Ötən bazar Yerevanın Müasır incəsənət muzeyində tanınmış musiqiçi, sənətşünas və qızğın kolleksioner Yakov Zarqaryanın kolleksıya sərgisinin açılışı olmuşdur. Bizim ahıl, ancaq tükənməz enerjiyə malik yubilyarımızın kolleksiyası isə, bəlkə də inanmazcız –ən müxtəlif – qara, ağ, qırmızı və s.rəngarəng yumurtalardır, nə isə… Bizim sərəncamımıza üzü yazılıb bəzənmiş 940 müxtəlif ölçülü, mənşəli və fəlsəfı məzmunlu yumurta təqdim edilmişdi.

tICJBxtIe0oBRfljHAUidLEsVIzmxqtlpP0gRzhOGpI

Zarafat bir yana, yumurtalar sözün əsl mənasında təsviredilməz gözəlliyə malikdı, elə yubilyarımız da ardıcıllıq və məntiqlılikdə qeri qalmırdı. Neçə illərin ağır və səbatlı əməyi! Allah minə çatanadək hələ besı qoymuşdur (iltifat göstərin, biz hesabda o qədər də güclü deyilik) , ancaq hər şey hələ qabaqdadır.

Hələ siz bizım təhkiyə qəhrəmanının fortepiano arxasında necə əyləşdiyini gorməmısinız. Klavişin (piano və sairə musiqi alətlərinin dili) səsi – ürəyin səsi, cəng olmuş barmaqlarla zərbəsi həm qulaqda, həm də ürəkdə. Zaman heç kimə aman vermir. Ancaq zərbə elə zərbədir. Hər şey tez başladığı kimi elə tez də qurtarır. Zaman amansızdır. dRD945126CxfUa6SJiXwXgNf5SgY1NZhzwV1b_ObTaE-300x200

Hissiyata qapılıb əsas məsələni unutduq. Bəzəkli yumurtalar sərginin yeganə giqqətəlayiq guşəsi deyil. Gözəl, ifadəli şarabənzər obyektlərlə yanaşı, ekspozisiya bizim “hekayənin” baş qəhrəmanının 70-dən artıq portetini də əks etdirir, hamısı da görkəmli üstaların firçaları ilə. Maraqlı hekayə ümidilə maestronun arxasınca gedirik. Ümidvarıq ki, bu dəfə o bir qədər söhbətcil olacaq.

PYusrEPg3hIobimA1J1c6mvv8KQ_1tCb1_avQOdTOg0-300x200“Maestro, zəhmət olmasa, ən birinci portretdən söz açın, onun müəllifi kimdir?”

“Ən birinci iş Henrix Elibekyanın fırçasının məhsuludur. 1961-ci ildə o hələ heç kimə tanış olmayan gənc rəssam idi. Mən təsadüfən onun enalatxanasında oldum və o mənim portetimi çəkməyi təklif etdi. Mən razı oldum, ancaq heyf ki, o şəkil saxlanmamışdır. Sərgidə təqdim olunan işlər arasında mənim yenə də Henrix Elibekyanın firçasından çıxan daha bir sevımli şəklim var. Yadımdadır səkil hazır olanda mən onu götürməyə icazə istədim, ancaq müəllif kətan tablonun hələ qurumadığını deyərək etiraz etdi. Onda mən şəklin ardınca bir necə qün sonra gəldım və emalatxanada tale məni sənətşünas Kamenski ilə görüşdürdü. Genrix ondan portreti şərh etməyi rica elədi. Yeri gəlmişkən, sən demə Kamenski mən gələnədək öz rəyinı söyləmişdi, ancaq rəssam ondan öz şərhini məxsusi olaraq mənim üçün də təkrarlamağı xahiş etdi.

“Mən nə vaxtsa Henrix Elibekyan haqqında kitab yazası olsam, bu şəklə ayrıca fəsil həsr edəcəyəm”,- deyə o bildirmişdi.

Yumurta kolleksiyasına qəlincə, bu ideya ystadda 1963-cü ildə yaranmışdı.

AWUDA-62WxbLZy6ozL014AQ4lre8BpbWodTmFEnTDrU-1024x683“Təsadüfən bir oğlan usağının əlində bəzədilmiş pasxa yumurtası gördüm. Onun rəngı hələ qurumamış və rəng sanki xususi bədii tərzdə axırdı. Onda ağlıma belə bir ideya gəldi: “görəsən, iş professional rəssam tərəfindən özü də pasxal süjet vacıb olmadan icra edilsə necə olar? Necə deyərlər, düşünüldü – edildi! Ertəsi qün ustaya üc ədəd taxta yumurta sifariş elədim, qayıdarkən isə, təsadüfən Martiros Saryanla (klassik erməni rəssamı) rastlaşdım. Ondan bunların üzərində şəkil cəkməsini xahiş etdim. O, Ararat vadisini çəkdi. Nətıcə məni o dərəcədə ilham verib ruhlandırdı ki, ertəsi gün ağac ustasından daha bir neçə sayda yumurta yonmağı xahiş etdim. Mənim bəzəkli yumurta kolleksiyam burdan başlandı. Sözümün qüvvəti, bu gün mənə daha bir “yumurta” gətirmişlər və o mütləq mənim kolleksiyama daxil olacaq”.

3YS82x3nq4fYaqBzc9tfE8TyydJtYnVzajRDEdWw8ns-1024x683

bwKLiszyOAJpEGzZw0EpowIg1TzNVcuBnC9FTgeS9h4-1024x683

hgHXg-dGzg9MO6iCzA4XTK-mLRU80rvE88EF4z9U1sk-1024x683

9sf_1-_64aybbkwZAolP2il74797wVCMHcFX1hcrits-1024x705

Fotoşəkillər Lina Levinanındır