Türkiyə mətbuatında gündəm yaradacaq mövzulardan biri də SOCAR-ın qonşu dövlətdə neft axtarışına çıxmasıdır. Qeyd edək ki,Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin neft işləri idarəsi “SOCAR Turkey Enerji A.Ş.”yə neft axtarışı ilə bağlı icazə sənədi verib. Sənədin müddəti isə 5 ildir.
Xezerxeber.com bildirir ki, icazə sənədində “SOCAR Turkey Enerji A.Ş.” və “OPC Petrol Arama ve Üretim Ltd.” şirkətlərinə Qaziantep, Kahramanmaraş, Diyarbəkir, Adıyaman, Batman, Muş, Mardin və Şırnakda birgə istifadədə olan ərazilərdə ümumilikdə 7 neft axtarışını həyata keçirmələri üçün icazə verilir.
Xatırladaq ki, SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir.