Ermənistanda biolaboratoriyaların yaradılmasının kimə və hansı səbəblərə görə lazım olması barədə EADaily informasiya agentliyi «Ermənistanda ABŞ «biolaborator» ekspansiyasının bəzi elementləri haqqında»məqaləsində söz açır. Aşağıda dərcin mətnini ixtisarsız olaraq təqdim edirik.
ABŞ-nın Postsovet məkanında hərbi-siyasi iştirakı bir qayda olaraq, sərfəli olmayan rejimləri və digər «atributları» devirmək üçün hərbi bölmələrin dislokasiyası, bazaların inşası, müxtəlif «rəngli inqilabların» təşkili ilə assosiasiya olunur. Lakin çox vaxt, guya xüsusilə zərərli patogenlərin təhlükəsizliyinin təmin edilməsi, onlardan müdafiə yollarının işlənib hazırlanması məqsədilə «tərəfdaş» ölkələrin ərazisində yaradılan müxtəlif bioloji laboratoriyalar Amerikanın geosiyasi ekspansiyasının «bələdçiləri»nə dönmüş olurlar. ABŞ-nın yaratdığı rеfеrеns-laboratoriyalar 2010-cu ildən Ukraynada, 2011-ci ildən Gürcüstanda, 2016-cı ildən isə Qazaxıstan, Ermənistan, Azərbaycan və Özbəkistanda fəaliyyət göstərir. Bu məqalədə biz Ermənistandaki biolaboratoriyaların fəaliyyətinin bəzi məqsəd və vəzifələrini ayırd etməyə cəhd göstərəcəyik.
Ötən il Rusiyanın müttəfiq ölkəsi ərazisində — Yerevanda, ikinci böyük şəhər Gümrüdə və İcevanda olmaqla birdən-birə düz üç laboratoriya açılmışdı. Layihə Pentaqonun təhdidləri azaltma agentliyi tərəfindən maliyyələşdirilmişdi. Ələlxüsus, xüsusi təhlükəli patogenlər üçün rеfеrеns-laboratoriya yaradılması məqsədi ilə Ermənistanın kənd təsərrüfatı nazirliyinin dövlət ərzaq təhlükəsizliyi xidmətinə $ 4,1 mln. ayrılmışdır.Daha $ 9,8 milyon Ermənistan Səhiyyə nazirliyinin «Xəstəliklərə nəzarət və onların profilaktikası üzrə milli mərkəz»in rеfеrеns-laboratoriyasının təmiri üçün təqdim olunmuşdur. Hər iki müəssisə üçün yeni avadanlıq və mebel üçün isə, daha $ 1,7 milyon vəsait ayrılmışdır.
Ermənistanda biolaboratoriyaların yaradılmasında ABŞ-nın göstərdiyi səxavət narahatlıq doğurur. Əlbəttə, Amerika səfirliyinin, eləcə də yuxarıda göstərilən idarələrin nümayəndələri dəfələrlə inandırmışlar ki, laboratoriyaların fəaliyyəti geosiyasi problemlərlə heç cür bağlı deyil. Səhiyyə nazirliyi nümayəndələrinin hələ ötən ilin sonunda bəyan etdikləri kimi, Ermənistan yüksək miqrasiyanın olduğu regionda yerləşir və xəstəliklərin respublikaya yol tapma ehtimalı böyükdür. Və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əsasən, guya Ermənistan bu təhdidləri vaxtında üzə çıxarmalı və bunlara reaksiya göstərərək, onların ölkə daxilində və onun hüdudlarından kənarda yayılmasının qarşısını almalıdır. Laboratoriyalar isə tədqiqat xarakteri daşıyır və bu məsələni həll etməlidir. Erməni tərəfi həmçinin qeyd edir ki, laboratoriyanın ikili məna və funksiyasısı ola bilməz, çünki ölkə bioloji silahların yayılma risklərinin azaldılması üzrə öhdəlik qəbul etmişdir.
ABŞ səfirliyi aprelin sonunda Yerevanda analoji şərhlə çıxış etmişdir. Orda bildirmişlər ki, kənd təsərrüfatı heyvanlarının sağlamlığının təmini, ən müasir laboratoriyaların təmiri və yaradılmas, bunun sayəsində insanların və kənd təsərrüfatı heyvanlarınınn sağlamlığına mümkün təhdidlərin ictimai monitorinqi, təhlükəli xəstəlik epidemiyalarına dair xəbərdarlıq məsələsində Ermənistan hökuməti ilə daha da möhkəmlənən əməkdaşlığa görə fəxr edirlər.
Əlbəttə, gözəl sözlər və səriştə llə formalaşdırılmış diplomatik ifadə müəlliflərinin bütün cəhdlərinə baxmayaraq, bunlar mövcud şübhələri aradan qaldırlmağa qadir deyil. Bundan başqa, Yerevandaki biolaboratoriyaların fəaliyyəti haqqında «Qanun naminə» ictimai hərəkatın hazırlamış olduğu kiçik videosüjet belə şübhələri daha da artırır. İlk növbədə, aydın deyil ki, Ermənistanda potensial təhdid viruslarının yayılması ilə nə üçün heç olmasa, ABŞ Səhiyyə nazirliyi deyil, Pentaqon mübarizə aparmalıdır.
Ekspertlərin göstərilən obyektlərin təhlükəliliyinə dair rəyləri yetərincə ehtiyatlıdır ki, onlar bunu mükəmməl informasiyanın olmaması ilə izah edirlər. «Məlumatlı və müdafiə olunmuş istehlakçı» ictimai təşkilatının sədri Babken Pipoyanın fikrincə, Ermənistan ərazisində referens-laboratoriyaların sırf nəzəri funksiyası ən müxtəlif problem və təhdidlər doğura bilər. «Ancaq axı, biz başa düşürük ki, laboratoriya gizli obyekt deyil və əgər hər hansı risklər varsa, bu haqda həm xüsusi xidmətlər, həm Ermənistan hökuməti, həm də Ermənistanın strateji müttəfiqi kimi Rusiya da bilir. Ehtimal ki, ABŞ-nın Ermənistanda laboratoriyalar açması Rusiyanın ürəyincə ola bilməz, lakin zənnimcə, erməni tərəfi rusiyalı həmkarları ilə müzakirələr zamanı lazımi dəlillər gətirmişdir», – deyə Pipoyan bildirmişdir.
İş burasındadr ki, referens-laboratoriyaların inşası virus kolleksiyalarında mühafizədə olan bütün virus ştammlarının Amerika tərəfə ötürülməsini nəzərdə tutur. Qeyd olunan laboratoriyaların bütün işi yalnız ABŞ hərbi iqarəsinin nəzarəti altındadır. Bioloji təhdidlərə qarşıdurma layihələri çərçivəsində laboratoriyaların inşası ABŞ-na həm müvafiq postsovet məkanı ölkələri,həm də transsərhəd qonşuların ərazisində bioloji duruma tam nəzarət etmək imkanı verir. Hər bir virusoloq bilir ki, bakteriyaların öyrənilməsi ilə bakterioloji silah yaratma arasındaki məsafə bircə addımdan ibarətdir.
Həm də ABŞ-nın yaratdığı biolaboratoriyalar yerləşdikləri ölkə hökumətlərinin nəzarəti altından çıxmışlar. Laboratoriyalar qapalı rejimdə fəaliyyət göstərir. Laboratoriyaların müstəsna olaraq amerikalılardan ibarət personalı diplomatik immunitetə malikdir, yerli mülki səhiyyə nümayəndələrinin isə bu obyektlərə birbaşa yolu yoxdur. 50-dən 250 nəfərədək olan laboratoriya əməkdaşlarının sayı göstərilən məqsədlərlə avtomatlaşdırılmış mülki laboratoriyalara xidmətə lazım olan personalın miqdarından qat-qat çoxdur.
Postsovet məkanında ABŞ-nın maliyyələşdirdiyi obyektlər Vaşinqtonun bütün dünya üzrə genişləndirdiyi qlobal laboratoriyalar sisteminin bir hissəsidir. Nəzəri cəhətdən, Rusiya sərhədləri boyu Amerika laboratoriyaları şəbəkəsi Pentaqona bir sıra strateji məsələləri həll etmək imkanı verir. Bu, müxtəlif patogenlər haqqında informasiya toplamaq, onlarla mübarizə yolları, bu informasiyanın bioloji silah yaratmaq üçün istifadəsidir. Heyvanlarda infeksiya xəstəliyi törədicilərinin tətbiqi ilə kənd təsərrüfatına düzəlməz ziyandır. Qiymətli Sovet elmi irsinə yoldur. Yeri gəlmişkən, mövcud təhlükəli xəstəlik törədiciləri kolleksiyası(o cümlədən, SSRİ-də yaradılmış mikroorqanizmlərin döyüş ştammları) vaxtilə Ukrayna, Gürcüstan, Azərbaycan və Qazaxstan tərəfindən Amerika yardımı əvəzinə amerikalılara verilmişdir.
Hələ 2015-ci ilin sonunda Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin sabiq müşaviri Ceffri Silverman «Gürcüstan və dünya» nəşrinə müsahibəsində bildirmişdi ki, ABŞ-da laboratoriyalar bioloji silahları qadağaya dair konvensijanı əhatə etmək üçün yaradılır. «Luqar laboratoriyası aeroportun yanındadır. Bombaların yüklənməsinə və ya ordan virusları digər obyektlərə daşımağa çox vaxt tələb olunmayacaq», – deyə o, Gürcüstanda fəaliyyət göstərən Riçard Luqar adına İctimai sağlamlığı tədqiqat mərkəzinin funksiya və vəzifələrindən söz açarkən bildirmişdi. Xatırladaq ki, amerikalılar bu laboratoriyanın yaradılmasına vaxtilə $300 mln sərf etmişlər.
Вelə bir fakt da çoxsaylı suallar doğurur ki, hərçənd təhlükəli infeksiyalar alovunun adətən Afrika və Cənubi Asiyada qeydə alınmasına baxmayaraq, Amerika hərbçiləri epidemioloji durum cəhətdən nisbətən uğurlu ölkələrə yüksək maraq göstərirlər. İntəhası, bu ölkələrin vaşinqtonun əsas geosiyasi rəqibi Rusiyaya coğrafi yaxınlığı həmin ölkələri Amerika hərbi idarəsinin «laborator» fəallığının prioritetli istiqamətlərinə çevirir.