Bu günlər Ermənistan prezidenti Serj Sarkisyanın respublikanın Avrasiya inteqrasiyasına kurs götürməsinə dair qərar qəbul etməsinin üç ili tamam olur. Bu üç ilə həm Ermənistanın Avrasiya iqtisadi birliyinə (AİB) daxili, həm də Avropa məmurlarının Ermənistanla dərin və hərtərəfli azad ticarət zonası haqqında müqaviləsiz assosiativ saziş (DCFTA) imzalanmasından imtina etməsi daxildir.
Problemlərə baxmayaraq tərəqqi
Ermənistanın AİB-də üzvlüyünün nəticələrinə rusiyalıların ödəniş qabiliyyətinə xeyli pis təsir etmiş Rusiya iqtisadi böhranı (bu, erməni məhsullarının alınmasında özünü göstərmişdir) və Rusiyanın investisiya imkanları da öz təsirini göstərmişdir
Eyni zamanda Rusiya iqtisadiyyatının müəyyən sabitləşməsi fonunda, ikitərəfli iqtisadi əməkdaşlıqda da irəliləyiş hiss olunmağa başlamışdır ki, bunu avqust ayında Moskva görüşünün gedişində iki ölkə prezidentləri də qeyd etdilər.
«Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, iqtisadiyyatda regional və qlobal problemlərə baxmayaraq, altı ay ərzində bizim mal dövriyyəmiz 12 faiz yüksəlmiş, Rusiyaya erməni ixracatı isə demək olar ki, 90 faiz artıb və faktiki olaraq, yarımillikdə tarixi maksimuma nail olmuşdur. Bu, əlbəttə ki, AİB-nin bizə təqdim etdiyi imkanlar sayəsində mümkün olmuşdur», – deyə Serj Sarkisyan vurğulamışdır.
Öz növbəsində, Vladimir Putin vurğulamışdır ki, iki ölkənin iqtisadi əməkdaşlığında müsbət tendensiyanı saxlamaq gərəkdir. «Ermənistandan ərzaq və kənd təsərrüfatı malları təchizatı xeyli, mahiyyətcə 86 faiz artmışdır.Qarşılıqlı investisiya əməkdaşlığı möhkəmlənir, Ermənistan iqtisadiyyatına Rusiya kapital qoyuluşunun həcmi dörd milyard dolları ötüb. Bu, Ermənistandaki bütün xarici investisiyaların 40 faizini təşkil edir.
Ermənistanda çalışan təxminən 1,3 min Rusiya şirkəti xarici investisiyalı bütün müştərək müəssisələrin təxminən üçdə birini təşkil edir. Onlar iqtisadiyyatın aparıcı sahələrində fəaliyyət göstərir: qaz, nəqliyyat, telekommunikasiya, maliyyə»,- deyə o qeyd etmişdir.
Ermənistana maliyyə yardımı
Qeyd etmək lazımdır ki, Rusiya iqtisadi agentliklərinə əsasən, Rusiya və Avrasiya strukturları iqtisadi inkişaf məsələlərində Ermənistana hərtərəfli yardım göstərir. O cümlədən, iqtisadiyyatın inkişafının müxtəlif istiqamətlər üzrə 2015-ci ildə respublikaya verilmiş kredit vəsaitlərinin ümumi məbləği təxminən 1 milyard dollar (bu vəsaitlər arasında – Rusiya silahının tədarükünə 200 milyon dollar məbləğində güzəştli kredit təchizatı) təşkil edib. O cümlədən həmçinin Rusiya və Avrasiya qurumları tərəfindən təxminən 100 milyon dollar məbləğində əvəzsiz yardımı.
Avrasiya inkişaf bankı (ЕАБР) idarə heyətinin sədri Dmitri Pankinin «Коmmersant» nəşrinə müsahibəsində verdiyi məlumata görə, bankın Avrasiya sabitləşdirmə və inkişaf fondu vasitəsilə Ermənistana kredit qoyuluşları $515 milyon təşkil edir. Təsdiq olunmuş kreditlər üzrə faiz dərəcəsi isə Ermənistan üçün 1,5-2,1%. təşkil etmişdir.
Həm də o halda ki, Ermənistan bankın nizamnamə kapitalına cəmi 100 min dollar köçürmüşdür (Rusiya — 1 milyard, Qazaxıstan -500 milyon, Belarus -15 milyon, Tacikistan -500 min, Qırğızıstan -100 min).
Ermənistan maliyyə nazirinin müavini, baş xəznədar Atom Cancyqazyana əsasən isə, respublika Avrasiya iqtisadi birliyinin Antiböhran fondundan 1,1 milyard dollar kredit resurslarına iddia edə bilər (Ermənistan Avrasiya iqtisadi birliyinin Antiböhran fondunda $1 mln. payla iştirak edir).
«Ermənistan üçün artıq üç kredit təsdiq edilmişdir–2015-2017-ci illər üçün $300 mln. həcmində büdcə yardımı krediti, «Şimal- Cənub» avtomobil yolunun tikinti proqramı üzrə $150 mln həcmində kredit və suvarma sahəsində problemlərin həlli üçün $40 mln kredit»,- deyə Cancyqazyan parlamentdə bəyan etmişdir.
O, əlavə etmişdir ki, fondda nəzərdən keçirmək üçün artıq təqdim olunmuş və olunası digər proqramlar da vardır.
Gürcüstanla paralellər
Ermənistanda Avrasiya və Avropaya inteqrasiya tərəfdarları arasında daim Ermənistan iqtisadiyyatına hansı inteqrasiya vektorunun daha çox fayda gətirə biləcəyi haqqında diskussiya gedir .
Bununla əlaqədar, «Şərq tərəfdaşlığı» ölkələrinin Aİ ilə assosiativ saziş bağlayan dövlətləri – Ukrayna, Gürcüstan və Moldovanın təcrübəsi maraqlıdır. Assosiativ sazişin bərabərhüquqlu olmaması haqqında çox danışılır.
Avropalılar ona birtərəfli qaydada dəyişikliklər daxil etmək hüququna malikdirlər (yenidən gömrük rüsumları daxil etmək, kvotaların həcmini dəyişdirmək və s.), Kiyev, Tbilisi və Kişinyov isə bu hüquqdan məhrumdurlar.
Ancaq ən başlıcası odur ki, bu ölkələr hələ də o çoxmilyardlıq maliyyə yardımı və onlara vəd edilən viza rejiminin ləğvini almamışlar. Onların istehsalçıları isə elə belə də Avropa bazarında möhkəmlənə və bununla onlar üçün ənənəvi Rusiya bazarının itirilməsinin əvəzini ödəyə bilmədilər.
Məlum oldu ki, bu ölkələrdən assosiasiyaya dair saziş çərçivəsində ixracat üçün verilən kvota çox kiçikdir, onların məhsulu Avropa standartlarına qeyri müvafiqdir və s. O ki qaldı korrupsiyanın və oliqarxların siyasətə təsir səviyyəsinə, o hətta artmışdır (Ukrayna və Moldova).
Ermənistan Dövlət iqtisad universitetinin iqtisadi-riyazi üsullar kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Аşot Таvadyanın hesablamalarına görə, zərər Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olmamasından dəyən zərər təxminən 1 milyard dollar təşkil edərdi. Onun sözlərinə görə, bu məbləğə Ermənistan qazın ixracı üçün Rusiyanın 30% rüsumundan, erməni əmək mühacirlərinin və məhsulların RF-na ixrac çətinliklərndən xilas olardı və s.
Öz növbəsində, politoloq, Qafqaz institutunun elmi işçisi Hrant Мikaelyan hesab edir ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünün müvəffəqiyyətliliyi üzrə yekunlarını vurmaq hələ tezdir. «O qədər də çox vaxt keçməyib,özü də o, böhranlı dövrə təsadüf etmişdir. Aralıq yekunları isə zənnimcə, aşağıdaki kimidir.
Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü onun Rusiya ilə xarici iqtisadi əlaqələri, qazın qiymətini və Ermənistanda iş tapmayanlar üçün mövsümi işlər bazarını saxlamaq imkanı yaratdı. Rusiya iqtisadiyyatındaki böhran Ermənistana da güclü təsir göstərdi, ancaq əgər Ermənistan Avrasiya İqtisadi İttifaqına qədəm qoymasaydı, yəqin ki, o, ölkə üçün daha ağır olardı»,- deyə politoloq Dalma Newsə bildirmişdir.
Onun sözlərincə, sadalanan amillər ölkənin makroiqtisadiyyatına nəzərəçarpan təsir göstərməmişdir. «Avropa ittifaqı ilə assosiativ saziş imzalamış Gürcüstan da hazırda mühüm iqtisadi fayda əldə edə bilməmişdir. Gürcüstan Avropa bazarının qismən açılmasindan da istifadə edə bilmədi; eynilə Ermənistan da bu sazişi imzalasaydı ondan istifadə edə bilməzdi. Eyni zamanda Gürcüstana Avropa sərmayə axını başladığı halda, Ermənistana Rusiya investisiyası hazırda azalıb sıfra enmişdir»,- deyə o əlavə etmişdir.
Politoloq çox mühüm bir mövzu – Ermənistana xarici investisiyaların azaldılması məsələsinə toxundu. Əgər 2015-ci ilin nəticələrinə görə Gürcüstana birbaşa xarici investisiyalar 1,56 milyard dollar (onun 40%-i Azərbaycan və Türkiyə tərəfdən ) təşkil etmişsə, Ermənistana xarici investisiya qoyuluşu cəmi 180,5 milyon dollar olmuşdur. Hətta Gürcüstanın Ermənistanla müqayisədə üstünlüklərinə (tranzit imkanları, dənizə çıxış) baxmayaraq fərq çox böyükdür.
Və bütün bunların fonunda Rusiya Ermənistanın timsalında Avrasiya inteqrasiyasının üstünlüklərini nümayiş etdirmək üçün səy göstərməli olacaq. Bunun üçün isə Ermənistan iqtisadiyyatına mühüm investisiyalar qoymaq lazım gələcək.
Öz növbəsində, Ermənistan hakimiyyəti Avrasiya İqtisadi İttifaqına üzvlüyün verdiyi imkanlardan və Rusiya ilə müttəfiqlik münasibətlərindən daha səmərəli istifadə edə bilməlidir. Xüsusilə, respublikanın ixrac potensialını daha fəal inkişaf etdirmək lazımdır.
Ümid etmək istərdik ki, Yerevanın eks-meri, Ermənistanın yeni hökumətinə rəhbərlik edəcək peşəkar menecer və texnokrat imicli Karen Karapetyan bu vəzifənin öhdəsindən gələ biləcək.
Və Rusiya ilə Avrasiya strukturlarının Ermənistana iqtisadi yardım göstərməyə hazırlığı isə, məsələn, «Nаirit» kimya zavodunun borcları ilə baş verdiyi kimi şübhəli əməliyyatların vurduğu ziyanı ödəməyə deyil, respublika iqtisadiyyatının inkişafı üçün istifadə ediləcək.
Hayk Xalatyan