«Bakı-2017» IV İslam Həmrəyliyi Oyunlarınа start verilmişdir. Dünyanın bəzi aparıcı idman nəşrləri artıq Bakı İslamiadasını cari ilin ən gözlənilən idman hadisəsi adlandırmışlar. Bakıda oyunlar 2017 ci il mayın 12-dən 22-dək keçiriləcək. Və skeptiklərin proqnozlarının əksinə, artıq demək olar ki, bütün yarışların biletləri satılmışdır.
Doğrudanmı, hər şey Azərbaycan dövlət telekanallarında göstərildiyi kimi belə idealdır, yoxsa hər halda mənfiliklər də var? Dalma Newsin müxbiri Bakıda bu və digər suallara cavab tapmağa cəhd göstərmişdir. Hələ İslamiada başlamazdan bir il əvvəl artıq Azərbaycan paytaxtında qarşıdakı idman bayramının abi-havası hiss olunmaqda idi. Şəhərin mərkəzində Oyunların startınadək əks hesablama ilə xüsusi elektron plakatlar, loqotiplərlə xüsusi nəqliyyat fəaliyyət göstərir, yollar, idman obyektləri və s. pekonstruksiya olunurdu. Bir sözlə, şəhər, ictimaiyyət və paytaxtın qonaqları bu günü səbrsizliklə gözləyirdilər.
Bir qədər İslamiadanın özü haqqında…
İslam həmrəyliyi oyunları və ya İslamiada — bu, İslam əməkdaşlığı təşkilatının (İƏT) iştirakçı ölkələri arasında təxminən 1,5 milyard nəfər əhaliyə malik 57 ölkəni birləşdirən beynəlxalq idman yarışlarıdır.
İlk Oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanında keçmişdir, lakin 4 il sonra İranda keçirilməsi əvvəlcədən nəzərdə tutulsa da, orda Oyunlar aparılmamışdır. Buna səbəb Fars körfəzinin adı üzündən İran və ərəb ölkələri arasındaki münaqişə olmuşdu. Üçüncü, İslam Oyunları isə 2013-cü ildə İndoneziyanın Pekanbaru şəhərində keçmişdi.
Azərbaycan İslamiadaya sahib-ölkə kimi 24 iyul 2013-cü ildə İslam həmrəyliyi İdman federasiyası Baş assambleyasının Ciddə keçirilən VIII hesabat-seçki konfransında seçilmişdir. İslamiadanın keçirilməsinə dair müqavilənin rəsmi imzalanma mərasimi 7 aprel 2015-ci ildə Bakıda olmuşdur.
Bakıda Oyunların idman proqramına idmanın 20 növü daxil edilmişdir: atletika, suya tullanma, üzgüçülük, su polosu, 3×3 basketbol, futbol, bədii və idman gimnastikası, uşu, stolüstü tennis, həndbol, cüdo, sərbəst və yunan-roma güləşi, atıcılıq, tennis, voleybol, boks, zorxana, karate, thekvondo və ağır atletika.
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat komitəsi radio verilişləri şirkətləri ilə əlavə razılaşmalar imzalamışdır ki, bunlar dünyanın dörd qitəsinin 58 ölkəsində Oyunların yayımını təmin edəcək.
Oyunlara hamıdan çox kim şaddır və ya bir qədər mükafatlar haqqında
Birinci yerləri tutmuş idmançılar Azərbaycan Milli olimpiya komitəsinin 50 min manat, onların məşqçiləri isə 25 min manat məbləğində mükafatlarla təltif olunacaqlar. İkinci yerlərin sahiblərinə 30 min manat məbləğində (məşqçilərə, müvafiq olaraq 15 min manat), üçüncü yerləri tutmuş idmançılara mükafat olaraq 20 min manat, onların məşqçilərinə — 10 min manat mükafat təqdim edəcəklər.
Bundan başqa, dövlət başçısı İlham Əliyev Azərbaycan prezidenti tərəfindən oyunlarda priz yerlər tutan idmançılar və onların məşqçilərinə təyin olunmuş pul mükafatlarının miqdarı haqqında sərəncam imzalamışdır. Bu halda İslamiadanın qalibi 100 min manat, onun şəxsi məşqçisi – 50 min, ikinci yeri tutmuş idmançı 50 min manat, onun məşqçisi 25 min manat, bürünc medal sahibi isə 30 min, onun şəxsi məşqçisi – 15 min manat həcmində mükafat alacaq.
Başlıca musbət hal – turistlərin cəlb olunmasıdır
Gözlənildiyi kimi, İslamiadanın keçirilməsi Bakıya daha çox turist cəlb edəcək. Mədəniyyət və turizm nazirliyində qeyd edildiyi kimi, Azərbaycan paytaxtı maksimal olaraq təxminən 20 min nəfər yerləşdirə bilər. Onlardan 15 mini otellərdə, qalanları isə icarə olunan apartamentlərdə yerləşə bilərlər. Həmin günlər turistlər üçün müxtəlif əyləncəli tədbirlər təşkil olunacaq, onlar müasir Bakının gözəlliklərilə tanış ola biləcəklər.
«Azərbaycan mədəniyyət və turizm nazirliyinin proqnozlarına görə, 2017-ci ildə, ölkəni dünyanın müxtəlif yerlərindən olan bir çox turistlər ziyarət edəcəklər.Onların sayının İki milyonadək olacağı göstərilir. Bir qayda olaraq, Azərbaycana istirahətə gələn turistlər ölkədə bir həftədən artıq qalmır. Hər bir turist öz maddi vəziyyətindən asılı olaraq, 500 dollardan 30 min dollaradək. sərf edir. Nəzərə alsaq ki, bu il ölkəmizdə İslam həmrəylik oyunları, «Formula-1» kimi böyük tədbirlər keçiriləcək, demək olar ki, ölkə büdcəsi yalnız turizm hesabına ən azı, 300 milyon dollardan artıq zənginləşəcək», – deyə Azərbaycan iqtisadçısı Samir Xəyyamov Dalma Newsə bildirmişdir.
Dalma Newsin müsahibi Yaxın Şərqdən olan turistin sözlərincə, son illər o və onun ailəsi istirahət üçün məhz Bakını seçirlər, indi isə üstəlik, İslam həmrəyliyi Oyunlarının açılışının şahidi olmaq imkanı əldə etmişlər.
«Bu şəhərdə bütün işlər turistlər, xüsusilə ərəb turistləri nəzərə alınmaqla görülmüşdür. Məhz bu səbəbdən bura bizim üçün belə rahatdır. Bizim mədəniyyət və mətbəxlərimizin ümumiliyi çoxdur, hətta mənim uşaqlarım da bu şəhəri çox sevmişlər», — deyə o bildirib.
Dünya ulduzları olmadan Oyunların açılış və bağlanış mərasimi
Bakıda keçirilən əvvəlki iri miqyaslı yarışlardan fərqli olaraq, İslamiadanın açılış mərasimində dünya «ulduzlarının» iştirakı nəzərdə tutulmamışdır. Bu isə heç də maliyyə problemləri ilə deyil, İslam yarışlarının öz formatı ilə əlaqədardır.
Bununla belə, açılış mərasimində möhtəşəm şou planlaşdırılmışdı ki, onun başlıca mövzusu islam aləminin tarixi olmuşdur. İslamiadanın ümumi büdcəsinin həcmi təxminən 100 milyon dollar təşkil edir ki, onun ən böyük hissəsi məhz Oyunların açılış və bağlanış mərasimlərinin təşkilinə sərf edilməli olacaq.
Təhlükəsizlik hər şeydən üstündür
Azərbaycanda IV islam həmrəyliyi Oyunlarının təhlükəsizliyi tam həcmdə təmin ediləcək,-deyə Oyunların açılışı ərəfəsində AR Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Мəдəт Quliyev jurnalistlərlə söhbətində bildirmişdir.
O, həmçinin qeyd edib ki, İslam Həmrəyliyi Oyunları dövlət miqyaslı tədbirdir.
«İşə dörd min könüllü cəlb ediləcək. Bu, dövlətimiz üçün çox mühüm tədbirdir. Təbii ki, onun təhlükəsizliyi tam şəkildə təmin olunacaqdır», — deyə Quliyev bildirmişdir.
Oyunlarda 57 ölkə nümayəndələrinin, üç mindən çox idmançının iştirakı gözlənilir. Azərbaycan iştirakçı ölkələrin bütün idmançıları və yığma üzvlərinin təhlükəsizliyinə zəmanət vermişdir.
Мənfiliklər
Ancaq Oyunların mənfi tərəfləri də var. Ölkədə iqtisadi böhran fonunda nəhəng xərclər, çünki, Azərbaycan Avropa oyunlarının bütün iştirakçı komandalarının nəqliyyat xərclərinin ödənişini öz üzərinə götürmüşdür.
Bütün şəhər üzrə böyük tıxaclar. İflic vəziyyətə düşmüş küçələrdə minlərlə narazı sürücü. Oyunlar keçirilən zaman paytaxtın mərkəzinə giriş məhdud olacaq. Paytaxtın bir neçə strateji əhəmiyyətli prospekti tamamilə bağlanacaq.
«Bu ağlasığmazdır, mən taksi sürücüsüyəm və yaşamaq üçün bu yolla pul qazanıram. Dünən mən 4 saat tıxacda durmuşam. Bütün bu möhtəşəm tədbirlər ölkə rəhbərliyi üçün «plyusiklər» yığır, sadə insanlara isə bütün bunlar lazım deyil. Pensiyalar artırılsaydı daha yaxşı və ictimaiyyətdə sevinc qat-qat çox olardı », — deyə Bakının taksi sürücülərindən biri öz fikirlərini Dalma Newslə bölüşmüşdür.
Lakin, hər necə olsa da, Azərbaycan artıq yüksək səviyyədə dünya miqyaslı idman və mədəniyyət tədbirləri keçirmək iqtidarında olduğunu sübut etdi. Eurovision, İlk Avropa oyunları, Şahmat olimpiadası, Formula 1 mərhələləri bunun parlaq nümunəsidir. Ancaq axı, Bakını hələ Çempionlar Liqasının final oyunlarının keçirilməsi də gözləyir. Odur ki, bu, hələ harasıdır…
Hazırlayanı Nicаt Hаcıyеv