Otən həftə sonu Venesuela prezidenti Nikolas Maduro rəsmi səfərlə Azərbaycanda olmuşdur. Əvvəllər anonslarşdırıldığı kimi, Venesuela rəhbəri neft hasil edən ölkələrə turne etmək niyyətində idi və bu Latın Amerikası respubilkası liderinin ilk dayanacağı Bakı olmuşdur.

Azərbaycanla Venesuela nə siyasi, nə iqtisadi, nə də hansısa digər bir sahədə ümumi heç nəyə malik deyillər. İki ölkəni birləşdirən yeganə amil neftdir. Şubhəsiz, elə bu amil Venesuela prezidentinin Bakı səfərinin başlıca səbəbi olmuşdur.

Azərbaycana öz səfəri çərçivəsində Maduro neftin qiymətini 10 il müddətinə sabitləşdirməyin yeni formulunu işləməyi təklif etmişdir. «Biz yaxın 10 il üçün təbii sərvətlərimizin qiymətlərinin sabitliyi və bu qiymətlərin yeni mexanizmlə müəyyənləşmə formulu üzərində işləyirik ki, sabitlik olarsa istehsalın, bazar və qiymətlərin səviyyəsini də qabaqcadan görmək olar»,- deyə o qeyd etmişdir.

venesuela1

Venesuela prezidentinin dediyincə, söz əvvəlcə yaxın altı ay ərzində neft bazarının qısamüddətli sabitləşməsindən, sonra isə — neft qiymətlərinin yeni müəyyənləşmə mexanizmi və onların on illıklər üçün sabitləşmə formulunun yaradılmasından gedir.

Maduronun özü də məhz turnesi çərçivəsində neftin dünya qiymətlərinin sabitləşməsi üzrə yeni sazişlər bağlamağı planlaşdırdığını vurğulamışdır.

«Bu səfərin neft bazarının tam sabitləşməsi üçün saziş bağlamaq məqsədi var bu bizim ölkəmiz eləcə də dünya maliyyə və iqtisadiyyatı üçün çox vacibdir»,- deyə o bildirmişdir.

Bu gün heç kimə sirr deyil ki, dünyada hamıdan çox məhz Maduro neftin aşağı qiymətlərindən narahatdır, belə ki onların aşağı düşməsi onun ölkəsinin iqtisadiyyatını tamamilə iflic vəziyyətə salmışdır.

Maduronun ölkədaxili vəziyyəti də cox qeyri-sabitdir və obrazlı desək, prezidentin ayaqları altındaki topraq od tutub yanır. Müxalifət parlamentə nəzarət edir və faktiki olaraq impişment prosesinə başlamışdır. Tətillər milli iqtisadiyyatı sarsıdır, əhalinin xeyli hissəsi real aclıq astanasındadır. Odur ki, onun siyasi dirçəlisi üçün xarici səhnədə uğurlar çox vacibdir. Maduronun xəzər regionu və Fars körfəzinin neft hasil edən dövlətlərinə uzun səfərini və bu səfər çərçivəsində yaxinlarda Azərbaycanda da olmasını məhz bununla izah etmək olar. Bu gün Venesuelada yetişmiş ac üsyanı sakitləşdirmək üçün Maduro dünyada neft hasilatının həcmini azaltmaq və qiymətləri qaldırmaq istiqamətində əlindən gələni edir. Bu məqsədlə o, yorulmadan yeni ideyalar irəli sürür ki, onlardan bəziləri bir sıra digər neft dövlətlərndə dəstək tapır.

Maduro neft istehsalçılarını xilas etməyəcək

Venesuela prezidentinin Azərbaycana səfərini şərh edərkən iqtisadcı Fikrət Məmmədov qeyd edib ki, səfərin məqsədinin versiyaları çoxdur: «maliyyə ilə yardım göstərmək xahişindən» tutmuş, «neft üzrə svop əməliyyatları sxemini təzələməyə» dək. Azərbaycan, Belarus və Venesuela bir müddət əvvəl əvəzlənmə əməliyyatları aparmişlar. Biz Belarusun Venesueladan aldığı nefti ona ötürmüş, Venesuela isə Qərb yarımkürəsində nefti bizim tədarüklər üzrə hansısa kontraktları ödəmək üçün bizə ötürmüşdür. Bəlkə də, Maduronun Avropa ölkələrinə təchizat üçün hansısa müqaviləsi var, mən isə bu varianta meylliyəm, və neft qiymətlərinin hazırki şəraitində ona daha rahat və iqtisadi cəhətdən daha cəlbedici logistika təmin edə biləcək neft istehsalçılarının dəstəyini qazanmaq istəyir»,- deyə ekspert bildirmişdir.

mamedov

Onun sözlərincə, əgər bu versiyanı inkişaf etdirsək, Avropa və Asiyadaki alıcılarla kontraktların olması Venesuelanın neft-qaz sektoruna investisiyaları daha cəzbedici edir. Və ola bilsin ki, Maduro milli neft kompaniyasını «savadli» idarə etdiyindən neftçilərin ac qalmamaq ücün oz formalarını satdıqları nəzərə alınsa, milli neft kompaniyasının qismən özəlləşdirilməsi tamamilə mümkündür. Ancaq neft kompaniyasının milliləşdirilməsi ilə əlaqədar Uqo Çavesin dediklərindən sonra ağlı başında olan investorlar Venesuelaya getmirlər (orda həm də neftin keyfiyyət məsələsi də var-Venesuela nefti çox ağırdır).

Ancaq ağlı o qədər də başında olmayanlar, az təcrubəlilər, eləcə də nağd pulu hara sərf etməyi bilməyənlər və digərləri vençur (riskli) layıhələrdən yapışa bilərlər. Təəssüf ki, biz də həmin siyahıda varıq – hərcənd bu, təəccublu deyil.

Zənnimcə, Maduronun hasilata məhdudiyyət qoymaq üzrə razılıq əldə etməyə cəhd göstərməsinə dair məlumatın məntiqi əsası yoxdur, çünki, əvvəla, elə mühüm bir siyasi çəkiyə malik deyil və ikincisi, Azərbaycan öz imkanları zirvəsındə hasil edir və bizdən «daha hasil etməyin» xahiş eləməyin mənası yoxdur»,- deyə analitik vurğulayır.

Ən böyük həcmdə neftə malik ölkə prezidentinin bu hərəkətlərinin neftin qiymətlərini nə qədər sabitləşdirə biləcəyindən söz açan ekspert demişdir ki, bütün siyasi qərarlar müvəqqəti səciyyə daşıyır.

«Venesuela prezidentinin bütun səylərinə baxmayaraq qiymətlər mütləq aşağı düşəcək. Mənim nəzərimcə, bu ilin sonuna qədər bir barel neftin qiyməti 20-25 dollar həddində olacaq»,- deyə o vurğulamışdır.

Venesuelanın çətinlikləri    

Dalma Newsə Nikolas Maduronun Azərbaycan səfərini səciyyələndirən iqtisad elmləri doktoru, professor Stanislav Tkaçenko demişdir ki, planetdə iki ildən artıq müddətdə neftin qiymətlərinin aşağı düşməsinin davam etməsindən ən çox zərər çəkən dövlət tapmağa cəhd göstərsək, Venesuelaya rəqiblər çətin ki, tapmaq olar.

tkachenko

Onun sözlərincə, bu Latın Amerikası dövləti İspaniyanın eksportu demək olar ki, mamamilə neftdən asılıdır və onun sayəsində daxilolmalar (hazırda sıfra enməkdədir) ən yaxşı illərdə ölkənin dövlət büdcəsinin bütün istehlak  maddələrinin yarıdan çoxunu təşkil edirdi.

«Şist inqilabı» başlayandan və 2014-cü ilin payızında xam neftin qiymətinin kəskin surətdə enməsindən sonra, Venesuelanın iqtisadiyyatı demək olar ki, azad tənəzzül vəziyyətində idi. Ötən il onun aşağı düşməsi ÜDM-nin 10 faizindən çoxunu təşkil etmiş, cari ildə isə ÜDM-nin 8 faiz enməsi gözlənilir. Bu ölkə əhalisi işsizlik, ərzaq və sənaye malları çatışmazlığından əzab çəkir, inflyasiya, necə deyərlər, rekord vurur və 2015-2016-cı illərdə 1000 faizlik fantastik göstəriciyə çatacaq»,- deyə o vurğulamışdır.

Ekspert həmçinin qeyd edir ki, Venesuelanın  statistik göstəriciləri belə apokaliptik ssenaridən xəbər verməmişdir, cəmi üç il əvvəl isə bu ölkənin neft ehtiyatları haqqında yeni məlumat planetin biznes birliyini heyrətə gətirdi.

«Ekspertlər onları 277 milyard barel müəyyənləşdirmişlər ki, bu çoxilik lider – Səudiyyə Ərəbistanını ötməyə imkan verərək, onu birinci yerə çıxarmışdır. Düzdür, bu neft hasil olunmaq üçün Orinoko çayı hövzəsinin çətin əlçatan sahələrində yerləşmişdir. Öz tərkibinə görə (ağır bitum qarışığı) o, rəqiblərin daha yüngül neftindən kəskin surətdə fərqlənir, odur ki, dunya bazarında onu əldə edib satmaq daha çətindir. Venesuela neftinin hasilatıının maya dəyəri hasilatın çətinlikləri və böyük vergi yükunə görə Rusiyanınkindən təxminən 50 faiz yüksəkdir. Buna görə də, öz nəhəng neft ehtiyatlarına baxmayaraq, bu gün Venesuela dünyanın on iri neft istehsalçılarının siyahısında yalnız sonuncu yeri tutur»,- deyə Tkacenko qeyd etmişdir.

Ekspertin sözlərincə, Maduro üçün Bakı dunyada ən yaxın tərəfdaşlardan biridir. «Neft hasilatının məhdudlaşdırmaq və dünya bazarında onun qiymətinin əhəmiyyətli dərəcədə yüksəldilməsi məsələsində hər iki dövlətin mövqeyi üst-üstə düşür. Bundan başqa, OPEK üzvü olmayan Azərbaycan kartellə paralel olaraq fəaliyyətə və OPEK üzvü olan dövlətlərin bu sahədəki mümkün tədbirləri ilə paralel öz hasilatını məhdudlaşdırmağa hazır olduğunu rəcmən təsdiqləmişdir.

Belə tədbirlərin qəbulu Venesuela iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edir və noyabrın sonunda OPEK liderlərinin görüşündə bu istiqamətdə ilk addımlar gözlənilir. Məhz buna görə də, hətta neft hasilatının miqyasına görə Azərbaycan (onun yeri neft hasil edən dövlətlərin üçüncü onlyğunun başlanğıcındadır) tamamilə başqa çəki kateqoriyasına daxil olsa da, onun mövqeyi Venesuela üçün vacibdir. Və məhz bu səbəbdən onun lideri ozü üçün planetin neft paytaxtları üzrə taleyüklü səfərinin lap əvvəlində Bakıya baş çəkmişdir»,-deyə analitik sözünə yekun vurmuşdur.

P.S. Bu gün yaxın 2 il ücün neftin qiymətlərinin yüksəlişini proqnozlaşdıra bilən ekspert çətin ki, tapılsın. Problem təkcə onda deyil ki, bu gün bazarda son dərəcə çox neft var. Məlum tələb və təklif qanununa görə qiymətləri həmişə bazar tənzimləyir. Neft istədiyin qədər ola bilər və buna tələsat olarsa, qiymətlər də yüksək ola bilər. Bütün problem ondadır ki, bu gün iqtisadi xarakterli problemlər təkcə enerji hasil edən ölkələrdə deyil, həm də idxalçı ölkələrdə də müşahidə olunur ki, bu da tələbatı son dərəcə azaldır.

Əngəl orasındadır ki, sənaye ölkələrinə nisbətən enerji hasil edən ölkələr qiymətlərdən daha çox asılıdırlar. Odur ki, neft hasil edən dövlətlərin başlıca vəzifəsi öz milli valyutasının kursunu sabitləşdirmək üçün neftin qiymətini süni yollarla artırmaq deyil, öz sənayesinin inkişafına sərmayə qoymaqdır.

 Nıcat Hacıyev