Azərbaycanın ekspert birliyində bu gün belə bir nöqteyi-nəzər üstünlük təşkil edir ki, hələlik ölkənin Avrasiya iqtisadi ittifaqına (Aİİ) daxil olma ehtimalı konkret rəqəmlərlə ifadə olunan əsaslara malik deyil, odur ki, ən azı onun birliyinə daha dərin inteqrasiyasından faydaları daha çox aydın olanadək Azərbaycan müşahidəçi statusunu saxlamalıdır. Bu zaman Qarabağ münaqişəsi amili həlledici məna kəcb edir —Azərbaycanın artıq Ermənistanın iştirak etdiyi layihəyə qoşulması özü də yalnız və hətta bir o qədər iqtisadi baxımdan olmamaqla son dərəcə problemli görünür. Bununla belə, bir sıra praqmatik Azərbaycan ekspertləri hesab edirlər ki, strateji perspektivdə onların ölkəsinin Aİİ-dən başqa digər seçimi yoxdur, intəhası, hətta bu uzaq imkanlar daim Azərbaycanın xeyrinə Dağlıq Qarabağ münaqişəsinin həll perspektivi ilə əlaqələndirilir.
Bu günlər Cənub federal universitetində (Rostov-Don) «Azərbaycan Avrasiya layihələrinin qovuşma nöqtəsi kimi» mövzusundaki Dəyirmi masa yaxınlarda artıq Ermənistandan olan nümayəndə heyətlərinin iştirakı ilə keçirilən analoji tədbir çərçivəsində Avrasiya inteqrasiyasının bir sıra perspektivləri barədə ekspert müzakirələri seriyasını davam etdirmişdir.
Rusiyanın Azərbaycan gənclər təşkilatı dəyirmi masanın partnyoru kimi çıxış etmiş, onun regional nümayəndəsi olan Rövşən Əsgərov öz ölkəsinin Avrasiya inteqrasiyası mövzusunda yeni azərbaycanlı ekspertlər nəslinin tamamilə təzə və orijinal görüşlərini təqdim etmişdir. Əsgərovun Aİİ xeyrinə əsas arqumentləşdirmə xətti ölkə iqtisadiyyatının yenidən qurulması və şaxələndirilməsidir ki, Azərbaycan bu əsas vəzifə qarşısında enerji daşıyıcılarına dünya qiymətlərinin aşağı düşdüyü çətin şəraitdə durmalı olmuşdur.
Əsgərovun fikrincə, neçə ki, neftin qiymətləri yüksək səviyyədə idi, Azərbaycan çoxvektorlu siyasət apara bilirdi, ancaq görünür uzun müddətə yaranmış indiki qiymət şəraitində müxtəlif geosiyasi və geoiqtisadi bloklar və ssenari inteqrasiyaları arasında onun öz yolu olmalıdır. «Biz İsveçrə deyilik. Öz seçimimizi etməməklə biz izqo-dövlətə (əvvəlki vəziyyətini itirdiyinə görə vəsaitindən məhrum və təcrid olunmuş ölkə) çevrilməyə risk edirik»,- deyə Azərbaycan eksperti gələcəkdə çoxvektorluluğu saxlamağın qeyri-mümkünlüyünə dair fikri belə ifadə etmişdir.
Bu zaman Rövşən Əsgərov iki əsas nəqliyyat-logistika oxları—«Şimal-Cənub» və «Şərq-Qərb» dəhlizlərinin kəsişdiyi yerdə yerləşən Azərbaycanın coğrafi mövqe amilini xüsusi vurğulamışdır. Lakin əgər ilk növbədə, «Bir kəmər — bir yol» Çin təşəbbüsü ilə assosiyalaşan son marşrutun alternativ variantları və bu dəhlizin dəmir yolu hissəsinin Azərbaycandan keçməsi üzrə planları yüz faizli zəmanətə malik deyilsə, Azərbaycanda «Şimal-Cənub» dəhlizinin inkişafı üzrə Rusiyanın niyyətini şübhəyə məruz qoymurlar.
İranda beynəlxalq sanksiyaların ləğvi bu istiqamətdəki işi stimullaşdırmış və hələ keçən ilin yazında Rusiya İran və Azərbaycan tərəfləri ilə danışıqların yekunları üzrə bu qəbildən olan işləri fəallaşdırmışdır.Ötənilki «Tərəfdaşlıq 1520» dəmir yol forumunda Rusiya dəmir yolları (РЖД), İran dəmir yolları və Azərbaycan dəmir yolları bir tərəfdən «Şimal-Cənub» dəhlizinin inkişafına dair finiş nöqtələri Sankt-Peterburqda, digər tərəfdən İranda Bəndər-Abbas limanları və Hindistanda Mumbay olan üçtərəfli saziş imzalamışlar. Azərbaycan bu layihə çərçivəsində faktiki olaraq alternativsiz qoldur — Xəzərin şərq sahili üzrə paralel marşrutun yaranması hələlik sırf hipotetik imkan təsirı bağışlayır.
«Çin hələ Yeni ipək yolu marşrutunun Azərbaycandan keçib-keçməyəcəyini nəzərdən keçirib həll edəcək. Ona görə də indi Azərbaycan üçün ən real variant Rusiya Avrasiya layihələrinə qoşulmaqdır ki, onlar konyunkturadan asılı olmayaraq Azərbaycanı bu layihələrə daxil edəcəklər. Azərbaycan öz yolunu seçməlidir və məhz Rusiya ilə kooperasiya ən perspektivlisidir»,— deyə Rövşən Əsgərov əminliyini bildirmişdir.
Lakin müzakirələrdə iştirak edən Bakı ekspertləri hələlik hansısa uzunmüddətli perspektivdə Azərbaycanın Aİİ –na qoşularaq öz Avrasiya seçimini edəcəyinə dair fikirlə o qədər də bölüşmürlər. Bu zaman onlar əsasında belə bir qərarın öz ölkələri üçün faydalı olmasına dair nəticə çıxarmaqın mümkün olacağı kəmiyyət göstəricilərinin olmadığını səbəb göstərirlər.
«AVRASİYA iqtisadi ittifaqı hələlik iqtisadi baxımdan cəlbediciliyini göstərməmişdir, həm də onun formalaşması zaman etibarilə anti-rusiya sanksiyaları faktoru ilə üst-üstə düşmüşdür,- deyə «Region Plus» Bakı analitik jurnalının baş redaktor müavini Fuad Hüseynəliyev qeyd etmişdir. — Ona görə də mən Aİİ çərçivəsində Azərbaycanın tutduğu müşahidəçi mövqeini dəstəkləyirəm. Cəmi iki yaşı olan ittifaqa daxil olmaq düzgün deyil».«Mən bura Aİİ-na daxil olmağın üstünlüklərinə dəlalət edən hansısa statistikanı görmək üçün gəlmişəm, ancaq hələ ki, bu yoxdur. Burada hər şey Rusiyadan asılıdır»,— deyə The First News informasiya agentliyinin siyasi icmalçısı Elşən Rüstəmov əlavə etmişdir. Bu zaman Azərbaycanın AVRASİYA iqtisadi birliyinə tam üzvlüyünün mümkünlüyünə bir növ şübhə ilə —skeptik yanaşan ekspertlər Türkiyə, Çin, Qazaxıstan və digər ölkələrin iştirakı ilə Avrasiya inteqrasiyasına dair öz təsəvvürünü irəli sürən üç və daha artıq kənar formatın inkişaf etdirilməsinin zəruriliyini vurğulayırlar.
Avrasiya inkişaf bankının İnteqrasiya araşdırmaları mərkəzinin rəhbəri Dmitri Коrşunov təsdiq etdi ki, Azərbaycanın Aİİ-na qəbul perspektivləri ilə bağlı hələlik hər hansı xüsusi hesablamalar edilməmişdir. İnteqrasiya araşdırmaları mərkəzinin sifariş etdiyi sorğular göstərmişdir ki, belə sorğulara cəlb olunmuş bütün postsovet ölkələri arasında məhz Azərbaycanda respondetlərin 66%-i bu məsələyə mənfi münasibət bildimiş və ya «çox pis» cavabını vermişlər.«Özü də bizim sorğularda həm Gürcüstan, həm Ukrayna, həm də Moldova iştirak etmişdir»,- deyə vurğulamışdır.
Avrasiya İqtisadi Birliyi nümayəndəsinin fikrincə, Azərbaycanın Aİİ üzvlüyünə az ehtimallılığının əsas səbəbi Qarabağ münaqişəsi çərçivəsində nizamlamanın olmamasıdır, ancaq bununla yanaşı, digər amillər — ilk növbədə, Türkiyəyə açıq-aşkar meyllilik də vardır.
Dmitri Коrşunovun sözlərinə görə, sorğuda iştirak edən azərbaycanlılar istehlak malları, uşaqlar üçün ali təhsil seçimi və sairə bu kimi məsələlərdə əsas üstünlüyü məhz bu ölkəyə, veriblər. Hərçənd bu, azərbaycanlı ekspertlərdə ən azı şübhə doğurur, çünki digər bir amil — demək olar ki, Azərbaycanın iki yüz il müddətində əvvəlcə Rusiya imperiyasının, sonra isə SSRİ-nin tərkibinə daxil olması əvvəlki kimi hələ də təsirini saxlayır. «Bizim ümumi keçmişimiz var — istərdim ki, bizim ümumi gələcəyimiz də olsun. Amma hələ ki, siyasi münaqişə mövcuddur, bizə yalnız xalqlarımızın birgə gələcəyinə inam ilə öz arzularımızı ifadə etmək qalır», — bu barədə Dövlət dumasının deputatı Maksim Şablıkinin köməkçisi Fuad İbrahimov qeyd etmişdir.
Həqiqətən də, həllini tapmayan Qarabağ münaqişəsi bir çox ekspertlərin fikrincə, hələlik Azərbaycanın Aİİ-na inteqrasiyasının dərinləşməsi üçün rəfedilməz maneə kimi görünür. Bu barədə tanınmış rusiyalı politoloq Sergey Маrkеdоnоvun EADaily ilə müsahibəsində dediyi kimi: «Elə Ermənistan və Azərbaycanla ilk birgə toplantı Avrasiya inteqrasiyasını bütöv bir Qarabağa döndərər».
Azərbaycan tərəfi bu barədə daha açıq mövqe tutur.
«Mən inanmıram ki, əgər Azərbaycan Aİİ-na daxil olarsa, bu, Qarabağ münaqişəsinin həllinə kömək edəcək. Odur ki, əvvəlcə —torpaqlar, sonra —inteqrasiya», – deyə Fuad Hüseynəliyev qeyd etmişdir.
Ancaq yenə də bu problemə hazırda Azərbaycanın həmin geosiyasi imkanlar repertuarından irəli gələn praqmatik nöqteyi-nəzər mövcuddur. Rövşən Əsgərovun fikrincə, Ermənistanın Aİİ-na qoşulması Moskvada Qarabağ nizamlaması mərkəzini tamamilə lokallaşdırmışdır və əgər Azərbaycan digər inteqrasiya layihələri seçəcək olsa, aydın olaraq münaqişənin öz xeyrinə həllinə ümid bəsləyə bilməz. «Başlıcası budur: Gürcüstan və Ukraynanın getdiyi yolla ərazi bütövlüyünün bərpası və ya necə deyərlər, buludlar arxasındaki yüksək demokratik dəyərlər? Əgər öz ərazilərimizi geri qaytarmaq istəyiriksə, onda biz başa düşməliyik ki, Qarabağ uğrunda döyüş Rusiya Federasiyasında gedir və onu yalnız Rusiyadaki diaspor uda bilər. Ermənistanı dəstəklədiyinə görə Rusiyadan inciməyə dəyməz, çünki o, artıq öz seçimini etmişdir».
Azərbaycan eksperti eyni zamanda əvvəlcə iqtisadi inteqrasiya planlaşdıran, ancaq nəticədə yenidən Karl Marksın «siyasət — iqtisadiyyatın cəmləşdirilmiş güclü ifadəsidir» klassik tezisini təsdiqləyən Avropa ittifaqının təcrübəsinə istinad etmişdir. «Burda siyasətsiz heç cür keçinmək mümkün deyil, – deyən Rövşən Əsgərovun qənaətincə — ya Aİİ üzvləri ümumi xarici siyasət məsələləri üzrə razılığa gələcək və bu, başqa ölkələr üçün cəlbedici təşkilata dönəcək, ya da bu layihə sadəcə süquta uğrayaraq parçalanacaq və MDB kimi fəaliyyət qabiliyyəti olmayan alətə çevriləcək».
Bununla belə, hələlik bir müşahidəçi kimi Azərbaycanın cari statusu kontekstində bu mülahizələr daha çox nəzəri təsir bağışlayır, ona görə də Rusiyanın himayəsi altında Azərbaycan iqtisadiyyatının Avrasiya layihəsinə daha sıx inteqrasiyası onsuz da yaxşı səviyyədə olan işgüzar və mədəni əlaqələrin genişləndirilməsi üçün başlıca real vasitədir.«Hələlik Azərbaycanı müşahidəçi statusu qane edir və həmin məsələ üzrə hər hansı ciddi bir irəliləyiş yoxdur. Müvafiq olaraq, Avrasiya iqtisadi ittifaqına daxil olmağın üstünlükləri haqqında da analitika yoxdur. Ona görə də ən doğru yol — birgə biznes yaratmaqdır. Siyasi çəkişmələrə fikir verməyərək, biznes həmişə siyasətçilərdən irəlidə gedir»,— deyə Dmitri Коrşunov bu yaxınlarda sanksiyalara baxmayaraq Rusiya ilə əməkdaşlığa açıq-aydın maraq nümayiş etdirən ABŞ işgüzar dairələrinin böyük nümayəndə heyətinin Peterburq beynəlxalq iqtisadi forumuna səfərini xatırlatmışdır.
Hazırlayanı Nikolay Protsenko