Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlardan biri xalq diplomatiyası vasitələrindən istifadədir. Xalq diplomatiyası dövlətin xarici siyasətinin formalaşması və həyata keçirilməsində ictimaiyyət nümayəndələri və vətəndaş cəmiyyətinin ayrı-ayrı subyektlərinin iştirakını nəzərdə tutur. Onun məqsədi başqa ölkələrdə ictimai rəyə, öz ölkəsinin müsbət imicinin formalaşmasına təsir, xalqlar arasında dialoqun qurulması və xarici auditoriyanı məlumatlandırma, eləcə də ölkənin milli maraqlarınin anlaşılması və müdafiəsidir. Hesab olunur ki, siyasi qüvvələrindən və dünyanın siyasi səhnəsindəki yerindən asılı olmayaraq hər bir dövlətin xalq diplomatiyasına ehtiyacı var.

Artıq bir neçə gündür ki, bolqar şəhəri Kitendə Ermənistan və Azərbaycan gəncləri Qarabağ probleminin sülh yolu ilə həllini müzakirə edirlər. Müzakirələr Yamala hökumətinin təşkil etdiyi gənclərin «Biz bütün dünyada sülh tərəfdarıyıq!» beynəlxalq forum-festivalı çərçivəsində keçirilir. Festival Rusiyanın 10 regionu, eləcə də yaxın və uzaq xaricin 22 ölkəsindən 170 nəfər toplamışdır. Forum artıq səkkizinci dəfə keçirilir və tədbirin əsas məqsədi – «Sülh formulu»dur. Bütün dünyada sülh yaratmaq üçün hər bir region və ya ölkə öz təşəbbüsünü verməlidir. Sülhməramlı ideyalar festivalının final tədbiri üçün zəmin olacaq bir ümumi qərarda birləiəcək. O, 21 sentyabr – Beynəlxalq sülh günü keçiriləcək.

«Humanitar tədqiqatlar cəmiyyəti»nin rəhbəri Əvəz Həsənovun fikrincə, məhz xalq diplomatiyası siyasətə təsir göstərməyə qadirdir. «Məhz sadə adamların siyasətə təsiri vasitəsilə tez nəticə əldə etmək olar. Ona görə də «xalq diplomatları» siyasətçilər qarşısında, region və regionun təhlükəsizliyi qarşısında məsuliyyət daşımırlar. Onlar birgə yaşayış və regionda sabitlik ideyasını təbliğ edirlər. Mən bircə dövlətin belə bu prosesi dayandırmaq qüdrətinə malik ola bilməsinə əmin deyiləm. Onlar ləngidə bilərlər, sadəcə xalq diplomatiyası nümayəndələrinə maneçilik törədərlər, lakin onlar bunu dayandırmaq iqtidarında deyillər»,- deyə o, Dalma Newsə bildirmişdir.

Avaz Gasanov

Onun fikrincə, xalq diplomatiyası ideyalarını təşviqləndirmək    lazımdır. Amma Azərbaycanda bu fikirlə heç də hamı razı deyil.

Məsələn, xarici işlər nazirinin müavini Araz Əzimov hesab edir ki, xalq diplomatiyası vacibdir, lakin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında həlledici element deyil. Onun sözlərinə görə, xalq diplomatiyası anlayışı çox populyardır və özündə müxtəlif mexanizm və metodları daşıyır. «Müasir informasiya texnologiyaları və İnterneti nəzərə almaqla tam əminliklə qeyd etmək olar ki, xalq diplomatiyası getdikcə yeni imkanlar əldə edir. Lakin, onun həlledici rolundan söz açmağa dəyməz, çünki son söz Ermənistan rəhbərliyinki olaraq qalır ki, o, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi addımlara hazır olduğunu nümayiş etdirməlidir»,– deyə Əzimov vurğulamışdır.

Araz Azimov

O, həmçinin qeyd edib ki, erməni ictimaiyyəti xalq diplomatiyasının imkanlarından istifadə etməkə rəsmi İrəvana təzyiq göstərə və Dağlıq   Qarabağ münaqişəsinin nizamlanması   istiqamətində ciddi addımlar atmağa sövq edə bilərdi.

Qarabağa azadlıq hərəkatının (QAT) sədri Akif Nağı isə hesab edir ki, “xalq diplomatiyası” Ermənistana əl verir. «Bəzi yerli qeyri-hökumət təşkilatları (QHT) Ermənistan və Dağlıq Qarabağ QHT- lərilə əlaqələr qurmağa çalışır. Azərbaycan cəmiyyəti analoji cəhdlərin qarşısını almalıdır, belə ki, bəzilərinin xalq diplomatiyası adlandırdığı bu seçim Ermənistan üçün yalnız və yalnız əlverişlidir ki, bununla o, təcavüzkar damğasını öz üzərindən götürməyə çalışır»,- deyə o vurğulamışdır.

Akif Nagi

Nağı əlavə edib ki, erməni tərəfi ilə belə görüşləri dayandırmaq lazımdır və indiki halda xalq diplomatiyası çərçivəsində hər hansı təşəbbüsü xəyanət hesab edir.

Azərbaycan parlamentinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də həmçinin hesab edir ki, jurnalistlər, QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin «xalq diplomatiyas» adı altında təmasları səmərəli ola bilməz: «Səfərlər və görüşlər, QHT nümayəndələri, vətəndaş cəmiyyətinin, eləcə də jurnalistlər və ayrı-ayrı şəxslərin «xalq diplomatiyası» adı altında səfər və görüşləri birbaşa Ermənistanın maraqlarına xidmət edir. «Xalq diplomatiyası» yalnız Ermənistan işğal edilmiş Azərbaycan ərazilərini azad edəndən, sülh müqaviləsi imzalanandan sonra mümkündür». Hüseynlinin sözlərincə, «xalq diplomatiyasını» yalnız xalq mandatı almış şəxslər apara bilər.

Ali GuseynliPolitoloq, beynəlxaqçı jurnalist Aleksandr Nosoviç Dalma Newsə müsahibəsində bildirmişdir ki, hər hansı bir etnik münaqişə, özü də Dağlıq Qarabağ münaqişəsi kimi konfliktin həllində insan ölçüsü — ən çətin hissədir. «Beynəlxalq münasibətlərin problemləri, siyasi elmlər, regional münaqişələr və s. üzrə böyük beynəlxalq elmi tədbirlərin təşkilatçıları dünyanın müxtəlif ölkələrində yazılmamış bir qayda ilə yaxşı tanışdırlar— Azərbaycan və Ermənistan nümayəndələrini eyni bölməyə yazmaq və onlara bir auditoriyada çıxış etməyə yol vermək olmaz. Əgər tədbir konkret olaraq Ermənistan-azərbaycan münaqişəsinin nizamlanmasına həsr olunmamışsa, Azərbaycan və Ermənistan iştirakçılarını müxtəlif auditoriyalarda yerləşdirmək bə onların rastlaşmasına yol verməmək yaxşı olar. Əks təqdirdə, münaqişə və böyük qalmaqal gözlənilər. Belə təcrübə iki ölkə və xalqların arasındaki münaqişənin nə qədər başlı-başına buraxıllığını göstərir. Lakin azərbaycanlıları ermənilərdən və erməniləri azərbaycanlılardan sonsuz olaraq ayırmaqla bu münaqişəni həll etmək mümkün deyildir»,- deyə o vurğulamışdır.
Nosovich

Onun fikrincə, heç şübhəsiz, öz-özlüyündə bu xalqlar öz aralarında razılığa gələ bilməzlər, aralarında dialoqun başlanmasıı üçün onlara üçüncü tərəf lazımdır. «Mənim üçün aydındır ki, belə bir üçüncü tərəf — Rusiyadır. Bu, yalnız onun Qarabağ münaqişəsindəki neytral mövqeyindən deyil, həm də elə RF-nin daxili siyasətindən də aydındır. Rusiyada böyük Azərbaycan və erməni icmaları yaşayır və onların arasında bütün gərginliklərə baxmayaraq, Rusiya dövlətinə onların arasında millətlərarası sülhü saxlamaq və erməni-Azərbaycan münaqişəsinin Rusiya ərazisinə siraət etməsinə yol verməmək müyəssər olur. Bu onilliklər ərzində qazandığı təcrübəni Rusiya ( onun xarici siyasət vəzifələrini nəzərə alsaq və lazımdır) Ermənistan və Azərbaycan münaqişəsinin həllidə istifadə etməlidir.

Xalq diplomatiyası elə bunun üçün lazımdır ki, bu halda rəsmi diplomatiyanın səmərəsini gücləndirməli, onun zəruri əlavəsi olmalıdır. Rəsmi diplomatiya — bu Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk qrupunda birbaşa danışıqlar, «çelnok diplomatiyası», yəni, prezident Putinin ardıcıl surətdə Azərbaycan və Ermənistan dövlət başçıları ilə görüşləri və sairədir. Birgə ekspert meydançaları, jurnalistlərin, blogerlərin və digər qeyri-rəsmi liderlərin rəyləri üçün dəyirmi masalar xalq diplomatiyası formalarına dönməlidir ki, Azərbaycan və Ermənistan nümayəndələri orda moderator timsalında Rusiyanın dəyişməz iştirakı ilə bir-birilə söhbət apara bilsinlər. Xalq diplomatiyasının müxtəlif formatları — Ermənistan-Azərbaycan dialoqunu ölü nöqtədən tərpətmək üçün başlıca şərtlərdən biridir»,- deyə beynəlxalqçı-jurnalist sözünü yekunlaşdırmışdır.

Baxmayaraq ki, müxtəlif istiqamətlərdə tam konstruktiv dialoqdan söz açmaq hələlik çətindir, ancaq bir şey aydındır — azərbaycanlılarla ermənilər arasında əlaqələr xalqlar arasında etimad yaratmaq üçün son dərəçə əhəmiyyətlidir. Ekspertlərin fikrincə, tezliklə konstruktiv gündəmlə danışıqların başlanması regionda bütün iştirakçıların maraqları nəzərə alınmaqla müsbət nəticələr verə bilər.

Məqsud Talıblı (Bakı)