Azərbaycanın həm gənc, həm də artıq ustad rəssamları növbəti, sayca doqquzuncu “Açıq səma altında – 9” pleneri çərçivəsində təmiz havada işləməyə “çıxaracaqlar”.
“Trend Life”ın verdiyi xəbərə görə, sentyabrın 13-də keçiriləcək tədbir “İdman və incəsənət” mövzusuna həsr olunacaq. Onun məqsədi gəncləri və yaradıcı ziyalıları dəstəkləməkdir. Tədbirin təşkilatçıları Azərbaycan Prezidenti, eləcə də Mədəniyyət və turizm nazirliyi nəzdində Gənclər fondunun dəstəyilə “Arts Council Azərbaijcan” qeyri-hökumət təşkilatıdır.
“Bu incəsənət pleneri təbii işıqlandırma və hava mühitini rəsmdə ənənəvı təcəssümdən çox, rəssamların işini binada deyil, açıq havada nümayiş etdirməyi nəzərdə tutur“,- deyə təşkilatçılar öz təşəbbüslərini izah edirlər.