Biz Yeni ilin astanasındayıq. Bütün başqa dünya xalqları kimi Azərbaycan xalqı da 2016-cı ili qarşılamağa hazırlaşır və onun iqtisadi baxımdan əvvəlkindən daha uğurlu olacağına ümid bəzləyir. Axı, bu il milli valyutanın kəskin 48%-lik devalvasiyası şəraitində hər bir Azərbaycan ailəsi qarşısında bayram süfrəsi ilə bağlı qayğılar durur.
MB-dan Yeni il hədiyyəsi
Dekabrın 21-də – Yeni ilə düz 10 gün qalmış Azərbaycan xalqı respublikanın Mərkəzi bankından “Yeni il hədiyyəsi” aldı – manatın 48% devalvasiyası. Bunun səbəbləri aydındır: Azərbaycan neft hasili ölkəsidir və enerji resurlarının qiymətlərinin birdən- birə aşağı düşməsi manatın məzəndəsinin sabitliyinə təsir etməyə bilməzdi. Qeyd etmək lazımdır ki, bu, 2015-ci ildə manatın ikinci devalvasiya dalğasıdır. Birincişi fevralın 21-də olmuşdu və o vaxt milli valyuta 38% devalvasiyaya uğramışdı. Beləliklə, 2015-ci il ərzində manatın kursu 1 dollara 0,78 manatdan 1,55 manata qalxmışdır, daha doğrusu ümumi hesabla iki dəfə – 98% artmışdır.
Manatın devalvasiyası şübhəsiz bütün malların, hətta bəzi yerli malların qiymətinin artmasına səbəb olmuşdur. Bu, əhalinin alıcılıq qabiliyyətinə mühüm dərəcədə təsir göstərmiş və Yeni il mövzusu yola salınan 2015-ci ilin yenisı ilə əvəz olunmasından 10 gün əvvəl baş verənlərin fonunda sönmüşdür.
Ölkə rəhbərliyinin reaksiyası
Manatın devalvasiyasından söz açan Azərbaycan prezidenti İlham Əliyev bildirmişdir ki, milli valyutanın kursunun aşağı düşməsinin başlıca səbəbi neftin qiymətinin üç dəfə enməsidır. “Biz il boyu bunun qarşısını almaq üçün bütün tədbirlərə əl atmışdıq və neftin qiymətinin sabitləşəcəyini gözləyirdik. Qiymət 50 dollar səviyyəsındə olanda biz devalvasiyayadan yan ötəcəyimizi güman edərək bir qədər sakitləşdik. Ancaq indi neftin qiyməti 36 dollardır. ABŞ-nın dollarla əlaqədar qəbul etdiyi son qərar neftin qiymətlərinin aşağı düşməsinə xidmət edir. Burda həmçinin başqa geosiyasi amillərin də rolu olmuşdur. Şəxsən mən hesab edirəm ki, neftin qiymətlərinin kəskin surətdə enməsi təbii iqtisadi əsaslara malik deyil”,-deyə o vurğulamışdır.
Prezidentin sözlərincə, hərcənd dünya iqtisadiyyatı geriləyir, ancaq o dərəcə yox ki, neftin qiyməti il ərzində birdən-birə üç dəfə ensin. “Şəxsən mən bunun düşünülmüş siyasət olduğunu hesab edirəm. Bu siyasətin məqsədi heç kim üçün sirr deyil. Azərbaycan sadəcə yaranmış vəziyyətdən əzab çəkir. Ancaq bütün bunlara baxmayaraq, biz əlbəttə nəticələri minimallaşdırmağa çalışacağıq”,-deyə o əlavə etdi.
Sonda Əliyev qeyd etdi ki, Azərbaycan hökuməti bu labüd qərarın neqativ nəticələrini maksimal dərəcədə neytrallaşdırmağa calışacaq, qiymətlərin suni surətdə qalxmasına və alverə yol verənlər isə cəzalandırılacaqlar.
Öz növbəsində Mərkəzi bankın rəhbəri Elman Rüstəmov qeyd etmişdir ki, dəyişən kurs idarə olunandır, bu isə o deməkdir ki, MB kursun mühüm dərəcədə dəyişməsinə yol verməyəcək və onu nəzarət altında saxlayacaq.
Onun sözlərincə, hazırki kursdan mühüm dərəcədə kənara çıxma bazarda ciddi qarışıqlığa gətirib çıxara bilər. “Bu gün biz bazarda ilk auksion keçirdik. Biz hətta valyuta kursunun əməliyyat çərçivələrini dəyişdik. Buna qədər biz bazarın valyuta tələblərini tam ödəyirdik, ancaq indi bazara valyutanı müəyyən ölçüdə auksionlar yolu ilə təklif edərək tələbat və təklifin necə formalaşdığına baxacıq”,- Rüstəmov dedi.
MB rəhbərinin fikrincə, manatın kursu banklararası bazarda aliş-satış vaxtı formalaşan qiymətdən ciddi asılı olacaq.
Ekspertlərin rəyi
Dalma Newsə manatın devalvasiya səbəblərini şərh edən iqtisaaçı Oqtay Haqverdiyev bildirdi ki, Azərbaycanın qeyri-sabit kursa keçməsi məcburi tədbirdir ki, bu, dünya valyuta bazarındaki proseslərlə əlaqədardır. “Dolların bahalaşma prosesi 2016-cı il boyu müntəzəmliklə davam edəcək. Mənim ekspert rəyimcə, dollarin real dəyəri üçdən beş manatadəkdir.
Dünya valyuta bazarında baş verən proseslər olmasaydı, heç nəyi dəyişmək lazım gəlməzdi. İntəhası, Azərbaycan xarici ticarəti dollarla apardığından bu addım gözəl həyatdan deyil, çarəsizlikdən qəbul edilmişdir”,- deyə o izah etdi.
İqtisadiyyat eksperti Fikrət Məmmədov qeyd etdi ki, vəziyyət yetərincə mürəkkəbdir, ancaq ümidsiz deyil. “Neft fondunda göstərilən ehtiyatlar, qızıl valyuta ehtiyatları pis deyil, o qədər də səriştəli qurulmayan nəqliyyat infrastrukturunda ölkəni düzgün tənzimləyicilər, inzibati və fiskal vergi sistemlərinin sistemli islahatlaşması hesabına iqtisadi böhrandan çıxarmaq mümkündür. Bunun hazirki vəziyyətdə nə dərəcədə mümkün olduğunu zaman göstərər”,- deyə o Dalma Newsə bildirdi. Manatın devalvasiyasına toxunan “Alpari” analitika departamenti direktorunun müavini Darya Jelannova qeyd etdi ki, bu tamamilə labüd idi, belə ki, büdcə gəlirinin demək olar ki 70%-ni ödəyən neft Azərbaycanın başlıca ixrac məhsuludur.
Neft bazarinda Brent bareli qiymətinin 40 dollardan da aşağı düşdüyü hazirki vəziyyət hökumətı mümkün sosıal problemlərdən ötüşmək üçün lazimi nəzarəti saxlamaqla valyutanı sərbəst axına buraxmaqdan savayı başqa seçim qaymamışdır. Əvvəllər elə Rusiya və Qazaxıstan da eyni yolla getməli olmuşlar. Bütövlükdə, vəziyyət elə bir xüsusi həyəcən doğurmur, bazar mexanizmi manatın kursunun tarazlığını təmin edər və iqtisadiyyat uyğunlaşar. Uzunmşddətli perspektivdə hökumət gəlirlərin diversifikasiyasını təmin etmək üçün iqtisadiyyatın qeyri neft sektorlarına dəstəyə daha çox diqqət yetirməlidir”,- deyə o, Dalma Newsə bildirdi.
Dövlət nə tədbir görür?
Azərbaycan iqtisadiyyatını dirçəltmək üçün dövlətin apardığı iqtisadi siyasətdən söz açan Azeri İnvisiblesin təsisçisi, iqtisadiyyat analitiki Fikrət Məmmədov Dalma Newsə bildirmişdir ki, dövlət hələlik perventiv tədbirlər haqqında yalnız danışır, “özü də əksər hallarda hökumət düz şeylərdən söz açır. Onun bu tədbirləri real surətdə həyata keçirməyə nə qədər qabil olduğunu zaman göstərər. Hələlik isə hər şey şüar səviyyəsindədir – bir növ “gəlin importəvəzləmə edək”. Ancaq bizim KİV-dən alınan informasiyalardan çıxış etsək, bunu necə etmək, bunun üçün hansı resurslar var, hansı ardıcıllıqla, hansı səmərələr gözlənir və sairə məsələlər açıq qalır”,- deyə ekspert bildirdi.
Onun sözlərincə, əslində hər şey kifayət qədər sadədır və sizin ölkənimi yaxud piroqxananımı idarə etmənızdən asılı olmayaraq, üç şey lazımdır: maddi resurlar (aktivlər), biznes proseslər (requlyativlər) və insanlar (icraçılar), “Birinci element bizdə probem doğurmur. Ancaq qalan iki elementlə böyük institusial probemlər var ki, onları keyfiyyətlə və tez həll etmək lazımdır.
Nə deyim, bəlkə jurnalistlər Mərkəzi bank rəhbərinin sözlərini səhv salmışlar, ancaq o doğurdan da bəyan etmişsə ki, manatın devalvasiyası avtomatik olaraq eksportu yüksəldib importəvəzləməni təmin edəcək, bu ən azı sadəlövhlükdür. Milli valyutanın devalvasiyası hesabına eksport sizin ıxrac etməyə məhsulunuz olan sərautdə mümkündür”, – deyə o qeyd etdi.
İqtisadi vəziyyətin siyasi duruma təsiri
Dalma Newsə manatın qiymətdən düşməsinin siyasi duruma necə təsir göstərəcəyi və bunun hər hansı dəyişikliyə gətirib çıxara biləcəyınə dair sualı sərh edən politoloq İlqar Vəlizadə bildirdi ki, devalvasiya şübhəsiz ictimai ovqatların müxtəlif manipulyasiyaları üçün münbit zəmin yaradır və belə vəziyyətdən daxili siyasi durumun destablizasiyasında maraqlı olan xarici qüvvələr də istifadə edə bilərlər.
“Eyni zamanda beynəlxalq və regional siyasətin aparıcı aktorlarının artan qarşıdurması fonunda onlardan hər biri Azərbaycanı öz planlarının tərkib hissəsinə çevirərək ona daha çox təsir göstərməyə calışacaq. Bu Azərbaycan üçün xarici təzyiqin artmasına səbəb ola bilər və uzun illər boyu aparılan çoxvektorluluq kursuna təhlükə yaradar. Görünür devalvasiya öz vaxtlarının çatdığını və ölkə hakimiyyətini dözümlülüyə testləşdirməyə başlamağın mümkünlüyünü hesab edənlər üçün siqnal olmuşdur”, – deyə ekspert qeyd etdi.
Onun sözlərincə, yaranmış vəziyyətdə Bakı xarici siyasətdə prioritetləri saxlamağa çalışmalıdır, hərçənd xarici qüvvələrun öz hərəkətləri buna getdikcə az imkan qoyur.
“Beləliklə, Azərbaycana qarsı sanksiyalar yeritmək tərəfdarı olan bəzi Amerika konqresmenlərinin hərəkətləri ölkə iqtidarını ən neqativ tərzdə reaksiya göstərməyə sövq edir ki, bu da münaqişəli vəziyyətin inkişafını stimullaşdırır. Bununla əlaqədar Moskva ilə önəmli əlaqələr Azərbaycanın xarici siyasətində Rusiyayönlü kurs ehtimali yaradır ki, bu da əslində heç korrektli deyil”, – deyə Vəlizadə bildirdi.
Nicat Hacıyev