«Gürcüstan dəmir yolu» SC ilin əvvəlində bir sıra iri infrastruktur layihələrini həyata keçirərək, 2016-cı ilin yay mövsümünə hazırlığa başlamışdır. Gürcüstanın dəniz kurortları istiqamətində sərnişin axınının artması ilə əlaqədar şirkətdə qatar parkını tamamlamaq qərarı qəbul etmişlər. Mayın əvvəli üçün hər biri altı vaqondan ibarət İsveçrənin «Stadler Bussnang AG» şirkətinin istehsalı olan və Minsk yaxınlığındaki zavodda yığılan dörd yüksəksürətli qatar əldə edilmişdir. Əməliyyatın ümumi məbləği 40 milyon avro təşkil etmişdir.

Qatarların çox aşağı qiymətə alınmasına bazar konyukturası kömək etmişdir. Bu qatarlar Rusiyanın «Аerоeкsprеss» şirkətinin ehtiyacları üçün istehsal edilmiş və postsovet ölkələrinin şərtlərinə tam adaptasiya olunmuşdur (geniş dəmir yolu). Rusiya rublunun irimiqyaslı devalvasiyası üzündən «Аerоeкsprеss» Belarus quraşdırması olan «İsveçrə elektriçkaları»na öz sifarişini demək olar ki, iki dəfə azaltmış və ona görə də doqquz qatar müvəqqəti olaraq alıcılarsız qalmışdı.

image1фŞirkətdə qeyd edirlər ki, İsveçrənin «Stadler Bussnang AG» şirkətinin elektrik qatarları Qara dənizə rahat sərnişin daşınmasını təmin edəcəkdir . Qatar Avropa standartlarına tam uyğun olaraq bütün zəruri avadanlıqlarla, eləcə də ultramüasir təhlükəsizlik sistemi ilə təchiz olunmuşdur. Gürcüstan reallığında bu, məhdud imkanlı insanların daşınması üçün tam uyğunlaşdırılmış qatarların birinci tipidir. Bundan başqa, vaqonlar yeni doğulmuş körpələrin bələnməsi üçün xüsusi masalar və bir çox digər ləvazimat və sairə «fişkalarla » təchiz olunmuşdur. Qatarların dizaynı birgə Gürcüstan- İsveçrə komandası tərəfindən işlənib hazırlanmışdır.

Hər bir qatarın sərnişin tutumu 400 nəfər təşkil edir. Doqquz yer biznes-klass üçün ayrılmış, birinci dərəcəlidə 67 sərnişin gedəcək , ikinci sinif üçün isə 324 yer nəzərdə tutulmuşdur. İlk reys iyulun sonuna planlaşdırılır. Bu super-müasir ikimərtəbəli qatar dayanacaqsız olmaqla Tbilisidən Qara dəniz kurortlarına yollanacaq ,yalnız kurort zonaları stansiyalarında — Ureki, Kobuleti və Batumidə qısa dayanacaqlar planlaşdırılır . «Gürcüstan dəmir yolu» SC-nin rəhbərliyi bildirir ki, biletlərin qiyməti əvvəlkinin eyni olaraq qalacaq.

collage6

Amma bu zahirən sevindirici hadisə də qalmaqalsız keçinmədi . «Yeni Gürcüstan » siyasi platformasının təsisçilərindən biri olan Givi Кublaşvili Tbilisidəki mətbuat konfransında belə dir bəyanatla çıxış etdi:

«Tədqiqatın nəticələrinə görə, məlum olub ki, fəaliyyət göstərən tunelləri iki qatar eyni vaxtda keçə bilməz. Həm də bu zaman qatar tuneldə maksimal sürətlə də gedə bilməz: sürət saatda 40 km-dən artıq olmamalıdır. Deponun ölçüləri də ikimərtəbəli qatarlara müvafiq hesablanmayıb və gərək olarsa, onların yenidən qurulması lazım gələcək. 9 iyun 2010-cu il Ureki stansiyasının yenidən qurulmasına dair saziş bağlanmışdır. Stansiyanın rekonstruksiyasına ehtiyac indiki platformanın sərnişinlərə ikimərtəbəli qatardan enmək imkanı verməməsi ilə əlaqədardır»,- deyə Кублашвили bildirmişdir.

Müxalif siyasətçi həmçinin bildirmişdir ki, saziş Moskvanın maraqlarına cavab verir və «Gürcüstan dəmir yolu» SC yalnız Rusiyaya kömək etmək üçün qatarları almaq qərarına gəlmişdir. Axı, bu qatarlar, Moskvanın «Domodedovo» hava limanından sərnişin daşımaları üçün yığılmış, ancaq Rusiya tərəfi xərcləri ödəyə bilməmişdir. Nəticədə səkkiz qatardan dördünü Gürcüstan, qalanını isə Azərbaycan əldə etmişdir. Givi Кublaşvilinin bəyanatındaki məlumat sosial şəbəkələrdə ajiotaj doğurmuşdur.

217164605İctimaiyyətin neqativ reaksiya dalğasını «Gürcüstan dəmir yolu» SC-nin «Stadler» qatarlarının dəmir yolunun tələblərinə tamamilə uyğun olmasına və dəmir yolu lentinin eninin 1520 mm, elektrik qatarının uzunluğunun — 101,7 m, eninin — 3400 mm, hündürlüyünın — 5240 mm olmasına dair bəyanatı da dayandırmadı. Bundan sonra ilk qatar yerinə çatdırılandan sonra sosial şəbəkədə Tsipsk tunelində ikimərtəbəli heyətin foto-şəkilləri peyda oldu. Qatar artıq bütün Qara dəniz stansiyalarında olmuşdu.

«Gürcüstan dəmir yolu» SC–də Dalma News-in müxbirinə izah etdikləri kimi, «Stadler» sürətli elektrik qatarları modeli Avropanın İsveçrə, Belçika, Almaniya, Avstriya kimi və bir çox digər ölkələrində qəbul edilmişdir.

Tsip tuneli

1890-ci ildən 1972-ci ilədək Tsip tunelində yalnız bir dəmir yolu xətti fəaliyyət göstərirdi. 1972-ci ildə yenidən qurulmasından sonra, onun ikinci qolu da çəkilmişdir. O vaxtdan bir-birinə qarşı hərəkət edən qatarların toqquşma təhlükəsi neytrallaşdırılmış və «Stadler» modeli də istisna olmayacaq . Onun sürətinə gəlincə, mürəkkəb relyef,radiuslarin əyriliyi və sərnişinlərin sayı nəzərə alınmaqla o, saatda 50 km-dən çox olmayacaq.

Transxəzər dəhlizi və dəmir yollarının modernləşdirilməsi

Dəmir yolu üzrə hərəkətin maksimum təhlükəsizliyini təmin etmək məqsədi ilə, bir sıra mühüm infrastruktur layihələr, o cümlədən Tbilisi-Махincauri əsas dəmir yolu xəttinin rekonstruksiyası həyata keçirilmişdir.

Моliti stansiyası yaxınlığında yeni 1115 metrlik tunelin inşasına başlanmışdır ki, buna 12 milyon laridən çox (təqribən $5 mln.) sərf olunmuşdur. Layihənin məqsədi onun buraxılış qabiliyyətinin 23 tondan 48-tona qədər artırılması, eləcə də yol vaxtının və dəmir yolu əməliyyatlarına xərclərin azaldılmasıdır.

image5«Gürcüstan dəmir yolu» SC baş direktoru Mamuka Baxtadzenin sözlərinə görə, GDY Tbilisi-Махincauri magistralının modernləşdirilməsilə bağlı olan layihə həyata keçirir. Layihənin dəyəri 267 milyon İsveçrə frankı təşkil edəcək , onun başa çatdırılması isə 2019-cu ilə planlaşdırılır və birbaşa Anakliya portunun inkişafı ilə bağlıdır.

12 avqust 2011-ci ildə imzalanmış sazişə uyğun olaraq, Tbilisi-Махincauri dəmir yol xəttinin modernləşdirilməsnii beynəlxalq tenderi udan «China Railway 23th Bureau Group» şirkəti həyata keçirir. İşə nəzarəti tenderin qalibi «ILF», konsorsiumun təminatını isə «DB International» şirkəti aparır.

Texniki tələblərə müvafiq olaraq «Gürcüstan dəmir yolu» SC «Deutsche Bahn» ekspertləri ilə əməkdaşlıq edir. Bu yaxınlarda şirkətlər qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalamışlar. İmzalanma mərasimi «Yazıçılar evi»ndə keçirilib ki, orda Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayer və Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Кumsişvili iştirak etmişlər.

Memorandum qarşılıqlı münasibətlərin iki istiqamətdə dərinləşdirilməsini nəzərdə tutur. Bu transxəzər istiqamətidir ki, onun vasitəsilə yüklərin Çindən Avropaya və geriyə daşınması planlaşdırılır. «Deutsche Bahn» blok-qatarların ən böyük operatorlarından biri olmaqla Çin və Avropa arasında fəaliyyət göstərir. GDY-nun təşəbbüsü ilə şirkətin Gürcüstanın nəqliyyat sahəsinə daxil olması planlaşdırılır.

«Deutsche Bahn» Trаnsxəzər dəhlizini mühüm və perspektivli layihə hesab edir. Eyni zamanda əməkdaşlıq yeni Fars körfəzi-Avropa nəqliyyat dəhlizinin inkişafını əhatə edir. Tərəflər onunla razılaşırlar ki, yüklərin istənilən istiqamətdə daşınması zamanı Gürcüstan dəhlizindən istifadə ən yaxşı alternativlərdən biridir.

«İlk növbədə qeyd etmək istəyirəm ki, Almaniyanın dəmir yolu və onunla əməkdaşlıq edən şirkətlər Avropa ittifaqı nəqliyyat sisteminin əsas bel sümüyü və ya onurğa sistemidir. Bu baxımdan, onlarla bizim şirkətin kooperasiyası mütləq prioritet təmsil edir», – deyə «Gürcüstan dəmir yolu» SC-nin baş direktoru Mamuka Baxtadze bildirmişdir.

Şirkətlərlə əməkdaşlıq Mamuka Baxtadzenin «Deutsche Bahn»-ın Berlindəki baş ofisinə səfərindən başladı. O vaxtdan bəri alman tərəfi Transxəzər dəhlizinin inkişafında fəal iştirak etməyə hazır olduğunu bəyan etmişdir. Bu məqsədlərə nail olmaq üçün gürcü tərəfi altı dəmir yolu tuneli tikməyi planlaşdırır. 2095 metr uzunluğunda üç tunelin tikintisi artıq başa çatdırılmışdır. Bundan başqa, 8350 metr uzunluğunda Kvişxeti-Zvare dəmir yolu tunelinin fəal tikinti işləri aparılır. Cari il üçün həmçinin Dzirula №11 (875m) və Aniula №7 (2190 m) kəndlərində tikinti işlərinin başlanması planlaşdırılır.

«Gürcüstan dəmir yolu» SC-nin yeni logotipini gözləyərkən

Yuxarıda göstərilənlər əsasında gündəlikdə «Gürcüstan dəmir yolu» SC üçün yeni simvol təsis etmək məsələsi durur. Şirkətin yeni logotipinin yaradılması zamanı tranzit dəhlizinin salınmasında onun rolu və əhəmiyyətinə xüsusi diqqət yetiriləcək.

«Ölkə miqyasında tikilən əsas infrastruktur İpək yolunun tərkib hissəsidir. Bu baxımdan şirkətin missiyası bir növ Avropa və Asiya arasında körpüyə dönməkdən ibarətdir»,- deyə «Gürcüstan dəmir yolları»nın mətbuat xidmətindən bildirirlər.

Onların sözlərinə görə, yenilənmiş loqotip Şimal, Cənub, Şərq və Qərbi birləşdirən dörd yol ötürücüsünü əks etdirir. Loqotip böyük ağır hərflərlə təqdim olunmuşdur ki, bu, brendin həmrəyliyini vurğulayır. Qeyd etmək lazımdır ki, yeni simvol əvvəlki logotipin dinamikasını saxlayır.

«Gürcüstan dəmir yolu»nda yeni loqotipin bütövlükdə şirkətin və bütün ölkələrin gələcək uğurlarının rəmzinə dönəcəyinə ümid edirlər.

Belə uğurlardan biri kimi yəqin, Хаşur deposunda təkər cütlərinin istehsalı üçün nəzərdə tutulan emalatxana açılışını hesab etmək olar. İqtisadiyyat nazirliyində Dalma News-ə verilən məlumata görə, emalatxana texnikanın son yenilikləri ilə təchiz olunmuşdur: müasir texnologiyadan istifadə, elektron idarə sistemi. Şirkətdə emalatxananın məhsuldarlığının ildə 2500 təkər cütündən az olmayacağına, bunun şirkətə xeyli fayda gətirəcəyinə, gələcəkdə isə xarici sifarişçiləri də cəlb edəcəyinə ümid bəsləyirlər.

Tarixi hadisə

Ötən ilin sonu, dekabrın 13-də, İrakli Qaribaşvili Gürcüstan hökumətinin başçısı olan zaman Gürcüstana «Nomad Express» konteyner qatarı gəlmişdir ki, o öz yolunu Lyanyunqyan portundan(Çin) başlayaraq Qazaxıstan və Azərbaycan ərazisilə Gürcüstana gəlmiş və ordanisə yolunu İstanbula (Türkiyə) davam etdirmişdir.

Bir çox əsrlər ərzində «İpək yolu» Avropanı Asiya ilə birləşdirən ən mühüm marşrut olmuşdur. Ttarixi «İpək yolu» layihəsini dirçəltmə ideyası Çin başçısına məxsusdur. Gürcüstan hökuməti həmin məsələ üzərində 2014-cü ildən, sabiq baş nazir İrakli Qaribaşvili BMT Baş assambleyasının iclasında çıxış edərkən Gürcüstanın layihəyə fəal qoşulmaq arzusunu bildirən zamandan işləməyə başlamışdır. Sonradan bu məqsədlə Tbilisidə dünyanın 32 ölkəsindən 1000 xarici qonaq, Çindən isə 500 nümayəndənin qəbul olunduğu «İpək yolu» forumu keçirilmişdir.

İpək yolu – bu Asiyadan Avropaya ən qısa (beş dəfə)yoldur. Gürcüstan həmin marşrutun bir hissəsini təşkil edir ki, bu, ölkəyə dünya miqyaslı iqtisadi olaylarda iştirak üçün əlavə şans verir.

Ekspertlərin sözlərinə görə, bu günə qədər məhsulların Çindən Avropaya çatdırılması əsasən təxminən 40 gün çəkməklə dəniz yolu ilə həyata keçirilrdi. «İpək yolu» iştirakçı ölkələrinin əməkdaşlığı isə, Çinə malları Avropaya daha tez və ucuz çatdırmaq imkanı verəcək. Beləliklə, «İpək yolu» bir kəmərdə yerləşən ölkələrin inkişafına əlavə təkan olacaq. Elə bir təkan ki, o, tərəfdaş- ölkələrin siyasi, mədəni və iqtisadi münasibətlərinin dərinləşməsinə kömək edəcək. «Gürcüstan dəmir yolu» SC-nə isə bu məsələdə heç də sonuncu rol ayrılmamışdır.

Georgi Qartvəli, xüsusi olaraq Dalma News üçün