Bakıda Qazaxıstan prezidenti Nursultan Nazarbayevin öz azərbaycanlı həmkarı İlham Əliyevlə görüşü keçirilib. Qeyd edək ki, Azərbaycanda Nazarbayevi hələ keçən ilin oktyabr ayında gözləyirdilər, ancaq rəsmi versiyaya əsasən, səfər Qazaxıstan liderinin səhhəti ilə əlaqədar daha gec müddətə təxirə salınmışdı. O vaxt bəzi ekspertlər bəyan etdilər ki, səfərin həyata keçirilməsinə KTMT dövlət başçılarının Yerevandaki zirvə görüşü mane olmuşdur ki, həmin tədbir qazax prezidentinin Azərbaycan səfəri günlərinə təsadüf etdiyindən Astanada onun zirvə görüşündə iştirakını arzuolunmaz hesab etmişlər.

Qazaxıstan prezidentinin Azərbaycana hazırki səfərini şərh edərkən, hər iki ölkə politoloqlarının bu gün onsuz da strateji xarakter daşıyan həmin səfərin ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcəyinə dair fikirləri üst-üstə düşür. Bu barədə dövlət başçılarının özləri də vurğulamışlar.

«İlk növbədə ölkənizə çoxdan gözlənilən bu səfər üçün dəvətə görə dərin təşəkkürümü bildirmək istəyirəm. Biz azərbaycanlı qardaşlarımızın səmimiyyət və qonaqpərvərliyini hiss edib duyuruq. Beş dövlətlərarası sənəd, müvafiq idarələrarası sazişlər, razılaşmalar hazırlanmışdır ki, onlar imzalanacaq. Onlar, bizim sizinlə son illər ərzindəki əlaqələrin yeni bir mərhələsidir, dövlətlərimiz arasında iqtisadi və maliyyə əməkdaşlığı məsələsini həll edir», – deyə Nursultan Nazarbayev Bakıdaki görüş zamanı bildirmişdir.

unnamed

 

Nazarbayevin qeyd etdiyi kimi, görüşün yekunları üzrə Qazaxıstan ilə Azərbaycan arasında bütün istiqamətlərdə münasibətlərin daha da inkişaf etdirilməsi haqqında bəyannamə hazırlanmışdır.

«Biz müəyyən etdik ki, yaxın iki-üç ildə ticarət dövriyyəsini bir neçə dəfə artırmaq imkanı var»,– deyə Qazaxıstan prezidenti vurğuladı ki, onun Azərbaycana səfəri çərçivəsində nəqliyyat-kommunikasiya nazirliklərinin imzaladıqları sənədlər tərəflər üçün böyük faydalar vəd edir.

«İndi biz konkretlikdən söz açmışıq. Кonkretlik – bu, iqtisadiyyatın bazisidir. İqtisadi əlaqələr, ticarət bizim maraqlarımıza cavab verir və biz bu barədə bu gün danışacağıq. Və biz bunu necə etməyin lazım olduğunu görürük», – deyə dövlət başçısı dəqiqləşdirmişdir.

Prezident həmçinin qeyd etmişdir ki, hər iki ölkə lideri təkcə iqtisadi və siyasi əməkdaşlığı deyil, həmçinin mədəni-humanitar əlaqələri də inkişaf etdirmək razılığına gəlmişdir.

«Gəncləri müvafiq ali məktəblərə qəbul etmək, mədəni əlaqələri, ziyalıların görüşlərini, iki ölkənin mədəniyyət günlərini bərpa etmək, münasibətlərimizi bir daha vurğulamaq üçün bizə bunu nəzərə almaq lazımdır. Yaxşı imkan var – körpü – bu, Qazaxıstanda yaşayan 130 min etnik azərbaycanlıdır. Bu, bizim vətəndaşlarımızdır, onlar bütün işlərə tam cəlb olunmuşlar. Bu, bizim ticarət üçün önəmli körpüdür. Mən bilirəm ki, elə onlar birgə müəssisələr açır, biznes yaradır və münasibətlərimizi daha da yaxşılaşdırmaqda bizə kömək edirlər. Zənnimcə, bizə bunu dəstəkləmək lazımdır», – deyə Nazarbayev bildirmişdir.

Azərbaycan prezidenti İlham Əliyev qeyd edib ki, Nazarbayevin səfəri dost və qardaş ölkələr arasındaki münasibətlərin daha da möhkəmləndirilməsində çox böyük əhəmiyyət kəsb edir. O, Nazarbayevi Qazaxıstanın BMT-nin Təhlükəsizlik Şurasına seçilməsi münasibətilə təbrik etmişdir.

«Bu, Qazaxıstanın dünya işlərində rolunun, sizin şəxsi nüfuzunuzun və təkcə bizim regionda deyil, həm də ümumiyyətlə dünyada sülhü möhkəmləndirmək üçün irəli sürdüyünüz təşəbbüslərin oynadığı rolun tanınmasıdır. Biz münasibətlərimizin  necə inkişaf etməsindən, daim əlaqədə olmağımızdan çox razıyıq və biz dünən axşam öz işimizə başladıq və bu gün artıq bir çox məsələlər üzrə  fikir mübadiləsi apardıq. Artıq baş tutmuş fikir mübadiləsi onu göstərir ki, müzakirə olunan bütün məsələlərdə bizim mövqelərimiz  tamamilə üst-üstə düşür. Fəal qarşılıqlı siyasi fəaliyyət, iqtisadiyyat və nəqliyyat sahəsində yaxşı perspektivlər», – deyə Azərbaycan prezidenti vurğulamışdır.

unnamed (1)

İlham Əliyev həmçinin əmin olduğunu bildirdi ki, görüş zamanı  əldə olunmuş razılıqlar qısa müddət ərzində mal dövriyyəsini xeyli artırmağa və regional əməkdaşlıq sahəsində yeni durum yaratmağa imkan verəcək.

«Həm Qazaxıstan, həm Azərbaycan konkret layihələr – iqtisadi inkişafla bağlı həm nəqliyyat, həm də enerji layihələri vasitəsilə regional əməkdaşlığı möhkəmləndirmək üçün çox iş aparırlar. Həmçinin mənə xoşdur ki, artıq bizim şirkətlər arasında qarşılıqlı investisiyalar başlayır və yaxşı nəticələr verir. Düşünürəm ki, sizin səfəriniz və qəbul ediləcək qərarlar, sərmayələrin həcmini artırmaq məqsədilə həmçinin özəl sektoru da stimullaşdıracaq », – deyə Əliyev bildirmşdir.

Görüş zamanı Azərbaycan lideri Nazarbayevi Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq və dostluq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə «Heydər Əliyev» ordeni ilə təltif etmişdir.

Nazarbayevin Bakı səfərini şərh edən Beynəlxalq türk akademiyasının Qazaxıstan eksperti Timur Kozırev Dalma Newsin müxbiri ilə söhbətində bəyan edib ki, Azərbaycan tarixi Böyük ipək yolunun  yenidən qurulmasında aparıcı rol oynayır. Ekspert vurğulayıb ki, «iki ölkə arasında iqtisadi əlaqələr bu gün çox zərifdir və fəal əməkdaşlıqla möhkəmlənməzsə, asanlıqla tar-mar ola bilər».

«Biz multikulturalizmin Azərbaycan modelini maraqla öyrənirik və hesab edirik ki, Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq mütləq inkişaf etməlidir»,- deyə Kozırev vurğulamışdır.

Qazaxıstan strateji araşdırmalar institutunun elmi əməkdaşı Naylə Əlmuhəmbətova isə əmin olduğunu bildirdi ki, Nursultan Nazarbayevin Azərbaycana səfəri ikitərəfli iqtisadi əməkdaşlığın inkişafına və bunun nəticəsi kimi, iki ölkə arasında ticarət dövriyyəsinin həcminin artmasına kömək edəcək.

«Azərbaycan həmişə Qazaxıstanın yaxın  biznes- tərəfdaşı kimi çıxış etmişdir. Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi kiçikdir, ona görə də biz iqtisadi münasibətləri daha da təşviq etməliyik. Kənd təsərrüfatı və turizm sektoruna xüsusi diqqət yetirmək lazımdır. Azərbaycan MDB, o cümlədən Qazaxıstandan turist axınının artırılmasına səy göstərir. Ötən il Qazaxıstandan Azərbaycana 15% çox turist səfər etmişdir»,- deyə o bildirmişdir.

Onun fikrincə, turizmi kompleks şəkildə, məsələn, İpək yolu marşrutu üzrə inkişaf etdirmək məqsədəuyğun olardı. «Mən hesab edirəm ki, nəqliyyat və logistika əməkdaşlığımızın perspektivli istiqamətidir» ,- deyə Əlmuhəmbətova öz fikrilə bölüşmüşdür.

Öz növbəsində, politoloq İlqar Vəlizadə qeyd edib ki, Bakı-Astana münasibətləri nəinki sosial-iqtisadi münasibətlərin inkişafı baxımından, həm də siyasi cəhətdən əhəmiyyət kəcb edir.

«Qazaxıstan lideri MDB ölkələrində böyük nüfuza malikdir, o, demək olar ki, ən qocaman və təcrübəli liderdir və onun nüfuzu mühüm layihələrin həyata keçirilməsi üçün yol açır. Bu il Qazaxıstan zirvə toplantısı oktyabr ayında Astanada keçiriləcək İslam Əməkdaşlıq təşkilatında sədrlik edir. Azərbaycanda isə 2017-ci il İslam həmrəyliyi ili elan olunmuşdur. Bu mənada, ölkələrimizin vəzifələri var eyni istiqamət yönəlmişdir»,- deyə o, Dalma Newsin müxbirinə bildirmişdir.

Politoloq həmçinin Qarabağ münaqişəsinin həlli məsələsində Qazaxıstanın dəstəini qeyd edib. «Ümumiyyətlə, Qazaxıstan, demək olar, bütün məsələlərdə Azərbaycanın mövqeyini dəstəkləyir. Odur ki, münasibət və əlaqələrin dərinləşməsi Azərbaycan üçün əhəmiyyət kəsb edir»,- deyə o bildirib.

Əvvəllər Qazaxıstan parlamentinin millət vəkili  Ахаn Bijаnоv bildirib ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qarabağ probleminin  həlli üzrə yeni təşəbbüslər hazırlayacaq.

«Qazaxıstan Qarabağ məsələsinin həllində öz vasitəçilik fəaliyyətini gücləndirmək niyyətindədir. Bu problemin mövcudluğu Astananı narahat edir və onun həm Ermənistan, həm də Azərbaycanla diplomatik sahədəki münasibətlərinin  dolğunluğunu məhdudlaşdırır. Azərbaycan bizim qardaş ölkədir, amma Ermənistanla biz inteqrasiya layihələri çərçivəsində tərəfdaşıq. Odur ki, Qazaxıstan Qarabağ probleminin həllinə kömək göstərməyə çalışacaq»,- deyə Bijanov vurğulamışdır.

Qazaxıstan politoloqu Zamir Каrajanov öz növbəsində, Dalma Newsə bildirib ki, Qazaxıstan və Belarus ərazi bütövlüyünə riayət olunma tərəfdarıdır, çünki milli və regional təhlükəsizlik bu prinsip üzərində qurulur.

«Ərazi bütövlüyü prinsipi ATƏT kimi  bir çox beynəlxalq qurumların işinin əsasında dayanır. Lakin əgər söz Qazaxıstandan gedirsə, o, praqmatik mövqe tutur. Birincisi, Astana prinsipial olaraq oxşar məsələlərin  sülh yolu ilə həll tərəfdarıdır. Mübahisələr, tələblər danışıqlar masası arxasında müzakirə olunmalıdır. İkincisi, qərar bütün tərəflər üçün məqbul olmalıdır»,- deyə o bildirib.

Bununla əlaqədar olaraq, ekspert Qazaxıstanın vaxtilə mübahisəli sahələrin mövcud olduğu Çinlə sərhəddin məhdudlaşırılmasını müzakirə etdiyini və nəticədə kompromis bir qərar qəbul olunduğunu xatırladıb.

«Astana mübahisəli əraziləri qonşusu ilə bölüşməyə razılaşdı, ona pay (təxminən 60%) güzəştə getdi, digər region dövlətləri də belə etdilər. Bizim hamımız üçün bu, məqbul qərar oldu. Nəticədə, çox mürəkkəb ərazi məsələsi həll olundu, bunun sayəsində biz ÇXR ilə möhkəm iqtisadi münasibətlər əldə etdik. Qonşu ilə illik ticarət dövriyyəsi 20 milyard dollardan çoxdur (müqayisə üçün: Qazaxıstan ilə Azərbaycan arasında ticarət dövriyyəsi 124,3 milyon dollar təşkil edir), Çinin investisiyalarının həcmi 50 milyard dolları ötüb. Lakin başlıcası — budur ki, Qazaxıstan təhlükəsizlik sahəsindəki təhlükəni endirə bildi .

Maraqlıdır ki, biz bu nəticəni 10 il müstəqillik ərzində əldə etmişik, halbuki, Çin özü Asiya regionunda indiyəcən qonşuları ilı öz ərazi məsələsini həll edə bilməməklə yanında gecikmiç mina təhlükəsi ilə yaşamalı olur.

Hazırlayanı Мəqsud Таlıblı