Gürcü operasının ulduzları sentyabrın 25-də Strasburq konsert zalında beynəlxalq xeyriyyə qala-konserti keçirəcəklər.
Konsertin təşkilatçışı Paata Burçuladzenin “İavnana” beynəlxalq xeyriyyə fondudur.
Tədbir Gürcüstan mədəniyyət və abidələri mühafizə nazirliyinin dəstəyi və Gürcüstanın Avropa Şurasındaki daimi nümayəndəliyinin hamiliyilə keçirilir.
Konsertdə ümumdünya şöhrətli solistlər – Nino Maçaidze (soprano), Anita Raçvelişvili (metsso-soprano), Otar Corcikiya (tenor), Badri Maysuradze (tenor), Lado Ataneli (bariton), Paata Burçuladze (bas), Gürcüstan dövlət simfonik orkestrı (dirijor və musiqi rəhbəri Nikoloz Raçveli) iştirak edəcəklər.
Xeyriyyə konsertindən toplanan vəsait yetim və valideyn himayəsindən məhrum uşaqların ehtiyaclarına yönəldiləcək.