Rusiyanın Perm vilayətində 4 tona yaxın ərzaq məhv ediləcək. Bu, dövlət əmlakını idarə üzrə federal agentliyin ərazi idarəsi kontrafakt malların məhv edilməsi üzrə elan etdiyi hərracdan sonra baş tutacaq.

“V kurse.ru” xəbər verir ki, məhv ediləcək malın əsas hissəsi 500 kiloqramdan ibarət xarici istehsalata mənsub şokoladlardır.

Qeyd edək ki, şokolad Azərbaycanda istehsal edilib. 2014-cü ilin sonunda isə Permə idxal edilib. Şokoladın kağızı və dizaynı məşhur Avropa brendinə çox bənzədiyindən yükü qanunsuz elan ediblər.

2015-ci ilin aprelində Perm vilayətinin arbitraj məhkəməsi müəllif hüquqlarının pozulmasını qərara alaraq yarım ton şokoladı müsadirə edib. Konfetlər isə məhv ediləcək.

Məhv edilməsi labüd olan malların siyahısına kontrafakt geyim və ayaqqabılar daxil edilib. Şokolad konfetlərindən başqa idarə uşaqlar üçün 20 min rəsm lövhələrinin məhv edilməsi üzrə tender hazırlayır.