Türkiyədə tikintisi davam etdirilən “Star” neft emalı zavoduna xidmət edəcək dəniz limanının inşasına start verilib.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə fəaliyyət göstərən “SOCAR Turkey” törəmə şirkətinin rəhbəri Kənan Yavuz öz facebook səhifəsində yazıb.

O bildirib ki, Türkiyənin ən böyük strateji yatırımı olan zavodun inşasına bu günə qədər 2 milyard dollar vəsait xərclənib.

Şirkətin istehsala başlamaq üçün 2 il 6 ay vaxt qalıb.

Qeyd edək ki, inşaat işlərinə cəlb edilən işçilərin sayı 10 minə yaxındır.

Kənan Yavuz bildirib ki, dəniz estakadalarının tikinti işləri 2017-ci ilin mayında tamamlanacaq.