Son günlər Azərbaycan media məkanında ən çox müzakirə olunan mövzulardan biri Rusiya XİN rəhbəri Sergey Lavrovun özündən sonra Azərbaycan cəmiyyətini iki hissəyə bölən bir sıra hadisələrə gətirib çıxarmış mətbuat konfransı olmuşdur .

Müqəddimə

thumb_20170123051835675Yanvarın 17-də Rusiya XİN başçısı Sergey Lavrovun son mətbuat konfransı zamanı LiderTV Azərbaycan telekanalının müxbiri Anar Həsənov belə bir sual vermişdir: «İşğal olunmuş ərazilərdə əks-terror və işğalçı qüvvələrdən təmizləmə əməliyyatları başlayacağı təqdirdə Moskva hansı mövqei tutacaq, buna göz yumacaq yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?» Sergey Lavrov cavab vermişddi: «Bu, artıq nəsə mücərrəd bir şey deyil, bu, Dağlıq Qarabağ münaqişəsi barədə müstəsna olaraq Azərbaycanın daxili işlər mövzusu deyil» (sitat İnterfaksdandır). Sergey Lavrovun cavabı Azərbaycan cəmiyyətində hiddət və anlaşılmazlıq doğurmuşdur ki, bu, həmin mövzu ilə bağlı olan bir sıra hadisələrə katalizator rolu oynamışdır. Lakin biz buna bir qədər sonra qayıdacağıq.

Lavrovun bu bəyanatı əlbəttə, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun diqqətindən kənarda qalmamış, ATƏT-in Minsk qrupu həmsədrlərinin dövlət başçıları səviyyəsində status-kvonun qeyri-məqbulluğu və qeyri-sabitliyi haqqında dəfələrlə bəyan etdiklərini vurğulayaraq öz rusiyalı həmkarının sözlərinə dərhal reaksiya vermişdir.

«Biz ötən il aprelin 5-də Moskvada Ermənistan və Azərbaycan silahlı qüvvələri baş qərargah rəisləri səviyyəsindəki görüş zamanı atəşkəs rejiminə nail olmaq üçün Rusiyanın göstərdiyi səyləri yüksək qiymətləndiririk. İntəhası, арrеl hadisələri bir daha göstərdi ki, ATƏT-in Minsk qrupunun həmsədri və qonşu dövlət kimi Rusiya münaqişənin tezliklə həlli üçün daha böyük səylər göstərməlidir. Tam əminəm ki, əgər Rusiya məsələ ilə bütün ciddiliyi ilə məşğul olarsa, o vaxt status-kvo dəyişdiriləcək, bölgədə sabitlik bərpa olunacaq və Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qoşunlarının çıxarılması təmin ediləcək », — deyə Azərbaycan XİN rəhbəri vurğulamışdır.

Lavrov nə qədər haqlıdır

Bir tərəfdən, Azərbaycan ictimaiyyətinin reaksiyası gözlənilən idi, axı söz «daxili işlərə» müdaxilədən gedərkən səmərəli düşünmək getdikcə çətinləşir. Əgər Rusiya Xİ nazirinin sözlərinə beynəlxalq hüquq prizmasından yanaşsaq, burada heç bir iddia ola bilməz .

Həm Azərbaycan, həm də Ermənistan özləri eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və dünya nizam-intizamının «keşikçiləri», ATƏT-in Minsk qrupu və Rusiya, Fransa, eləcə də ABŞ-nın simasında onun həmsədrlərinin vasitəçiliyinə razılıq vermişlər. Daxili qarşıdurmalar təqdirində bu ölkələrin qoyulan vəzifənin öhdəsindən nə qədər uğurla gələ bilmələri isə başqa bir məsələdir. Ancaq bu ölkələrin beynəlxalq hüquq normalarına riayət edilməsinə məsuliyyət daşıma faktının özü danılmaz olaraq qalır. Digər tərəfdən, münaqişənin özündə iki tərəf var — Azərbaycan və Ermənistan, odur ki, problemin sırf «daxili» deyil, beynəlxalq xarakter daşıdığı gün kimi aydındır.

57e757c7bb92f_1474779079

Bəlkə də Sergey Lavrov suala bir az gözlənilməz və kəskin tərzdə cavab vermişdir ki, bu da Azərbaycan cəmiyyətinin sinirli reaksiyasına gətirib çıxarmışdır, ancaq həmsədr ölkənin XİN rəhbərindən heç başqa cavab gözləmək də olmazdı. Axı, Rusiya bilavasitə Fransa və ABŞ ilə yanaşı, Qarabağ münaqişəsinin nizamlanmasının iştirakçılarından bıridir.

Danışıqlar prosesinin 24 ili ərzində mühüm nəticələr əldə etməyin mümkün olmaması ısə tamam başqa məsələdir. Baxmayaraq ki, Azərbaycan prezidenti İlham Əliyev həmişə Azərbaycanın Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək tərəfdarı olduğunu bildirir və beynəlxalq hüquq rəsmi Bakıya müharibəyə başlamağı qadağan etmir.

Jurnalistin işdən azad edilməsi

Sergey Lavrovun dedikləri və Azərbaycanın XİN başçısının bəyanatından sonra bu mövzu ətrafında ehtiraslar qızışmaqda davam edərək, gözlənilməz nəticələrə gətirib çıxardı. Belə ki, müxalif KİV-ləri Lider TV müxbirinin vəzifəsindən azad edildiyini öyrənmiş, özü də demişlər ki, Anar Həsənovu birbaşa tapşırıqla olmasa da, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun israrlı «yardımı ilə» işdən kənarlaşdırmışlar. «Minval»ın versiyasına görə, diplomat «jurnalistin sualı və ona Sergey Lavrovun cavabının iki ölkə arasındakı dost münasibətlərə ziyan vurmasını» əldə rəhbər tutmuşdur. Lakin Bülbüloğlunun jurnalistin vəzifəsindən azad edilməsində əli olmasına dair heç bir tutarlı dəlil mövcud deyil. Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən «1news.az»a bu barədə bildiriblər ki, Azərbaycanın Rusiyadakı səfirliyi – öz peşəkar xidməti ilə məşğul olan diplomatik qurumdur və «Lider TV telekanalının jurnalistinin işdən azad edilməsilə bağlı bütün məsələlər üzrə telekanalın rəhbərliyinə müraciət etməyi məsləhət görmüşlər».

59254

Telekanalın özündə «1news.az»la söhbət zamanı jurnalistin işdən azad olunma faktını təsdiqləmiş, ancaq səbəbinə elə bir aydınlıq gətirməmişlər. «Bu barədə ancaq onu deyə bilərik ki, yazılanlar yalandır. Anar Həsənovun işdən getməsinin səbəbləri bunda deyil. Siz bu məsələyə şəxsən onun özünün nöqteyi-nəzərini öyrənə bilərsiniz».

Jurnalist Anar Həsənov ilə əlaqə Ölkə.az yeniliklər nəşrinə müəssər oldu. «Məni Lider TV telekanalından çıxartdılar, daha mən orda işləmirəm. Bu barədə məlumat düzgündür»,- deyə o, Ölkə.az nəşrinə bildirmişdir. Əlaqə müxbirinə Dalma News bilmədi,

Dalma Newsin müxbirinin jurnalist Anar Həsənovla əlaqəsi alınmadı, çünki abunəçi əlçatmaz idi.

Cəmiyyət iki düşərgəyə bölünmüşdür

Həsənovun işdən azad edilməsi jurnalistləri və ekspert birliyini iki düşərgəyə ayırdı. Onların bir qismi jurnalistin verdiyi sualda problem görmür və onun işdən kənarlaşdırılmasını ədalətsiz hesab edir, həmçinin müdaxilyə görə səfiri tənqid edirlər. Digər hissəsi isə Rusiya ilə dostluq münasibətlərini və bunda səfirin şəxsi xidmətini nəzərə alaraq hesab edir ki, Bülbüloğlunun jurnalistə rəğmən münasibəti haqlıdır.

Ola bilsin ki, jurnalistin sualı bir o qədər korrektli deyildi və aydın tərtib olunmamışdı, lakin bu halda da dəyərli əməkdaşı işdən çıxarmaq telekanala heç cür haqq qazandırmır. Şirkətin rəhbərliyi uzun müddət xüsusi müxbir işləmiş və öz vəzifəsini ləyaqətlə yerinə yetirən əməkdaşının müdafiəsinə qalxmalı idi. Ancaq onun işdən azad edilməsi barədə qərar– kəmxasiyyətlik və iradəsizlikdən başqa bir şey deyil.

Azərbaycan səfirinin müdaxiləsinə gəlincə, bu barədə çox şey demək olar. Polad Bülbüloğlu Azərbaycan-Rusiya münasibətlərinin yaxşılaşmasında böyük uğurlara nail olmuş və təbii ki, gördüyü işə qayğı, həm də necə deyərlər, qədir-qiymətlə yanaşır. Lakin bir səfir və görkəmli mədəniyyət xadimi kimi ona bəslənən dərin hörmət müqabilində əgər onun jurnalistin işdən azad oiunmasında həqiqətən əli varsa, bu, böyük təəssüf doğurardı. Bu, sırf telekanalın və jurnalistin daxili işi idi. Anar Həsənov KİV- nin Azərbaycan-rusiya münasibətlərinə zərər vuran nümayəndələrindən deyil.

Məmmədyarov Moskvada

Yuxarıda qeyd edildiyi kimi, jurnalistin sual və Lavrovun cavabı Azərbaycan cəmiyyətində narazılıq və anlaşılmazlığa səbəb olmuşdur. Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov bütün məsələləri həll etmək və yaranmış anlaşılmazlıqları aradan qaldırmaq üçün yanvarın 24-də təcili Moskvaya uçmuşdur.

«Məmmədyarov Rusiya tərəfinin dəvəti ilə işgüzar səfərlə Moskvaya yola düşdü. XİN başçısı öz rusiyalı həmkarı S.Lavrovla görüş keçirəcək. Orada prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərindəki razılaşmalar çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələləri müzakirə olunacaq»,- deyə xarici siyasət idarəsinin bəyanatında bildirilir.

d92a6c138bcb1b04a9dcd06c3ad70828

Ancaq heç kimə sirr deyil ki, Məmmədyarovun səfəri Moskvada Lavrovun mətbuat konfransındaki insidentdən sonra iki ölkənin qarşılıqlı münasibətlərində yaranmış gərginliklə bağlıdr. Xarici siyasət idarə başçılarının görüşünün nəticələrilə əlaqədar Rusiya XİN-nin saytında bildirilib ki, Rusiya XİN rəhbəri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüş keçirərək onunla Dağlıq Qarabağdaki vəziyyəti müzakirə etmişdir.

«Nazirlər Vyana və Sankt-Peterburqdaki zirvə görüşləri zamanı müzakirə olunan mövzular da daxil olmaqla, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma problemləri üzrə fikir mübadiləsi aparmışlar», — deyə məlumatda bildirilir.

Məmmədyarov və Lavrovun görüşündən sonra bu mövzu və onun ətrafındaki bütün ehtirasların səngiyəcəyi gözlənilir. Çox güman ki, Moskva və Bakı bir qayda olaraq deyildiyi kimi, artıq «saatları tutuşdurub yoxlamış» və ümumi məxrəcə — rəyə gəlmişlər, belə ki, ölkələr arasında qarşılıqlı münasibətin pisləşməsi üçün əslində elə bir xüsusi səbəb yox idi.

Hazırlayanı Nicat Hacıyev