdirmək, qonşularının maraqlarına qarşı yönəlmiş hər hansı planlarda iştirak etmək niyyətində deyil. Bu, Moskva üçün tamamilə kifayətdir, qalan hər şey isə Azərbaycanın öz suveren hüququdur.

T. A.: Gördüyümüz kimi, Moskva prezident İlham Əliyevin öz söz və öhdəliklərinə həmişə sadiq olduğunu anlayaraq Bakının söz gedən müstəvidəki hərəkətlərinə çox soyuqqanlıqla yanaşır. Bir diqqət yetirin, Ermənistan Azərbaycana silah təchizatı ətrafında nə qədər səs-küy qaldırır. Məgər Bakı kimisə təhdid edir? Və ya onun öz qonşularına ərazi iddiaları var? Yox və bir daha yox. Azərbaycan hamıya ümumi rifah gətirən adekvatlığını, mehriban qonşuluq, regional inteqrasiya prinsiplərinə sadiq olduğunu sübut etmişdr. Məhz bu səbəbə görə, Moskva və digər qonşular həm özü, həm də öz tərəfdaşları üçün çalışan Azərbaycanın etibarlılığına əmindirlər. Təəssüf ki, əvvəlkitək regionda risklərin və yeni çağırışların yaradıcısı olan İrəvan bu açıq-aydın həqiqəti heç cür anlamaq istəmir.

Bu günlər Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimov Bakıda NATO hərbi komitəsinin sədri Pyotr Pavel, həmçinin Azərbaycan rəhbərliyi ilə danışıqlar aparmışdır. Bu görüşü necə şərh edərdiniz? Regiondaki vəziyyət və Azərbaycanın qlobal oyunçularla əlaqələri üçün onların nəticələri?

20170907_170907-cmc-russian-chod2

İ. V.: Azərbaycan paytaxtında baş qərargah rəislərinin görüşü əsas güc mərkəzlərindən uzaqlaşmış və regionda müstəqil rol oynamağa qadir oyunçu timsalında Bakının əhəmiyyətini bir daha nümayiş etdirmişdir. Bu əhəmiyyət həm də cənub-qərbi Asiya, eləcə də onun hüdudlarından kənarda, o cümlədən rəqib ölkələr və bloklar üçün sabitlik naminə dialoqu təmin edərək, təmas funksiyalarını yerinə yetirmək imkanlarından ibarətdir.

Yəqin, RF və NATO arasında böyük ziddiyyətlər şəraitində dialoqu inkişaf etdirməyə dair razılıq görüşün başlıca nailiyyətidir. Güman etmək olar ki, söz Suriyadan, Şərqi Avropa, Koreya yarımadasındaki vəziyyətdən getmişdir. Əlbəttə, heç kim müzakirə olunan bütün mövzular üzrə razılıq əldə ediləcəyinə ümid bəsləmirdi, amma bu çətin şəraitdə danışıqlar faktının özünü nailiyyət hesab etmək olar.

T. A.: Bu görüşün Bakıda keçirilməsi sübut edir ki, Rusiya və ABŞ-nın simasında dünya liderləri Azərbaycan siyasətinə etimad göstərirlər. Bakını yalnız etibarlı gələcəyin qurucularından biri rolunda olmağa hazırlığını bildirən oyunçu kimi deyil, həm də bu istiqamətdə real olaraq işləyən oyunçu kimi qəbul edirlər. Azərbaycanın tətbiqi səylərini görməmək mümkün deyil. Son illər ölkə dünyaşöhrətli ziyalılar, korifeylər, beyin mərkəzləri liderlərinin fəal gündəmin ən aktual və həlli çətin olan məsələlər üzrə diskussiyalar keçirib, alqoritmlər hazırlaması üçün mühüm dialoq meydanına çevrilmişdir.

Maraqlıdır ki, Azərbaycan mühüm forumları qəbul edərək, öz intellektual potensialı ilə bölüşür, fəal təşəbbüslər irəli sürür, bir çox yeniliklərin təşəbbüsçüsünə dönmüş olur. Bu gün planetar səciyyəli format kimi tanınan Bakı prosesini xatırlamağa dəyər. Orda fəaliyyət göstərən siyasi qrandların, keçmiş prezidentlər, baş nazirlər, eləcə də Nobel və digər mükafat laureatlarının güclü zehni potensialı işə salınmışdır. Azərbaycan ümumi təhlükəsizlik naminə az iş görməmişdir.

NATO və Rusiyanın yüksəkrütbəli hərbçiləri elə bu amil və şəhadətləri nəzərə alaraq, Bakıda — qlobal sakitlik üçün böyük sabitləşdirici potensiala malik mühüm bir nöqtədə görüşmək razılığına gəlmişlər. Bu isə təqdirəlayiq və nümunəvidir.

Söhbəti Nicat Hacıyev aparmışdır