Qafqazda dondurulmuş münaqişələr məsələsi bugünə kimi aktual və ağrılı olaraq qalmaqdadır . Region sakinləri hələ qədim zamanlardan torpağa xüsusi əhəmiyyət vermişlər. Ola bilsin ki, burda həm əlverişli coğrafi mövqe, həm də iqtisadi amil heç də az rol oynamır. Zaqafqaziya ərazisi əsrlər boyu müxtəlif etnik münaqişələrlə zəngin olmuşdur. Bununla belə, region həmişə xalqlarımızın mehriban qonşuluq və dostluq münasibətlərinin nümunəsi kimi tanınmışdır. Zaqafqaziya ölkələrinin unikallığı ondan ibarətdir ki, onların sakinləri müxtəlif dinlərə etiqad edirlər. Dəqiq məlumdur ki, tarixin anı dönüş məqamlarında bu xalqlar çiyin-çiyinə dayanaraq, bir-birlərini dövlətçiliyi itirməkdən qorumuşlar. Lakin, əgər ölkələrinin maraqları üst-üstə düşmürsə, onda istisna deyil ki, bir vaxtlar “qardaş xalq” olanların “qatı düşmən”ə çevrilə biləcəkləri istisna olunmur.

Qarabağ münaqişəsi o münaqişələrdəndir ki, onu adətən nə Ermənistan, nə də Azərbaycan əhalisinə bir növ rahat nəfəs almaq imkanı verməyən “havadan asılı”- “donduruimuş “konflikt adlandırırlar. Bir çox ekspertlər hesab edirlər ki, münaqişə əsasən hər iki ölkənin hakim elitası üçün əlverişlidir: onlar qəsdən düşmən obrazı yaratmaqla öz hakimiyyətlərini möhkəmləndirirlər. Qafqaz məsələləri üzrə ekspert, Qarabağda döyüş əməliyyatlarının bərpasınadək Moskvada Gürcüstan-rusiya ekspert görüşündə olan gürcü eksperti Маmuka Areşidzenin sözlərincə, münaqişənin son ekskalasiyasında kənar qüvvənin izi müşahidə edilir ki, burda xüsusən Türkiyə faktorunun təsirini istisna etmək olmaz. Onun sözlərinə görə, müəyyən qüvvələr beləliklə “Kremlə dərs vermək” istəyirlər.

mamukaareshidz“Moskva üçün bu demarş son dərəcə gözlənilməz idi. Mən başa düşmürəm, bu, kimə sərfəli ola bilər, amma hesab edirəm ki, vəziyyət süni olaraq üçüncü qüvvə tərəfindən gərginləşdirilir. Çox güman ki, — Türkiyə. Moskva bu münaqişədə onun çözümünə nail olmağa çalışaraq, yalnız vasitəçi rolunda çıxış etmək istəyir. Məni təəccübləndirən o oldu ki, Moskvada rəsmi Tbilisinin öz ərazisində Azərbaycan ilə Ermənistan arasında danışıqlar aparılmasına şərait yaratmaq təklifini alqışladılar. Bununla da Gürcüstan hər hansı şəkildə sülh prosesində iştirak etməyə cəhd göstərmiş oldu”, – deyə Mamuka Аrеşidzе bildirmişdir.
Gürcü eksperti Dağlıq Qarabağda vəziyyətin gərginləşməsinin bəlkə də elə onun daxili siyasi vəziyyətilə əlaqədar Azərbaycan üçün də faydalı olmasını istisna etmir.
Аrеşidzеyə görə, Azərbaycan hökumətinin əsas məqsədi Dağlıq Qarabağın geri qaytarılması deyil, ətraf ərazilərin ələ keçirilməsidir. O, qeyd edib ki, rəsmi Bakı dünya ictimaiyyətini fakt qarşısında qoymaq istəyir ki,”o buna demək olar ki, nail olmuşlar”.

Dağlıq Qarabağ probleminin kökləri Sovet hakimiyyətinin təşəkkül dövrünə gedib çıxır. Bu ərazi əhalinin istəyinə zidd olaraq vaxtilə rəsmi Moskva tərəfindən Azərbaycan SSR-ə verilimişdir. 80-ci illərin sonlarında, Sovetlər İttifaqının dağılma prosesinin getdiyi zaman ehtiraslar yeni bir qüvvə ilə baş qaldırdı. 4 illik silahlı münaqişə zamanı 30 000 –dən artıq insan həlak olmuşdur. Minlərlə insan ev-eşiklərindən məhrum olmuş, Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan isə son dərəcə mürəkkəb iqtisadi vəziyyətə düşmüşdür.
1994-cü ildə atəşkəsə dair saziş imzalandı. Elə o vaxt ABŞ, Rusiya və Fransa diplomatlarının iştirakı ilə ATƏT-in Minsk qrupu həmsədrləri institutunun formalaşması çərçivəsində sülh yolu ilə nizamlama prosesi fəallaşdı.

Bu gün , 22 il ötəndən sonra, “dondurulmuş” münaqişə “qaynama həddinə” çatmış və onun həllinin alternativ yolları heç cür tapıla bilmir. Dağlıq Qarabağ münaqişəsi sırf regional konflikt olsa da , onunla beynəlxalq təşkilatlar məşğul olur. Ekspertlər Qarabağda vəziyyətin gərginləşməsinin Gürcüstan və onun təhlükəsizliyinə təsir göstərə biləcəyini istisna etmirlər.

 “Bu müharibə regionun heç bir ölkəsi, , o cümlədən Gürcüstana da sərfəli deyil, çünki hərbi əməliyyatların yenidən başlanması halında Gürcüstan bu münaqişəyə cəlb oluna bilər. Bu, həmçinin etnik ermənilər və azərbaycanlıların kompakt şəkildə yaşadıqları gürcü bölgələrində vəziyyəti kəskin surətdə qızışdırıb gərginləşdirər. Hərbi ekspertləin əksəriyyəti mənim bu fikrimlə razılaşırlar”, -deyə hərbi ekspert Vaxtanq Maisaya bildirir.

Onun fikrincə, Gürcüstanda həm Ermənistanla, həm də Azərbaycanla mehriban qonşuluq münasibətləri yaranmışdır. Ona görə də, Gürcüstan rəhbərliyinin əsas vəzifəsi Qarabağ münaqişəsinin həllində mediator olmaqdır. Bu məsələdə Gürcüstan böyük potensiala malikdir. Ancaq ekspert hesab edir ki, münaqişənin yaxın gələcəkdə bir qədər sakitləşməsinə və ermənilərin azərbaycanlılarla bir araya gəlib sakit yaşaya bilmələrinə heç bir illüziya yoxdur.

Etnik azərbaycanlı , vətəndaş millətçiliyi məsələləri üzrə tədqiqatçı Kamran Məmmədovun Dalma Newslə söhbətində qeyd etdiyi kimi, Ermənistan və Azərbaycanda Avropada təhsil almış gənclər yaşayır ki, onlar Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayırlar. Lakin o, həmçinin belə gənclərin sayının çox olmadığına təəssüf etdiyini bldirir.

“Bildiyimə görə,münaqişənin həlli prosesində dövlətlər arasında diplomatik əlaqələr qurmağın,eləcə də tələbələr arasında görüşlər təşkil etməyin və müxtəlif humanitar layihələrdə iştirakın təbliğinin vacib və lazım olmasına baxmayaraq, iki münaqişə tərəfi — həm Ermənistan, həm də Azərbaycan hökuməti gənclərin gözündə düşmən obrazının yaradılması üzərində fəal işləyirlər. Gürcüstanın bu sahədə potensialı var və bunun sayəsində ölkə mediator kimi çıxış edə bilər “-deyə Kamran Məmmədov bəyan etmişdir.

Onun sözlərinə görə, аprelin ilk günləri Dağlıq Qarabağ münaqişəsi yenidən başlayarkən, Gürcüstan hökuməti passiv mövqe tutmuşdur. Bununla belə, ekspertin gənaətincə, bu cür davranışın həm Ermənistan, həm də Azərbaycanla tərəfdaşlıq münasibətlərinin olması ilə izah edilməsini nəzərə alaraq, onu haqlı hesab etmək lazımdır.

Nə qədər pessimist səslənsə də, lakin aprelin 2-dəki hərbi əməliyyatlar göstərdi ki, Qarabağ münaqişəsinin tam nizamlanması praktik olaraq mümkün deyil, çünki yaranmış vəziyyət bir çox böyük siyasi oyunçuları qane edir. Təəssüfedici həmçinin odur ki, , kimlərinsə oyunu dinc əhalinin əmin-amanlığı və rifahı hesabına aparılır. Ekspertlər bu fikirdədirlər ki, hərbi əməliyyatlar vaxtaşırı yenidən baş galdıracaq.

 

Etnik erməni, ictimai xadim və Gürcüstanın “Sülh Fondu “nun təsisçisi Georgi Tumasyan hesab edir ki, mediasiyanın böyük siyasi resurslara həmişə ehtiyacı var və ölkənin milli təhlükəsizliyi üçün müəyyən risklər təşkil edir.

“Gürcüstan üçün mediator rolu acınacaqlı ola bilər və Cenevrə danışıqları prosesinə, eləcə də həm bir, həm də digər ölkə ilə mehriban qonşuluq münasibətlərinə mənfi təsir göstərə bilər. Fikrimcə, bu məsələnin həlli üçün ATƏT-in Minsk qrupunun alternativi ola bilməz”, – deyə Tumasyan hesab edir .

Tumasyan hesab edir ki, 5 aprel 2016-cı ildə atəşin dayandırılması təqdirəlayiqdir və 1994-cü ildə ölkələr arasında əldə edilmiş sazişin şərtlərinin yerinə yetirilməsinə ümid bbəsləyir. Bundan başqa, o qeyd etdi ki:

Münaqişənin eskalasiyasının qarşısını almaq üçün ATƏT-in Minsk qrupunun işinin fəallaşması lazımdır. Eyni zamanda, münaqişəli və təxribatlı vəziyyətin təzahürü zamanı Gürcüstan vətəndaşları tərəfindən təmkinlilik göstərmək lazımdır.

Ermənilərin və azərbaycanlıların Gürcüstan ərazisində dinc -yanaşı yaşamaları hər iki münaqişə tərəfləri üçün nümunə ola bilər. İnsanlar, bir qayda olaraq, öz aralarında ümumi dil tapır. Lakin iri oyunçuların əlində oyuncağa dönəndən sonra, yaranmış vəziyyətə qarşı durmaq mümkün deyil. Hətta bunun sonunu proqnozlaşdırmaq da çətindir, çünki bu günə kimi həmin mövzu üzrə suallar cavablardan daha çoxdur. Təkcə ümid etmək qalır ki, zaman keçdikcə “Qarabağdaki münaqişə kimə sərfəlidir?” tapmacası Qarabağda çoxdan gözlənilən sülhün bərqərarı ilə sadəcə olaraq öz aktuallığını itirəcək. Bir sözlə Qarabağ üzərində sülh hökm sürəcək!

Tbilisidən siyasi icmalşı Georgi Kartveli xüsusi olaraq Dalma News üçün