Iyunun 29-30-da Tbilisidə Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstandan aparıcı KİV-lərinin baş redaktorları, jurnalistlər və media sahəsi ekspertlərinin iştirak etdiyi ənənəvi Beynəlxalq Cənubi Qafqaz mediaforumu keçirilmişdir. Builki forumun mövzusu —«Media, siyasət, dəyərlər: post-haqqı (post-truth) aradan qaldırmaq».
MDB iştirakçı–dövlətlərin Dövlətlərarası humanitar əməkdaşlıq fondunun (DHƏF) dəstəyi ilə Rusiya tərəfdən tədbirin təşkilatçısı «Şimal-Cənub» politologiya mərkəzi, «Birlik» mətbuat klubu, Gürcüstan tərəfdən isə «Gürcüstan və dünya» qəzeti olmuşdur.
Forumun əsas mövzusu — «post-haqq»la(post-truth) yanaşı, Tbilisidəki müzakirələr zamanı Cənubi Qafqaz respublikaları və Rusiyanın informasiya sahəsində əməkdaşlıq, həmçinin bu sahədə mövcud olan problemlərin həllinin axtarış məsələləri də mühüm yer tutmuşdur.
Dalma Newsin jurnalisti Hayk Хаlаtyan mediaforumda Rusiya nümayəndələri ilə regiondaki hadisələrin Rusiya KİV-də işıqlandırılma problemləri haqqında söhbət etdi.
MDB iştirakçı–dövlətlərin Dövlətlərarası humanitar əməkdaşlıq fondu İdarə Heyətinin həmsədri, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy.
Şvıdkoy: Gec-tez Cənubi Qafqaz və Rusiya xalqları yenidən bir-birinə doğru hərəkətə başlayacaqlar
Sizin belə tədbirlərə dair təəssüratınız? Rusiya KİV-nin postsovet məkanına maraq göstərməməsi nə ilə bağlıdır? Axı, postsovet məkanı, xüsusilə, Cənubi Qafqaz ölkələrindən olan xəbərlər Rusiya KİV lentində neqativ xarakter daşıyır və hər-hansı faciəli hadisələrlə bağlı olur.
Mən deyə bilmərəm ki, postsovet məkanı maraqlı deyil. Bu, belə deyil. Sadəcə olaraq, biz bu gün bir-birimiz haqqında xəbərlər lentində ilk növbədə siyasət, fəlakətlər, yaxud rəhbərlərimizin görüşləri ilə bağlı xəbərləri alırıq. Əslində, ölkənin, insanların real həyatı müasir jurnalistikanın maraqlarından kənarda qalır. Bu qəbildən olan görüşlər bu marağın təşəbbüslənib fəallaşmasına kömək edir: insanlar bir-birilə ünsiyyətə girir, öz təəssüratlarını bölüşürlər. Və bu mənada, mənə elə gəlir ki, bu, faydalıdır.
Bu gün Rusiya xəbər lentində Ermənistanın mədəni həyatına dair hadisələr haqqında məlumata rast gəlmək olmur. Həmçinin, Rusiya mədəni həyatının hadisələri başqa ölkələr üçün o qədər də maraqlı deyil. Maraqlı olan siyasət və fövqəladə hallardır – vəssalam. Odur ki, bu cür görüşlər son dərəcə vacibdir. Köhnə zamanlarda — mən indi Sovet ideologiyası, Rusiya imperiya ideologiyasını demirəm — əvvəlki dövrlərdə insani təmaslar, əlaqələr, hətta qarışıq nigahlar çox idi ki, bu gün onlar getdikcə azalır. Və xalqlar arasında ünsiyyət də məişət səviyyəsində baş verirdi.
Bu ünsiyyəti qaytarmaq mümkündürmü?
Mən düşünürəm ki, hər halda Rusiyadaki erməni diasporu böyükdür. Rusiyada böyük Azərbaycan diasporu var. Rusiyada həmçinin erməni və ya Azərbaycaninkindən az da olsa, hər halda yetərincə gürcü diasporu mövcuddur. Bu insanlar bir dövlətdə yan-yana yaşayırlar. Və bəzən cəhalət, adət-ənənələri və əxlaq qaydalarını bilməmək kifayət qədər xoşagəlməz nəticələrə gətirib çıxarır. Bu, sosial tələbatdır və çox vacibdir. Bundan başqa, biz qonşuyuq. Aydındır ki, bu gün gənc insanlar Yerevan və ya Tbilisiyə deyil, Paris, London, Berlin və ya Praqaya gedirlər.Amma mənə elə gəlir ki, bu da keçib gedəcək, ona görə ki, bizim xalqlarımız arasında üzvi tarixi əlaqə və bağlılıq var ki, o, bizi bir-birimizə doğru yeridəcək. Buna xalqın sayı baxımından yanaşmaq lazım deyil. Hər bir xalq elə bir əbədilik və sonsuzluqdur ki!… Ona görə də məncə, Saryanı tanımayan ruslar elə Tolstoyu tanımayan ermənilər kimidirlər.
Firsov: Rusiya dəyərlərini postsovet məkanına təklif edərkən, onlara özü də riayət etməlidir
Mеdiaforumun kluarlarında «Platforma» Sosial layihələşdirmə mərkəzinin rəhbəri Aleksey Firsov Dalma Newsə müsahibəsində Rusiyanın postsovet məkanına hansı ideologiya və dəyərləri irəli sürməsi və təklif edə biləcəyilə bağlı öz fikri ilə bölüşmüşdür.
Qərb Postsovet ölkələrinin cəmiyyətləri ilə öz işində müəyyən obraz, ideologiya irəli sürür. Qərb iddia edir ki, avrointeqrasiya korrupsiya ilə mübarizədə, insan hüquqlarının müdafiəsi və sairədə kömək edəcək. Bunun həqiqətə nə dərəcədə uyğun olması isə, başqa məsələdir. Maraqlıdır, görəsən bəs Rusiya postsovet məkanında hansı obrazı irəli sürür?
Məndə Rusiyanın hansısa obrazı irəli sürməsinə dair tamamilə heç bir duyğu və təsəvvür yoxdur. Belə cəhdlər, həqiqətən də, arabir olmuşdur,amma məncə, hansısa bir məqamda onların üzərindən ümumiyyətlə xətt çəkilmişdir. Daha doğrusu, hansısa bir təşviqetmə imitasiyası (təqlidi) gedir. Odur ki, Rusiyada onunla uzunmüddətli tərəfdaşlığın mənasını, bunun nə üzərində qurulacağını izah edə bilən düşünülmüş, anlaşıqlı mesajlar yoxdur. Mən bunu tamamilə görmürəm, bütün bunlara cəlb oluna biləcək fiqurlar, heç bir uğur görmürəm. Ona görə də suala heç cür müsbət cavab verə bilmirəm.
Belə təəssürat yaranır ki, Rusiyanın postsovet ölkələri cəmiyyətləri ilə işində diqqət daim keçmişin hadisələrinə, xüsusilə Böyük Vətən müharibəsinə cəlb edilir. Əcdadlarımızın rəşadətlərinə olan bütün hörmətə baxmayaraq, keçmişin hadisələri postsovet ölkələri gənclərini çətin ki, birləşdirə bilsin. Bəs, Rusiya gələcəklə bağlı nə təklif edə bilər?
Mən sizinlə həmrəyəm, yalnız hansısa bir perspektiv və dəyərlər birləşdirə bilər. Ancaq Rusiya dünyaya təklif edilə biləcək dəyərləri və perspektivlərini təsvir edə bilməz. Məndə belə bir fikir var ki, prinsipcə bu vəzifələr həll oluna biləsi məsələlərdir, lakin onlar belə həll edilə bilməz: biz dəyərləri рrеyskurаnt kimi təsvir etmiş, özümüzü isə istədiyimiz kimi aparmaq istəyirik. Əgər biz onları təsvir etmişiksə, gərək onlara əməl edək, bu isə həqiqətən də çox çətindir.
Əgər Rusiya desəydi ki, bizim əsas dəyərimiz — sosial ədalətdir, bu, güclü təklif olardı. Amma onda sosial ədalət mövqelərini biz özümüz qurmalıyıq. Əgər Rusiya demək istəyir ki, bizim təklif — bu son dərəcə dürüst və vicdanlıdır, onda biz özümüzə münasibətdə, o cümlədən, bizim yaxın xaricdə bəzi tədbirlər barəsində son dərəcə vicdanlı olmalıyıq. Amma biz bacarmırıq, biz yol ayrıcındayıq, elə öz təkliflərimizi belə inamla formalaşdıra bilmirik. Bax, problem bundadır.
Rusiya özünü ənənəvi, mühafizəkar dəyərlər müdafiəçisi kimi pozitivləşdirir. Ola bilərmi ki, bu, onun təklifinə dönsün?
Bu, mənim artıq dilə gətirdiyim bir şərtlə perspektivli ola bilərdi — əgər Rusiya, o cümlədən onun isteblişmentinin özü bu dəyərlərə əməl etsəydi. Amma, əvvəla, bütün bunlar aydın deyil. Hamı deyir — mühafizəkardır. Mühafizəkarlıq — bu nədir? Homoseksual nigahların olmaması üçünmü? Lakin bununla bir araya çox insan gətirmək olmaz. Bu, o şey deyil ki,onun naminə insanlar müəyyən müttəfiqlik münasibətləri qurub irəli hərəkət etməyə hazır olsunlar. Yaxşı, liberal olmasın, bəs hansı olsun, gəlin, onları təsvir edək. Siz təklif etmək istədiyiniz mühafizəkar dəyərlər altında nə başa düşürsünüz, axı, onlar heç cür təsvir olunmamışdır.
Bəs onda sizin nəzərinizcə, Rusiya nə təklif edə bilərdi?
Dünya siyasəti və ölkələrin daxili siyasətçiləri dar qrupun mənafeyində kifayət qədər maraqlı olmadıqları zaman o, belə bir ədalət təklif edə bilərdi: Bu, nə iləsə hansısa sol, sosialist modelə yaxın ola bilər, amma yeri gəlmişkən, bu əsla vacib deyil. O, polisentrizm modeli təklif edə bilərdi. O, həqiqətən bunu təklif edir, lakin üzr istəyirəm, onda bəs digər mərkəzlər kim olacaq?
Mənim sırf şəxsi fikrim: Rusiya belə ciddi eksperiment qoya bilər və son dərəcə dürüstlük, vicdanlılıq modeli təklif edə bilərdi. Əlbəttə, bu Tоlstоysayağı fikirdir. Tolstoy siyasətin çox vicdanlı olması arzu və xəyalında idi. Şərti olaraq, biz özümüzə və siyasi proseslərə son dərəcə səmimi və vicdanlı münasibətdə olacağımızı bildirsək, bu, siyasi landşafta zərbə vurub partladar, ona görə ki, heç bir dövlət nə öz, nə də özgələrin motivləri haqqında vicdanla danışmır və sairə.
Bağışlayın, mən indi bir qədər ideallaşdırıram, amma mənə elə gəlir ki, əgər hansısa güclü ölkə son dərəcə düzgünlük eksperimenti qoymuşsa, bu tamamilə yeni bir təklif olardı.
Şaravskiy: biz nə Gürcüstan, nə Azərbaycan, nə də Ermənistanı özümüz kimi qəbul etmirik
Mеdiaforumun kluarlarında «Vzqlyad» («Взгляд») internet qəzetinin baş redaktoru Aleksey Şaravskiy Dalma Newslə müsahibəsində nə üçün Cənubi Qafqaz ölkələri xəbərlərinin Rusiya oxucularını az maraqlandırması və bu vəziyyəti necə düzəltməyin mümkünlüyü haqqında öz fikirləri ilə bölüşmüşdür.
Cənubi Qafqaz respublikalarının nümayəndələri, tez-tez deyirlər ki, Rusiya KİV-də region ölkələrinin həyatı barədə çox az məlumat verilir, onların haqqında əsasən neqativ hadisələrlə əlaqədar xatırlayırlar. Bu fikir nə qədər əsaslıdır?
Mən bu nöqteyi-nəzərlə razıyam, amma bu, təkcə Qafqaza aid deyil. Mənim fikrimcə, hər hansı başqa oxucularda olduğu kimi, Rusiya oxucularında da iki əsas maraq təbiəti var. Birincisi – bizimlə nə baş verir? İkincisi – bəs onlarda? Biz nə Gürcüstan, nə Azərbaycan, nə də Ermənistanı «özümüz» kimi qavrayıb qəbul etmirik. Belə qavrayışın bütün paradoksallığı müqabilində biz Ukraynanı qəbul edirik, — Ukraynada baş verənləri bizimlə baş verənlər kimi qəbul edərək, bu anları dərin ürək ağrısı və əzabla yaşayırıq.
İkinci mövzu – onlarda necədir? Amma biz nə Gürcüstan, nə Ermənistan, nə də Azərbaycanı bir tərəfdən Avropa, digər tərəfdən Çini qəbul etdiyimiz kimi qəbul etmirik. Bizə necə bir başqa maraqlı sivilizasiya kimi qəbul etmirik.
Yalnız insanlarla nəsə gözlənilməz bir şey baş verən zaman ümumiyyətlə, bəşəriyyətə həmin ən «qovrulub-qızardılmış» maraq qalır. Aydındır ki, Qafqaza olan bütün hörmətimizə baxmayaraq, bizə birbaşa təsir edən hadisələr elə də çox deyil. Abxaziya və Osetiyaya maraq artıq azalıb, Qarabağa maraq, hətta yaxınlarda baş verənlərin ən qızğın mərhələsində belə o qədər də yüksək deyildi.
Marağın təbiəti belədir. Bununla nə etmək olar – bilmirəm. Bununla nəsə etmək lazımdırmı? Onu da bilmirəm.
Bəzən belə bir fikir səslənir ki, postsovet ölkələrində vəziyyəti həyatı müsbət işıqlandırma ilə ixtisaslaşdırılmış kanal düzəldə bilər. Bu barədə sizin fikriniz?
Heç bir ixtisaslaşmış kanal insanları maraqlandırmayacaq. Şvıdkoy tamamilə haqlı olaraq çox sayda maraqlı reportajların olmamasından şikayətlənirdi. Onlar yoxdur, çünki bunları istehsal etmək sərfəli deyil. İndiki halda KİV üçün bu mövzu ilə maraqlanmaq sərfəli deyil, odur ki, onlar maraqlanmırlar. Və əgər onlar maraqlanmırlarsa, deməli, bu, oxucu üçün maraqsızdır.
Nə etmək lazımdır ki, Cənubi Qafqaz ölkələri Rusiyada yalnız mənfi xəbərlərlə assosiyalaşmasınlar, Rusiya KİV-də onlar haqqında müsbət məlumatlar versinlər?
Onlar Rusiyaya yaxşı münasibətdə olmalıdırlar, lazımdır ki, ruslar onları özününki kimi, bizim sivilizasiyanın bir hissəsi kimi qəbul etsinlər. Ermənistan — ayrı məsələdir, ancaq həm Gürcüstan, həm də Azərbaycana gəlincə, onlar Rusiya sivilizasiyanın bir hissəsi olmaq istəmirlər.
Və mənə elə gəlir ki, ruslar son vaxtlar çətinliklə də olsa özlərini sırımamağı öyrənmişlər. Hərçənd yaşlı nəsil üçün bu çox çətindir, amma yeni nəsil ruslar hesab edir ki, «bir halda ki, lazım deyil, qoy lazım olmasın». Bu, nə qədər kədərli də olsa, təəssüf ki, belədir.
Söhbəti Hayk Хаlаtyan aparmışdır