Moskva “Spartak”ın sabiq baş direktoru Roman Asxabadze “Banants”ın icraçı direktoru vəzifəsinə təyin olunmaq üzrədir.

Hazırda Asxabadze Yerevandadır. “Armsport”un verdiyi xəbərə görə, paytaxt klubu bu məlumatı nə təsdiq, nə də inkar etmişdir.
Əvvəllər Yerevan klubunun yeni rəhbərinin “Spartak”ın səhmdarlarından biri olan Cevan Çeloyansın ola biləcəyinə dair məlumat yayılmışdı.

Çeloyans “Spartak”ın direktorlar şurasını yaxınlarda tərk etmiş, onun yerini isə klubun icraçı direktoru Sergey Rodionov tuttmuşdu. Bununla belə, o, Moskva klubunun 15% aksiyalarına malik olmaqda davam edir.

Qeyd etmək lazımdır ki, Çeloyans son illər erməni futbolu ilə fəal maraqlanmaqdadır. O, tez-tez Ermənistan yığmasinin həm ölkədaxili, həm də onun hüdudlarından kənardaki oyunlarında iştirak edir, ötən mövsümdə isə onu dəfələrlə ölkədaxili çempionatların oyunlarında görmüşlər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here