Ölkənin sahibkarlıq ruhunda inkişafı Gürcüstan hökumətinin ən vacib prioritetlərindən biridir ki, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili bu haqda dəfələrlə bəyan etmişdir. Bununla əlaqədar qeyd edək ki, mayın sonlarında Tbilisidə dünyanın böyüklüyünə görə beşinci Texnologiya institutunun təqdimat mərasimi keçirilmişdir.

59883379Texnologiya institutunun inşası Tbilisinin şəhərkənarı Diqom təlim-təcrübə təsərrüfatı bölgəsində planlaşdırılmışdır. Texnologiya institutu böyüklüyünə görə yalnız İtaliya, İsveçrə, Yaponiya və Avstriyadan sonra dünyada beşinci olacaqdır. Tikintinin başlanma simvolu ilk təməl daşının qoyulması oldu. Layihənin təqdimatında hökumət və parlament nümayəndələri, yerli özünüidarə orqanlarının məmurları, eləcə də dünyanın aparıcı elmi-tədqiqat mərkəzləri və institutlarının professor, alim və tələbələri iştirak etmişlər.

maxresdefaultTexnologiya institutunun təsisçisinin Gürcüstan hökumətinin olmasına baxmayaraq, onun tikintisi tamamilə ölkənin eks-baş naziri Bidzine İvanişviliyə məxsus “Kartu” beynəlxalq xeyriyyə fondu tərəfindən maliyyələşdirilir ki, gələcək institutun təməlqoyma mərasimində onun özü də iştirak etmişdir.

Texnologiya institutunun məqsədi magistrat və doktorluq proqramları, eləcə də fizika, kimya, biologiya, riyaziyyat, kompüter, texnologiya və mühəndislik sahəsində elmi tədqiqatların həyata keçirilməsidir. İnstitutun magistr və doktorantları ilə paralel, ölkənin tədqiqat potensialının inkişafı və intellektual-təhsil səviyyəsinin yüksəldilməsi üçün lazım olan fundamental elmlərin müasir eksperimental bazası yaradılacaq.

İnstitutun həmçinin tətbiqi əhəmiyyəti də olacaq ki, bu da şişlərin adron terapiyası kimi ən yeni elmi-tədqiqat metodlarından birinə əsaslanır. Bu baxımdan, Texnologiya institutu kompleks xarakter daşıyacaq və ymumdünya səviyyəli müasir tədqiqat mərkəzi miqyasında tanınacaq.

«Texnologiya institutu ölkəmiz üçün son dərəcə böyük dövri əhəmiyyət kəsb edən layihədir. Bir neçə milyon avro dəyərində olan layihəni “Kartu” beynəlxalq xeyriyyə fondu maliyyələşdirir. Layihənin həyata keçirilməsi sayəsində, tələbələrimizin dünya elmi araşdırmalarına qoşulmaq imkanı olacaq. Bu yenilik Gürcüstan xalqına olduğu kimi, həm də bütün regiona rifah gətirəcək», – deyə Kvirikaşvili vurğulamışdır.

huhashviliTexnologiya institutunun tikinti ideyasını iqtisadiyyat məsələləri üzrə ekspert Giya Xuxaşvili də dəstəkləyərək, həmçinin qeyd edir ki, hökumət bu təşəbbüsün ani təsir və əlüstü səmərəsinə ümid bağlamamalıdır.

 

«Əvvəlcədən nəsə demək çətindir, lakin hökumətin seçdiyi strategiya düzgündür. Bununla belə, onun müsbət təsiri, yəqin ki, özünü növbəti 10-20 il ərzində göstərəcək. Məsələ təhsil sisteminə aid olanda nəticə, adətən özünü gözlədir. Ümumiyyətlə layihənin özü maraqlıdır, xüsusən ona görə ki, biz başqa cür aktivlərə malik deyilik. Bu istiqamətdə hələ gələcəyə nəzərdə tutulmuş düzgün investisiyaları demirik, istənilən hər hansı təşəbbüs alqışlanır», – deyə Giya Xuxaşvili hesab edir.

Həmin institutu bitirmiş gəncləri işlə təmin etmək və gələcəkdə onların ideyalarının həyata keçirilməsi üçün baza yaratmaq isə başqa bir məsələdir. Ekspertin dediyincə, Gürcüstanda analoji təşkilat mövcud deyil, ancaq buna baxmayaraq, ölkədə öz-özünə öyrənmiş bütöv bir nəsil mütəxəssis var, — ki, təbii istedadları və gündəlik əməkləri sayəsində zamanla ayaqlaşa bilmişlər.

«Müasir dünyada hər şey bir-biri ilə bağlıdır. Əlbəttə, təhsil perspektivi yalnız layiqli əmək bazarının mövcudluğu halında məna kəsb edir. Odur ki, təkcə kadr yetişdirmək deyil, həm də onları öz əlində, ölkə daxilində saxlaya bilmək də vacibdir. Çox ümid edirəm ki, hər şey nəzərdə tutulmuş kimi oacaq, bunun üçün isə dövlətin iqtisadi artımının və gənclərimizin Gürcüstanda əldə edilmiş professional potensialdan öz ölkəsinin rifahı naminə istifadəsinin zəruriliyini unutmaq olmaz», – deyə ekspert bəyan edir.

Doğrudan da, hal-hazırda Gürcüstanda layiqli əmək haqqı ilə iş tapmaq ciddi problemdir. Bir qayda olaraq, işəgötürən maksimum bilik və təcrübə tələb edir, əmək haqqı isə bir çox hallarda cüzi miqdarda təklif olunur. Müvafiq olaraq, insanda həm şəxsi, həm də reallığa qarşı etiraz yaranır. Əldə olunmuş bilikləri realizə etmək və eyni zamanda “qul” səviyyəsinə enməməyə cəhd göstərilir.

Xaricdə təhsil almış bir çox gənc vətənə — Gürcüstana qayıdır, ancaq özünürealizə imkanı olmadığından yenidən ölkədən qaçmalı olur. Buna səbəb- zəiif iqtisadiyyatdır.

 

“Startup Geogria” layihəsi və onun gələcəyi

12464143«Yeni ideyalardan qorxmayın, addım atmaqdan qorxmayın, ilk addım — bu, müvəffəqiyyətin açarıdır!» — bu sözləri Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Gürcüstan hökuməti nin dörd bənddən ibarət islahatlar planının realizəsi çərçivəsində «Startup Geogria» innovasiya biznesi proqramının təqdimat mərasimi zamanı gənclərə müraciətində demişdir.

Onun sözlərincə, ölkədə sənaye ruhunu inkişaf etdirmək çox vacibdir ki, insanlar yeni biznes üçün yeni ideyalar yarada bilsinlər. Ölkədə proqramın həyata keçirilməsi nəticəsində bir çoxları öz sahibkarlıq fəaliyyətlərinə başlayacaq, yeni iş yerləri açılacaq və əhalinin öz qazanc mənbəyi yaranacaq.

Yeniliyə yönəlmiş, həyata keçirilməsi üçün ibtidai maliyyələşdirmə lazım olan perspektivli və davamlı biznes təklifə malik hər hansı bir Gürcüstan vətəndaşı yaxud vətəndaş qrupu proqramın iştirakçısı ola bilər.

«Biz düşünən insanlara öz biznesini başlamaq üçün imkan yaradan hüquqi xidmət, müvafiq infrastruktur təqdim edirik. Eyni zamanda, biznes-ideyaları maliyyələşdiriləcək gənclərə öz imkanlarının Gürcüstanın hüdudlarından kənarda da ixrac və realizəsinə hökumət də yardım göstərəcək»,- deyə Georgi Kvirikaşvili bildirmişdir.

Birinci mərhələdə proqramın həyata keçirilməsinə 11 milyon lari (təqribən $5,6 milyon) ayrılacaq, sonra isə onun büdcəsi 35 milyon lari ( $17,5 mln-dək.) artacaq. Ərizələrin qəbulu iyunun 17-də başlanmış və iyulun 31-i də daxil olmaqla ayın sonunadək davam edəcək. Layihələr müsabiqə əsasında seçiləcək. Maraqlı şəxslər “bir pəncərə” prinsipi ilə texnoparkın binasında geniş məlumat ala biləcək, bundan başqa qaynar xətt işləyəcək.

Baş nazir «Startup Geogria» proqramının daşlanmasına hazırlıqda iştirak edənlərin hamısına, ələlxüsus Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirliyi, Gürcüstanın Tərəfdaşlıq fondu, İnnovasiya və texnologiyalar agentliyinə təşəkkürünü bildirdi.

«Bu proqram iqtisadi blokun inkişafında ən mühüm istiqamətlərdən birini təmsil edir. Blok iqtisadiyyatın gələcək liberalizasiyasını nəzərdə tutur. Bu qanunvericilik layihəsi artıq parlament tərəfindən təsdiq olunub. Blokun əsas məqsədi ondan ibarətdir ki, gənc biznes ideyaları həyata keçirmək üçün maliyyələşdirilmə imkanı əldə etsin», – deyə ölkənin baş naziri bildirdi.

Georgi Kvirikaşvili həmçinin «Амаzоn» şirkətinin təsisçisi və icraçı direktoru Ceff Bеzоsu iqtibas etdi:

Öz işimin əsasını qoyarkən bilirdim ki, əgər məndə heç bir şey alınmazsa iflasa uğramağıma təəssüf etməyəcəyəm, amma nəsə eləməyə cəhd göstərmədiyimi xatırlayarkən əhvalım dəqiq olaraq pozulacaq. Fəaliyyətdən belə imtinanı dərk etmə məni həyatım boyu təqib edərdi…

Georgi Kvirikaşvili həmçinin karyerası ərzində rəqibin həlledici zərbəsini 36 dəfə yayındıran, bununla da öz komandasına 36 dəfə qələbə gətirən məşhur amerikalı basketbolçu Maykl Cordonu nümunə gətirdi.

«Odur ki, uğursuzluqlardan heç vaxt qorxmayın. Öz nitqimi mən Uinston Çörçillin məşhur ifadəsi ilə başa vurmaq istərdim: Hətta cəhənnəmdən keçməli olsanız belə,yolunuzu davam edin. Bu, uğur qazanmaq üçün zəruri şərtdir», – deyə o bəyan etmişdir.

c50e92839926abcdc20b974db962d0a9

Sonra Gürcüstanın baş naziri gənclərin yeni proqram çərçivəsində maliyyələşdirilə biləcək bir neçə innovativ ideyalarını dinlədi.

Ekspert Giya Xuxaşvili belə layihələrə şübhə ilə yanaşır və hesab edir ki, son nəticədə maliyyələşdirilməyə ayrılmış pul bir növ havaya sovrulmuş ola bilər.

Dalma News-ə açıqlamasında ekspert bildirib ki, problem əvvəlki və hazırkı hökumətə görünürdü kimi pulda deyil, investisiyaların istehsal olunduğu ətraf mühitdədir.Odur ki, Xuxaşvili hökumətə konkret biznes-ideyaların maliyyələşdirilməsinə deyil, iqtisadi sistemin islahatına qayğı göstərməyi tövsiyə edir.

«Biz artıq əvvəllər iflasa uğrayan bu cür layihələri görmüşük. Bizə bu gün ölkədə həm investorlar, həm də ideya müəlliflərinin uğurlu olması üçün kifayət qədər mükəmməl olmayan iqtisadi sistemi islahatlaşdırmaq lazımdır. Mənim nəzərimcə, hazırkı hökumət elə öz sələfləri kimi çox dar düşünərək sistemli addımlar atmır», – deyə ekspert hesab edir.

Onun sözlərincə, dövlət biznesin maliyyələşdirilməsində iştirak etməməlidir, onun əsas vəzifəsi yüksək səviyyədə iqtisadiyyatı dəstəkləməkdir ki, bu da hər bir investorun təminatçısı olar.

«Hökumət investor olmamalı, bu məqsədlə büdcədən pul xərclənməməlidir. Müasir dünyada maliyyələşdirilmə ilə heç bir problem yoxdur. İnvestorları maraqlandırmaq lazımdır, pul isə həmişə tapılar», – deyə ekspert Dalma News-lə söhbətində bildirmişdir.

Təhsil sisteminə gələcəyi nəzərdə tutaraq innovasiyaların tətbiqi düzgün hesablanma tələb edən sxemdir və Gürcüstan kimi kiçik bir ölkədə dövlət dəstəyi həmişə vacibdir. Hökumətun bu yolla qarşıdan gələn seçkilərdə xal qazanmağa cəhd göstərərək seçicilərin hisslərilə alver etməməli olması isə başqa məsələdir. Odur ki, qabağa baxıb düşünmək lazımdır. Nə olacağını zaman göstərər.

Şorena Papaşvili, məxsusi olaraq Dalma News-üçü