Dalma Newsə müsahibəsində futbol agenti Erkin İbrahimov iqtisadi böhranın Azərbaycanda futbolun inkişafı, Azərbaycan klublarının maliyyə vəziyyəti, gənc azərbaycanlı oyunçular qarşısında açılan imkanlar, eləcə də dünya transfer bazarındaki duruma nə kimi təsir göstərməsindən söz açmışdır.
Siz klubların cari maliyyə vəziyyətini necə qiymətləndirirsiniz?
Əlbəttə, iqtisadi böhran Azərbaycan futboluna təsir göstərmişdir. Milli çempionatda klublar azalmışdır. «İnter» və «Xəzər-Lənkəran» kimi bir çox klublar fəaliyyətlərini dayandırmışlar ki, bu əlbəttə, bütün qalan ölkə klublarının imkanlarına təsir göstərməmiş deyil.
Əvvəllər klublar arasında fəal rəqabət müşahidə olunurdu və hər komandada 4-5 aparıcı oyunçu var idi, indi isə 2-3 oyunçudan çox deyil. Və bu, oyunların əyləncəliliyindən tutmuş, klubların vəvəziyyətinədək hər şeyə təsir göstərir. Çempionatın qrandlarından cəmi iki klub öz lider mövqeyini saxlaya bilmişdir, qalanları isə, yumşaq desək, «çökmüşlər». Əgər əvvəllər çempion adı uğrunda 5-6 klub mübarizə aparırdısa, indi cəmi ikisi buna can atır.
Maliyyə böhranı Azərbaycanda transfer bazarına nə dərəcədə təsir göstərmişdir?
İndi Azərbaycanda elə şərait yaranıb ki, burada oynamaq istəyən oyunçular demək olar ki, qalmayıb. Ölkədə çox şey dəyişib və futbol fəal təbliğ olunur. Yığmamız az və ya çox da olsa yaxşı oyun nümayiş etdirməyə başlamış və Azərbaycan klubları daim Avropa klublarında təmsil olunurlar. Hazırda Azərbaycan futbolu barədə həm Avropa, həm də dünyanın digər ölkələrində bildiklərindən onun tərif və təbliği üzrə iş xeyli aşağı düşmüşdür.
Digər tərəfdən, legionerlər çox gözəl başa düşürlər ki, daha güclü çempionatlara keçməkdə Azərbaycan onlar üçün yaxşı tramplin ola bilər. Oyunçular bir və iki dəfə deyil, artıq dəfələrlə müəyyən vaxt keçəndən sonra Rusiya, Türkiyə yaxud Ukrayna çempionatlarına keçmişlər.
Azərbaycanda da, həmçinin öz milli yığmalarında təmsil olunan legionerlər oynayır. Bütün bunlar onu göstərir ki, Azərbaycan çempionatı nüfuz qazanmağa imkan tapmış, lakin müəyyən maliyyə problemləri ilə əlaqədar son zamanlar bahalı oyunçular cəlb etmək daha da çətinləşmişdir.
Yerli futbolçulara daha çox diqqət yetirməyə başlamışlarmı?
Azərbaycanda legioner limiti var və hər hansı klubda start tərkibində ən azı 4 yerli futbolçu və bir gənc olmalıdır. Ona görə də hər bir klub öz tərkibində 10-15 yerli oyunçu olmasına çalışır. «Qarabağ» və «Qəbələ» kimi klublar yığmaçıları tovlayıb öz tətəflərinə cəlb etməyə çalışırlar.
Bu vəziyyət mövsümü az büdcə ilə başlayan, sonra bir neçə yerli legioner alaraq yeddinci yerə çıxan «Azal» kimi kiçik klublara daha çox təsir göstərmişdir. İndi isə, şərait onları start heyətində daha çox yerli oyunçu qoymağa vadar edir ki, bu da gənclər futbolunun inkişafı və milli yığmaya müsbət təsir göstərir.
Azərbaycan çempionatına hansı ölkə oyunçuları üstünlük verirlər? Azərbaycandan olan oyunçuların daha güclü çempionatlara keçid nümunələri varmı?
Belə futbolçular var. Məsələn, «Sportinq»in dublunda oynayan Budaq Nəsirov. Qapıçı Kamran Ağayev var ki, o, Portuqaliyanın ali Liqasında «Boaviştu» uğrunda oynayır.
Futbolçuları ucuz qiymətləndirməyə başamışlar və bu onları xaricə getməyə məcbur edir. Elə həmin Kamran Ağayev «Bakı»dan «Xəzər Lənkəran»a, ordan isə daha çox pul verilən «Qəbələ»yə keçmişdir. İndi isə demək olar ki, varlı klubların olmadığı və pulu olanlara isə onun sərfəli olmaması halında, oyunçu xarici klubları gözdən keçirməyə başlayır. Və bu proses davam edəcək, çünki, «Qarabağ» və «Qəbələ» kimi iki ən böyük klublarda heç də hamıya yer yoxdur. Kimə buraya düşmək nəsib olmamışsa, onlar xaricə gedəcəklər.
Dünya transfer bazarındaki vəziyyəti necə qiymətləndirirsiniz? Oyunçuların qiymətləri bu gün özünü nə qədər doğrultmuşdur?
Transfer bazarında «şişirdilmiş qiymətlər» anlayışı mövcud deyil. Əgər kimin üçünsə bu və ya digər qiyməti ödəyirlərsə, bu, azarkeşlərin problemi yoxl, oyunçu və klubların işidir. Odur ki, hər bir oyunçu onun üçün verilən pulun hamısına layiqdir.
Futbol transferi bazarında futbolçulara ağlasığmaz müqavilələr təklif edən Çinin peyda olması futbolun inkişafına pis təsir göstərir. Gənc futbolçular sadəcə olaraq karyeralarını atıb, pul qazanmaq üçün Çinə asan çempionata yollanırlar.
Halk və ya Vitsel kimi oyunçuları qınamaq çətindir, belə ki, futbolçunun peşəkar həyatı qısadır və o, zirvədə maksimum 15 il olur, karyera başa çatandan sonra isə heç kim onun qapısını döyüb 100 dollar təklif etmir. Odur ki, onlar öz gələcəkləri və öz yaxınlarının naminə daha əlverişli maliyyə təklifini qəbul edirlər. Əlbəttə, biz nə qədər istəsək tənqid edə bilərik, ancaq mən hesab etmirəm ki, bazar «şişirdilmişdir». Kimin pulu var — o da ödəyir.
Söhbəti Nicat Hacıyev apardı