Ötən gün Ermənistanda polis patrul-post xidməti alayının ələ keçirilmə epopeyası başa çatmışdır. «Sasun dəliləri» («Сасна Црер»), qrupunun binada olan 20 iştirakçısı milli təhlükəsizlik xidməti və polisə təslim olmuşdur. Azadlıq Meydanındaki mitinq və ondan sonraki yürüşün gedişinə rəğmən, hazırda hakimiyyət ölkədə vəziyyəti nəzarət altına almağa nail ola bilmişdir.
Etiraz aksiyaları davam edəcək, ancaq zaman keçdikcə daha azsaylı olacaq və tamamilə son qoyulacaq. Bu zaman ölkədə mövcud olan problemlər və hakimiyyətin onların həll yollarını tapmaq iqtidarında olmaması fonunda istər tariflərin artırılması, istərsə də Qarabağ münaqişəsinin nizamlanması üzrə erməni cəmiyyətinin birtərəfli güzəşt kimi qiymətləndirəcəyi razılaşma olsun — hər hansı rezonans hadisə ölkədə yeni etiraz aksiyalarına və daxili siyasi vəziyyətin destablizasiyasına gətirib çıxara bilər.
Müəyyən mənada, bugünki Ermənistanda vaxtilə ölkədə zorakı yolla hakimiyyət dəyişikliyi məsələləri üzrə böyük ekspert — Vladimir Leninin tətbiq etdiyi inqilabi prinsip fəaliyyət göstərir: yuxarılar bacarmır, aşağılar istəmir. Hakimiyyət isə, görünür, ölkədə islahatlar və keyfiyyət dəyişikliklərinə getmək üçün heç bir hazırlıq nümayiş etdirmir.
Belə vəziyyətə gətirib çıxaran səbəbləri, indiki hakimiyyətin necə və nə qədər pis olması barədə çox yazılmışdır. Bununla belə, hakimiyyətdən kütləvi narazılıq fonunda demək olar ki, heç kim Jirayr Sefilyan və onun tərəfdarlarının irəli sürdükləri tezis və təkliflərə diqqət yetirmir və onların məntiqi təhlilini aparmır. Bu günlər əminliklə guya «Sasun dəliləri»nə qarşı xüsusi əməliyyat aparmaq üçün Rusiyanın «Аlfa» xüsusi dəstəsinin, Ramzan Qədirovun çeçen güc orqanları nümayəndələrinin Yerevana gətirilməsi, ön xətdə əsgərlərdə patron qıtlığı və s. şaiyələr yayan adamlardan bir qədər aydın izahat almaqdan isə hətta söz belə gedə bilməz. İnsanlar bundan sonra da hər hansı cəfəngiyyata qulaq asıb inanmağa hazırdırlar.
Lakin şayiələrin daha ətraflı təhlili zamanı məlum olur ki, hansısa qəribə bir səbəbdən, onlar demək olar ki, həmişə antirusiya səciyyə daşıyır. Son zamanlar Ermənistanda ölkəmizin başına gələnlərdə həqiqətən də Rusiyanın günahı olub-olmamasını ayırd etmədən bütün bəlalarda onu suçlamaq bir növ dəb olmuşdur .
Ermənistanla Rusiya arasındaki münasibətlərdə onsuz da kifayət qədər problemlərə (bu haqda şəxsən mən çox yazmışam) üstəlik, Rusiyaya birbaşa aidiyyəti olmayanları da əlavə etmək yersizdir.Moskva İrəvana satılan qazın qiymətini kəskin şəkildə azaltdığı halda hakimiyyət bir qayda olaraq elektrik enerjisi və qaz üçün tariflərin artırılmasını dəstəkləyir. Giymətlər qalxmışdır, deməli — Rusiya günahkardır. Hərçənd, “Ermənistanın Elektrik şəbəkələri” və “Qazprom-Ermənistan” erməni şirkətləridir (Rusiya kapitalı hesabına) və erməni qanunvericiliyinə uyğun fəaliyyət göstərir. Ermənistan hakimiyyəti isə məsuliyyəti öz üzərindən götürmək üçün nəzarətində olan KİV-nə «bu bizdən deyil, Moskvadan asılıdır» ruhunda materiallar yeridir. Müqayisə üçün qeyd edək ki, Belarus hakimiyyəti orada qaz təchizatı ilə həmçinin «Qazprom»un məşğul olmasına baxmayaraq, nədənsə tarifləri aşağı səviyyədə saxlaya bilir.
ABŞ səfiri «açıq səma» siyasətini lobbiləşdirir (o, milli aviadaşıyıcı ilə müvafiq deyil), onun bəhrələrindən rəqabət mübarizəsində sonra qiymətləri kəskin surətdə qaldırmaqla Rusiya hava şirkətləri faydalanır. Və burda yenə də Rusiya günahkardır.
İndi Ermənistan polisini nümayişçilərə qarşı həddindən artıq sərt tədbirlərə görə tənqid edənlər nədənsə, kütləvi etiraz aksiyaları halında, «izdihamı idarə etmək» üçün erməni polisinə məhz amerikalı müəllimlərin (instruktorların) dərs verdiklərini xatırlamamağı daha üstün tuturlar. Axı bu, hər yerdə Rusiyanın günahkar olma konsepsiyasına bir o qədər də uyğun gəlmir. Amma erməni polisinin öz amerikalı həmkarlarından nə öyrəndiklərini əyani şəkildə Xorenasi küçəsi və «Sari tаğ» rayonundaki hadisələr göstərdi.
Rejissor Tiqran Хzmalyanın Yerevanda dünənki mitinqdə etdiyi nitq bəzi antirusiya yönlü fəalların bəyanatlarının məntiq və sağlam düşüncəyə nə dərəcədə müvafiq olmasına parlaq nümunədir. O, Paruyr Hayrikyan ruhunda, hər şeydə Moskvanın və DTK agentlərinin «əlini» görmüşdür. Nə o, nə də onun yanında duranlardan heç biri sual qoymadılar ki: əgər Ermənistan hakimiyyəti tamamilə həmlə və erməni qanının tökülməsini tələb edən Moskvanın nəzarəti altındadırsa, həmin hücum nəyə görə daş tutmadı? Halbuki, Rusiyada belə hallarda hakimiyyət uzun müddət gözləmir və hətta, girovların həlak olma ehtimalına baxmayaraq, çoxdan hücum da keçə bilərdi.
Lakin əgər Хzmalyan və onun siyasi görüşləri ilə hər şey çoxdan aydındırsa, onda digər bir tendensiya narahatlıq doğurur. Qarabağ münaqişəsində güzəştlərin yolverilməzliyi haqqında ən çox səs-küy qaldıranlar elə Rusiya ilə münasibətlərin pisləşməsinin nəinki güzəştlərə, bəlkə də, Dağlıq Qarabağin itirilməsinə gətirib çıxara biləcəyini dərk etməyən və eyni zamanda antirus ovqatlar irəli sürənlərdir.
Və hər şeydən daha təhlükəlisi odur ki, bu qəbildən olan ideyaları irəli sürənlər qəhrəmanlıq şərəfi ilə əhatə olunmuş linsanlardır. Məsələn, Jirayr Sefilyan özünün dünənki bəyanatında heç şübhəsiz bir tərəfdən Azərbaycanla müharibəyə gətirib çıxaran ( DQR və Ermənistanın birləşdirilməsi), digər tərəfdən isə Rusiya sərhədçilərini qovmaq, gələcəkdə isə Gümrüdəki bazanı da ləğv etmək kimi addımlara getməyi təklif etmişdır.
Bu günlər mən Qroznıda A.M.Qorçakov adına İctimai diplomatiyaya dəstək fondunun keçirdiyi «Qafqaz dialoqu»nda iştirak etmişəm ki, orda mənə azərbaycanlı siyasətçi və jurnalistlərlə söhbət etmək nəsib oldu. Və onu qeyd etməliyəm ki, onlarda da Garabağ münaqişəsi ilə bağlı danışıqlardan demək olar ki, heç bir uğur gözləntisi yox idi.
Və bu, müharibənin qaçılmaz olması və ona hər iki tərəfin hazırlaşmasına dair əminliyi daha da möhkəmləndirmişdir. Bu isə, öz növbəsində, «Ermənistanın inkişafına mane olan Rusiya müstəmləkəçiliyi haqqında» və «Qərb bizə kömək edəcək» nəzəriyyələrinin tərəddarlarına daha böyük həyəcanla yanaşmağa sövq edir. Zənnimizcə, Qərbin Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü saxlamağa necə kömək göstərdiyini xatırlatmağa dəyməz.
Ermənistan-rusiya münasibətlərinin təshihə ehtiyacı var və bununla heç kim mübahisə etmir. Lakin xarici siyasətdə antirusiya vektoru Rusiyapərəst istiqamətdən son dərəcədə təhlükəli və daha zərərlidir. Axı, Rusiyanın faktiki olaraq müharibə vəziyyətində olan Ermənistana təklif etdiyi ucuz silah və Azərbaycanın müttəfiqi olan Türkiyənin hərbi münaqişəyə qarışmamasına zəmanəti hələlik heç bir ölkə verə bilməz.
Erməni siyasətçiləri və hakimiyyət erməniyönlü olmalıdır. Bu isə Rusiya ilə yaxşı və müttəfiq münasibətləri nəzərdə tutur ki, bu zaman digər güc mərkəzləri – ABŞ, Aİ, İran və Çinlə münasibətlərin də inkişaf etdirilməsı haqqında unutmaq olmaz. Ancaq KTMT və Avrasiya iqtisadi birliyinin tərkibində Rusiya ilə yaxşı münasibətlərə malik olmaqla öz milli mənafelərinə əsaslanan sakit siyasət aparmaq olar ki, Qazaxıstan və Belarus nümunələri bundan xəbər verir.
Hazırlayanı Hayk Xalatyan