İyul ayı ərzində 2 323 əcnəbi Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanun-vericiliyin tələblərini pozub.
Dövlət Miqrasiya Xidmətinin (DMX) mətbuat mərkəzindən Oxu.Az-a verilən məlumata görə, onlardan 15-i Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 167 nəfərinə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1635 əcnəbinin Azərbaycan ərazisini 48 saat ərzində tərk etmələri, 506 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərar qəbul edilib.
Ümumiyyətlə, ay ərzində DMX-yə 9762 müraciət daxil olub. Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı isə 86 639 əcnəbinin müraciəti qeydə alınıb.
Bununla yanaşı, Xidmətin müvafiq struktur bölmələrinin əməkdaşları tərəfindən ölkə ərazisində fəaliyyət göstərən 13 sahibkarlıq subyektində yoxlamalar aparılıb.
Yoxlama nəticəsində müəyyənləşdirilib ki, 12 sahibkarlıq subyektində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazələrinin alınması qaydalarını pozub.