Gümüş istehsalının azaldığı bir vaxtda Azərbaycanda qızıl istehsalında yüksəliş qeydə alınıb.
Belə ki, bu ilin 7 ayında qızıl hasilatı 1 325,3 kiloqram olub, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 31,2% çoxdur.
Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, avqustun 1-nə olan göstəricidə hazır qızıl ehtiyatı 67 kiloqam, gümüş ehtiyatı isə 5,7 kiloqram təşkil edib.
Bundan başqa, gümüş istehsalı bir ildə 73,9% azalıb. Belə ki, 2015-ci ilin yanvar-iyul aylarında 53,8 kq gümüş istehsal edilib.
Xatırladaq ki, Azərbaycanda ilk qızıl Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti (AİMK) tərəfindən 2009-cu ildə Gədəbəy yatağında hasil olunub.