Türkiyənin xarici işlər naziri Firudin Sinirlioğlu sentyabrın 15-16-da Azərbaycana rəsmi səfər edəcək.

Türkiyə XİN-nin rəsmi saytı xəbər verir ki, Firudin Sinirlioğlu səfər zamanı azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcək və Türkiyə-Azərbaycan münasibətləri və beynəlxalq məsələlər, həmçinin Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

Türkiyə XİN başçısını həmçinin Azərbaycan prezidenti İlham Əliyev və Baş nazir Artur Rasizadə də qəbul edəcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here