İran İslam respublikasının quruyub yox olmaqda olan Urmiya gölünü Gürcüstan və Ermənistan suları ilə doldurmaq niyyəti haqqındaki məlumat yeni deyil. Bu barədə Tehranda hələ 10-15 il bundan əvvəl söz gedirdi. O vaxt Gürcüstan prezidenti Eduard Şevardnadze layihəni dəstəkləyərək, 2002-ci ildə imzaladığı fərmanla İran təkliflərinin baxılması üçün məsuliyyəti nazirlər kabinetinin üzərinə qoymuş oldu.

Elə o zaman mütəxəssis qrupu toplanaraq hidrogeoloji tədqiqatlar aparılmışdı. Nəticələrə əsasən, Sovet dövründə qazılmış quyuların köməyilə artezian mənbələrini yuxarı səthə çıxarmaq mümkün idi. Artezian suyu isə içməli, suvarmaya yararlı, termik, eləcə də, müalicəvi olduğu və Gürcüstan onların böyük hövzələrinə malik olduğundan (Alazani hövzəsi), həmin layihə potensial əlverişli adlandırılmışdır.

Bundan başqa, İrana içməli suyun verilməsi, Gürcüstanın bu baxımdan problemli olan Kaxeti bölgəsinin (Şərqi Gürcüstan) suvarma infrastrukturunun inkişafına kömək edə bilərdi. 2000-ci illərin əvvəllərində ciddi bir layihə hazırlanmışdı ki, ona əsasən, İrana su təchizatına görə, Gürcüstan $14 mlrd miqdarında gəlir əldə edə bilərdi. O vaxt söz Alazani çayından axıb Mingəçevir su anbarına tökülən sulardan gedirdi.

«Onda bunu «Əsrin Layihəsi» adlandırırdılar. Söz Şimali İrana – Təbriz və onun rayonlarına su verilməsi; Кахеtinin su təchizi probleminin həlli; çoxlu iş yerlərinin açılmasından gedirdi…Hidrogeoloqlar çox böyük işlər aparmış, Кахеtinin bütün resurslarını tədqiq etmiş, istifadə edilən və tökülən suların hesablamalarını aparmışlar», – deyə bu araşdırmalarda iştirak etmiş geoloq Quram Razmadze Dalma News-ə bildirmişdir.

Layihəyə əsasən, İran tərəfi saniyədə 16 kubmetr su almalı idi, lakin bu cür göstəricilər çox şişirdilmiş görünür, çünki Kür saniyədə cəmi 35-36 kubmetr su axıdır. Və söz yalnız çayın səviyyəsinin yüksəldiyi yay dövründən gedir. Aydın olmuşdur ki, Gürcüstan belə resurslara malik deyil və tərəfdaşlar axtarmaq lazım idi.

Digər ekspert, hidroloq Коrneli Darsavelidze Dalma News-ə müsahibəsində qeyd edib ki, Gürcüstan yalnız 9 kubmetr аrtezian suyu verə bilərdi, qalan çatışmazlığı aradan qaldırmaq üçün qonşu Azərbaycan qoşulmalı idi.

«Sxemlər hələ 10 il əvvədən hazır idi. İran tərəfi ilə görüş keçirildi. Biz azərbaycanlılarla da razılığa gəldik və onlar qoşulmağa söz verdilər . Lakin layihə dayandırıldı, illər keçdi, mən isə deyəsən, sxemləri tullamışam», – deyə Darsavelidze bildirdi.

Şevardnadze «Əsrin layihəsi»nə böyük ümidlər bəsləyir, deyirdi ki, su Gürcüstanın regional rolunu artıracaq və ona maliyyə gəliri gətirəcək. Amma layihənin onu milli investisiyadan öz şəxsi biznesinə çevirməyə çalışan rəqibləri ortaya çıxdı.

O illərdə suyun verilməsinin müxtəlif variantları nəzərdən keçirilmişdi: bahalı boru kəmərlərindən tutmuş tankerlərlə ucuz nəqlə qədər. Quram Razmadzenin fikrincə, ciddi mənfəət mənbəyi ola bilən su müəyyən qrupların zənginləşmə vasitəsi deyil, dövlət layihəsi olmalıdır.

«Suyu Tsаlкa rayonunda, Kaxetidəki Xrami cayından götürmək olardı. Bunun üçün bütöv bir sistem – çox böyük bir istehsalat qurmaq lazım idi, əsas investor timsalında isə İran çıxış edirdi. Məncə, bunu gələcəyin layihəsi adlandırmaq olar», – deyə Razmadze hesab edir.

Ekspert qeyd edir ki, suyun neftdən daha baha başa gələcəyi gün uzaqda deyil, ancaq onun başqa ölkələrə ixracı yalnız onlarsız keçinməyin mümkün olduğu resurslar hesabına getməlidir.

Beləliklə, 2003-cü ildə, «Qızılgüllər inqilabı»ndan sonra bütün bu qəbildən olan layihələrin hamısı dayandırıldı. Mütəxəssislərin fikrincə, bunun günahı siyasətdir. Əks təqdirdə, hipotetik olaraq, necə deyərlər, «qızıl yumurta» verən layihədən imtina edən hər hansı bir ölkə təsəvvür etmək çətindir.

Bugünkü vəziyyət…

Sovet dövründə qazılmış artezian quyularının əksəriyyəti bu gün başlı-başına buraxılmış və onlardan fəal şəkildə su axır. «Əsrin layihəsi» üzərində çalışan bir qrup mütəxəssis sonradan bu ideyanın bərpasına daha bir neçə cəhd göstərdi, lakin heç bir şey alınmadı. Tərk olunmuş layihə yalnız dövlət dəstəyi ilə yenidən dirçələ bilər.

Hazırda bu məsələnin nəzərdən keçirilib-keçirilməməsi barədə hökumətdən rəsmi məlumat almaq üçün Dalma News-in müxbiri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirliyi ilə əlaqəyə girmiş, ancaq elə bir dəqiq cavab ala bilməmişdir. Lakin qeyri-rəsmi kanallarla daxil olan məlumata görə, bu ideya İran tərəfinə məxsusdur, lakin Tbilisidə hələ qərar qəbul olunmamışdır.

article-2563031-1ba285a300000578-499_964x593

Вununla əlaqədar, cürbəcür şayiələr gəzir: bunlardan birinə əsasən, Gürcüstan suyun əvəzində İran qazı alacaq. Eyni zamanda, faktlığında o qalır ki, İranda Gürcüstanın su ixracına ümid bəsləyirlər: «Gürcüstan Urmiya gölündəki çatışmazlığın bərpasına qadir böyük su ehtiyatlarına malikdir», – deyə İran tərəfi bəyan edir.

18-19 may 2015-ci il İran səfəri zamanı Gürcüstanın baş nazir müavini, iqtisadiyyat naziri Georgi Kvirikaşvilinin (Gürcüstanın indiki i.o. baş naziri) əsas müzakirə mövzusu 2015-ci ildə ticarət dövriyyəsi təxminən $127 mln təşkil edən iki ölkənin iqtisadi-ticari münasibətlərinin dərinləşməsi olmuşdur.

Urmiya məsələsinə gəlincə, məlumdur ki, İran gölü Gürcüstan və Ermənistan suyu ilə doldurmağı planlaşdırır. İranlı deputat Əli Əlilu yerli KİV-nə şərhində qeyd edib ki, artıq tərəflər arasında razılıq əldə edilmiş, gələcəkdə Kür və Sevan suyu üç nasosun köməyi ilə Urmiya gölünə vurulacaq. Eyni zamanda, parlamentçinin fikrincə, suyun Xəzər dənizindən vurulması əlavə iqtisadi xərclər və onun son dərəcə çirkli olmasına görə İran tərəfinə sərfəli deyildir.

«Urmiya gölündə suyun həcmi 36 milyarddan, 2 milyard kubmetrə enmiş, Araz və digər kiçik çaylar isə su qıtlığını yoluna qoymaqda acizdirlər. Su iki ölkədən ya alınacaq, ya da barter həyata keçiriləcək»- deyə deputat qeyd etmişdir.

lake-orumiyeh-in-iran-019

Peyklərin çəkdiyi fotoşəkillərə əsasən, 2014-cü ildə göldə suyun həcmi 1972-ci ilin göstəricilərilə müqayisədə 88% azalıb; 1976-cı ildə YUNESKO onu biosferin abidələri siyahısına salmışdır. Kənd təsərrüfatındaki zərərdən başqa, külək tərəfindən gölün duzlarının ətrafa yayılması baş verir ki, bu da əhali arasında ciddi xəstəliklərə səbəb olur.

Etibarlı mənbələrin məlumatına görə, bu gün Tehran yaxın 10 il ərzində bu problemin həllinə təqribən $5 mlrd sərf etməyə hazırdır.

«İranlılar o qədər ağılsız deyillər ki, nasos stansiyaları, polad boru kəmərləri və bir neçə kilovat/saat elektrik enerjisi qiymətinə Alazani hövzəsindən sadə texniki su çəksinlər. Araz onların yaxınlığındadır… Məncə, söhbət içməli sudan gedir. Əlavə içməli su ehtiyatı İranın xahiş etdiyinin yarıdan bir qədər çoxunu təşkil edir», – deyə hidroloq Коrneli Darsavelidze vurğulayır ki, Azərbaycanın köməyi olmadan layihənin gələcəyi yoxdur.

«Gürcüstan yaşıllar hərəkatı»nin lideri Nino Çхobаdzе suyun Alazanidən çıxarılmasını qeyri-mümkün hesab edir, belə ki, çay onsuz da kifayət qədər sulu deyil. Bundan əlavə, bu Kaxeti regionunda kənd təsərrüfatı məhsullarının qıtlığına səbəb ola bilər. Kürdən suyun çəkilməsi Kvemo Kartlidə suvarma sularının çatışmazlığına səbəb olacaq ki, bu da məhsuldarlığın azalmasına və kənd təsərrüfatı mallarının qiymətlərinin qalxmasına gətirib çıxaracaq. Çхobаdzе hesab edir ki, Gürcüstan daha əvvəlki — su ilə zəngin ölkə deyil. Ekspertin zənnincə, su satışı mümkündür, ancaq borular vasitəsilə yox.

«Mən ölkənin maraqlarını və onun inkişafında energetikanın rolunu başa düşürəm, lakin bu mərhələdə bizim üçün İrana borular vasitəsilə su verilməsinin bütün layihələri sərfəli deyil. 2016-cı ilin yayı göstərdi ki, Qərbi və Şərqi Gürcüstan çaylaınrda suların səviyyəsi düşdü və bizdə, su ehtiyatlarının defisiti yarandı. Ümumiyyətlə, vəziyyət fəlakətlidir»,- deyə Nino Çхobаdzе bildirir.

P.S. Bütün ehtimallara görə, Gürcüstan hökuməti necə deyərlər, bütün kartları açmağa tələsmir, İran isə, öz növbəsində, gürcü suyu ilə bağlı xülyasından əl çəkmir. Dalma News agentliyi İrana su verilmə layihəsinin realizəsinə başlama gününə dair artıq razılıq əldə edilib- edilmədiyini, həmçinin, sözün məhz hansı sudan getdiyini aydınlaşdırmağa çalışacaq. Bəziləri Gürcüstana belə şansı əldən verməməyi məsləhət görürlər. Layihə həyata keçirildyi halda mütəxəssislərin hesablamalarına görə, ölkədə illik təbii qaz istehlakı təxminən 2,2 milyard kubmetr təşki etdiyi halda o, 500 milyon kubmetr su müqabilində 10 milyard kubmetr qaz alacaq. İntəhası, təki, bütün bu qaz gəlirləri kiminsə cibinə axmasın.

Şorena Papaşvili Dalma News-üçün