Azərbaycanın və bütün regionun siyasi həyatında mühüm hadisələrdən biri də son günlər postsovet məkanı dövlət başçıları, o cümlədən, İlham Əliyevin də iştirak etdiyi NATO-nun Varşava zirvə görüşü oldu .

NATO-nun zirvə görüşləri, onun yekunları üzrə özləri üçün nəticə çıxarıb qarşılıqlı siyasət formalaşdıran Rusiyanın diqqətini həmişə cəlb edir. Post-sovet ölkələri prezidentlərinin bu zirvə görüşündə iştirakı isə, Kremldə xüsusi maraq doğurur, çünki NATO indi əvvəllər SSRİ-nin tərkibinə daxil olan dövlətlərin Rusiyaya qarşıdurmasında maraqlıdır.

Azərbaycana gəlincə, rəsmi Bakının NATO ilə münasibətlərinin tarixi çox maraqlı və nüanslarla zəngindir. Azərbaycan ordusu alyansın keçirdiyi təlimlərdə dəfələrlə iştirak etmiş, həmçinin onun standartlarını tətbiq etmişdir. Eyni zamanda, Azərbaycan NATO, Rusiya və İran arasında tarazlaşdırmaya cəhd göstərmiş və hərbi texniknın böyük bir hissəsini  Rusiyadan almışdır.

Azərbaycan bir tərəfdən, Əfqanıstan və İraqa sülhməramlı kontingent göndərir, NATO hərbi texnikasını Əfqanıstandan çıxarılması üçün nəqliyyat marşrutları təmin edərək, Rusiya və İranın narazılığı xilafına bu məsələdə alyansla əməkdaşlıq edirdi. Digər tərəfdən, Qərbin güclü təzyiqinə baxmayaraq, Azərbaycan İran və Rusiyaya qarşı yönəldilə bilən NATO hərbi bazalarını öz ərazisində yerləşdirməkdən qəti şəkildə imtina etmişdir.

Bu cür balanslaşdırma siyasəti daim müxtəlif güc mərkəzlərinin narazılığına səbəb olurdu, lakin Azərbaycan böyük oyunçuların siyasətində alətə dönmək niyyətində deyildi. Və qeyd etmək lazımdır ki, Azərbaycana müstəqil siyasət aparmaq imkanlarını onun yetərincə iqtisadi özünütəmini, xüsusilə xarici qüvvələrin asılılığa sövq edən investisiyalarının əsiri olmamaq qüdrəti verir.

NATO-Azərbaycan münasibətlərini şərh edən politoloq İlqar Vəlizadə bildirib ki, Varşavadaki  sammit gözləntiləri təsdiqlədi, belə ki, gündəmdə əsas məsələ, Rusiyanın NATO-nun necə deyərlər, «şərq cinahı», xüsusilə Baltikyanı istiqamətdəki mümkün hərbi-siyasi fəallığı kimi risklərın zərərsizləşdirilməsi oldu.

«Ukraynadaki 2014-cü il hadisələrindən sonra alyansın fəaliyyətində məhz NATO-Rusiya xətti ilə konfrontasiya əsas yer tutmağa başlamışdı. NATO hərbi infrastrukturunun bilavasitə Rusiya sərhədləri yaxınlığında modernləşdirilməsi, İsveç və Finlandiya blokuna daxil olma ehtimalı Baltik dənizi regionunda gərginlik yaratmışdı.Eyni zamanda, RF-nın Krımda hərbi iştirakının gücləndirilməsi, nəinki NATO-nun Rumıniya və Bolqarıstandaki iştirakına, həmçinin Gürcüstanla əməkdaşlığın aktivləşməsinə şərait yaratmışdır»,— deyə politoloq qeyd etmişdir.

velizade

Vəlizadənin sözlərincə, bir tərəfdən Rusiya ilə hərbi-texniki əməkdaşlıq sahəsində irimiqyaslı proqramları həyata keçirən, digər tərəfdən NATO ilə Fərdi tərəfdaşlıq proqramında iştirak edən Azərbaycan belə şəraitdə çətin vəziyyətdə qalmış olur.

«Bakının tərəflərdən birinin planlarına həddindən artıq cəlb olunması maraqların balansının pozulmasına və Cənubi Qafqaz regionunda gözlənilməz proseslər zəncirinə səbəb olar ki, bunlar açıq-aydın destruktiv səciyyə daşıyacaq. Dağlıq Qarabağ münaqişəsi işığında isə, bu, Azərbaycanın xeyrinə olmaz. Odur ki, bu gün  güc mərkəzlərindən bərabər distansiya özünü mühüm dərəcədə doğrultmuş strategiyadır və Azərbaycan çətin ki, ondan imtina etsin»,— deyə Vəlizadə sözünə yekun vurmuşdur.

Dalma News-in digər müsahibi, Strateji inkişafın modelləşdirilmə mərkəzinin(Rusiya) birinci vitse-prezidenti, politoloq Qriqori Trofimçuk Varşava zirvə toplantısını şərh əsnasında əlavə edib ki, xüsusilə Qarabağda aprel müharibəsiindən sonra NATO və Azərbaycanın əməkdaşlığı gücləndirmə perspektivləri var.

Trofimchuk

«Alyansın ərazi problemləri olan ölkələrə son dərəcə  böyük qayğı və ehtiyatla yanaşdığını düşünmək sadəlövhlük olardı. Ukrayna buna ən yaxşı və daha  təzə nümunədir»,– deyə o bildirib. Ekspert həmçinin əlavə edib ki, əgər Rusiya həmin ərazi problemlərinə bu və ya digər şəkildə qarışıb iştirak edirsə elə bu cür əməkdaşlıq «daha çox əyləncəlidir».

«Yəni, indi hər şey əksinədir: NATO qəsdən, ilknövbəli qaydada belə ölkələrlə sıx əlaqəyə  girir ki, onların köməyi ilə Moskvaya daha sərt təsir göstərsin. Odur ki, hətta aprel hadisələrindən sonra Qarabağ məsələsinin yenidən 1994-cü il formatına qayıtmağa hazır olmasına baxmayaraq, bu mövzu NATO-nu daha çox maraqlandırır. Əlbəttə, qarşılıqlı  fəaliyyətin digər istiqamətləri də var: terrorizmə, narkotraffikə qarşı mübarizə və s. Ancaq məhz bu tərəfdaşla işdə belə çalarların NATO-nu maraqlandırmaq qüdrətinə malik olmaması hamıya aydındır»,- deyə Trofimçuk sözünə yekun vurmuidur.

Hazırlayanı Nicat Hacıyev