İyunun20-də Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan prezidentləri Serj Sarkisyanİlham Əliyevin Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqları keçdi. Görüşün təşkil olunma təşəbbüsü Rusiya tərəfdən irəli sürülmüş və ATƏT-in Minsk qrupu həmsədrləri onun yalnız yekun hissəsində iştirak etmişlər.

Rusiya prezidenti Ermənistan və Azərbaycan rəhbərləri ilə əvvəlcə ayrı-ayrılıqda görüşmüş, bundan sonra müşayiətçi və köməkçilər olmadan prezidentlərin üçtərəfli görüşü keçirilmişdir.Onun yekunlarına dair birgə bəyanat qəbul edilmlşdir.

Artıq Putinin Sarkisyan və Əliyevlə ikitərəfli görüşləri münaqişə tərəflərinin bu görüşə olan gözləntilərinin nə qədər fərqləndiyini və Rusiya lideri qarşısında necə çətin bir vəzifə durduğunu göstərdi.

Belə ki, Ermənistan prezidenti əsas diqqəti münaqişənin yalnız sülh yolu ilə həlli və ön xətdə insidentləri araşdırma mexanizmlərinin tətbiqi zəruriyyətinə yönəltmişdir. “Ancaq təəssüf ki, bu qəbildən olan münaqişələr təkcə bir tərəfin arzusu ilə heç cür həll olunmur. Və biz bu gün atəşkəs rejiminin pozulma insidentlərini araşdırma mexanizmlərinin yaradılmasına dair Vyanada əldə etdiyimiz razılaşmalara sadiq qalmaqla irəliləyə bilsəydik, əlbəttə, şad olardıq. Bu, danışıqların aparılması üçün işgüzar əhval-ruhiyyə yaradar”, – deyə Sarkisyan bildirmişdir.

Öz növbəsində, İlham Əliyev onun ölkəsi üçün münaqişə zonasında status-kvonun saxlanmasının qəbuledilməz olması haqqında danışdı. “Münaqişə uzun çəkdi. Rusiya və Minsk qrupunun digər həmsədrlərinin bəyan etdikləri kimi, status-kvo qəbuledilməzdir. Biz bu bəyanatı tamamilə dəstəkləyirik. Amma onun dəyişməsi üçün 20 ildən artıq işğal altında olan Azərbaycan ərazisinin işğaldan azad olunma prosesinə başlamaq lazımdır”, – deyə Azərbaycan prezidenti bildirmişdir.

Buna baxmayaraq, hər üç prezidentə hər halda mayın 16-da Vyanadaki danışıqlar zamanı münaqişə zonasında vəziyyətin sabitləşməsi və sülh prosesinin irəliləməsinə imkan verən atmosferin yaradılması istiqamətində əldə edilən razılaşmaların təsdiq edildiyi birgə bəyanatı razılaşdırmağa nail ola bildilər. Bu məqsədlə Ermənistan və Azərbaycan prezidentləri o cümlədən münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayını artırmaq razılığına gəldilər.

“Nizamlamanın ən ümdə aspektləri üzrə ətraflı fikir mübadiləsi aparıldı. Dövlət başçıları bir sıra məsələlər üzrə qarşılıqlı anlaşmaya nail olunduğunu qeyd etdilər ki, onların həlli Dağlıq Qarabağ nizamlamasında tərəqqi üçün şərait yaratmağa imkan verəcək”, – deyə bəyanatda bildirilir.

Əliyev və Sarkisyan son vaxtlar təmas xəttində atəşkəs rejiminə riayət olunmasından məmnunluqlarını bildirmişlər. Onlar, həmçinin öz müntəzəm əlaqələrinin mühüm əhəmiyyətini qeyd edərək, işə ATƏT-in Minsk qrupu həmsədrlərinin də qatılması ilə bu formatda əlaqələri davam etdirmək razılığına gəlmişlər.

1030407627

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Sankt-Peterburq görüşünün yekunlarını vuraraq, jurnalistlərlə söhbətində qeyd edib ki, Rusiya, Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağda nizamlamaya əlavə dinamika vermək razılığına gəlmişlər.

Onun Azərbaycan və Ermənistandan olan həmkarları Sankt-Peterburqdaki görüşün yekunlarını müsbət qiymətləndirmişlər. “Ümidvarıq ki, bu görüş Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesində tərəqqiyə nail olmaq üçün mümkün qədər tez imkan yaradacaq”, – deyə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov vurğulamışdır.

Öz növbəsində, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib ki, görüş konstruktiv şəraitdə keçdi. “Sankt-Peterburqdaki görüş olduqca faydalı idi. Müəyyən ehtiyatla deyə bilərəm ki, görüş konstruktiv şəraitdə keçdi. Prezidentlər bəzi məsələlər üzrə qarşılıqlı anlaşmaya gəldilər… Əgər bu məsələlər üzrə razılıq əldə olunarsa, onda münaqişənin həllində tərəqqi əldə edərək danışıqlar prosesini irəli aparmaq imkanı yaranar”, – deyə Nalbandyan bildirmişdir.

Bununla belə, Ermənistan xarici siyasət idarəsinin başçısı Sankt-Peterburqdaki görüşlə eyni vaxtda Azərbaycanın 25 min əsgərin, aviasiya, zirehli texnika, artilleriya və reaktiv yaylım atəşi sistemlərinin iştirakilə o cümlədən təmas xəttinə bitişik rayonlarda genişmiqyaslı hərbi təlimlər keçirməsilə bağlı narahatlığını ifadə etmişdir. “Düşünmürəm ki, bu cür zirvə görüşü ərəfəsi və onun keçirildiyi vaxt bu, konstruktiv yanaşmadır “, – deyə o vurğulamışdır.

Ancaq Sankt-Peterburqdaki danışıqlara nəinki təkcə Azərbaycan ordusunun hərbi təlimləri, həmçinin Ermənistan və Azərbaycan ictimaiyyətinin əhval-ruhiyyəsi , eləcə də iki ölkə rəhbərliyinin qarşılıqlı ittiham və təhdidləri də mənfi fon yaradırdı. Belə ki, İlham Əliyev görüşdən iki gün əvvəl bildirib ki, “Əgər kimsə bizim mənasız danışıqları qarşıdaki 20 il ərzində də davam etdirəcəyimizi düşünürsə,o səhv edir”.

Serj Sarkisyan isə qarşıda gözlənilən görüşə baxmayaraq, Azərbaycan rəhbərı İlham Əliyevin Dünya azərbaycanlılarının IV qurultayında Ermənistan və şəxsən onun özünə münasibətdə qeyri-müvazi davranış və təhqiredici fikirlərinə görə təəccübünü bildirmişdir.

Bundan başqa, iki ölkə ictimaiyyəti kompromislərə heç cür hazır deyil. Ermənistan və Dağlıq Qarabağda özü də birtərəfli güzəştlər kimi Azərbaycana hansısa ərazilərin qaytarılma cəhdi son dərəcə mənfi qarşılanacaq. Bu isə ölkədə hakimiyyət dəyişikliyi də daxil olmaqla ciddi daxili siyasi sarsıntılar təhlükəsi ilə müşayiət oluna bilər.

Öz növbəsində, Azərbaycanda Dağlıq Qarabağın müstəqilliyinin tanınma mümkünlüyü haqqında eşitmək belə istəmirlər ki, bu da danışıqlar prosesində ciddi irəliləyişə nail olmağı demək olar ki, əslində qeyri-mümkün edir. Belə şəraitdə Rusiya və digər vasitəçilərdən tərəflərin mövqelərinin bir təhər yaxınlaşdırılması, eləcə də regionun digər ölkələrinin də cəlb oluna biləcəyi yeni genişmiqyaslı müharibənin başlanma ehtimalının qarşısını almaq tələb olunur. Ona görə də səylər ilk növbədə təmas xəttində vəziyyətin sabitləşdirilməsinə və апрел hadisələrinin təkrarına yol verilməməsinə yönələcək. Və bu baxımdan Sankt-Peterburqdaki görüşün yekunları barədə səslənən məlumat hər iki respublika hakimiyyətinə ölkələrinin cəmiyyətləri qarşısında öz simalarını qoruyub saxlamaq imkanı verir.

Lakin xüsusilə Rusiya rəhbərliyinin vasitəçiliyi ilə də olmaqla əvvəlki analoji sazişlərə dair təcrübəni xatırlayaraq, bunun mümkün olacağı dərin şübhələr yaradır.

Hələlik isə… elə Sankt-Peterburq görüşünün və orda əldə olunan razılaşmaların ertəsi günü hər iki tərəf bir-birini hələlik yalnız atıcı silahdan olmaqla artıq atəşkəs rejimini pozmaqda suclamışdı.

Hazırlayanı Hayk Xalatyan