Seulun şimalında (Cənubi Koreya), Sinchon rayonunda Azərbaycan mətbəxinin “Bakı” restoranı açılmışdır. Bu haqda “Oxu.Az” “Rossiysko-koreyskoe informasionnoe agnetsvo”ya istinadən xəbər vermişdir.

“Mən Cənubi koreyalıların ölkəm haqqında daha çox şey bilmələri üçün restoran açdım”, – deyə restoranın sahibi Nihad Xəyalzadə bildirmişdir.

25 yaşlı Xəyalzadə Cənubi Koreyaya beş il bundan öncə Hanyang universitetində təhsil almaq üçün gəlmiş və hiss etmişdir ki, Cənubi koreyalıların çoxu onun ölkəsinin mövcud olmasından ümumiyyətlə bixəbərdirlər.

“Ancaq mən dillərimizin ortaq çox şeyə malik olduğunu aşkar etdim ki , bu da məni burada təhsil almağa sövq etdi”,- deyə Nihad bildirdi. “Mən Cənubi koreyalılardan Azərbaycan haqqında ilk növbədə nə öyrənmək istədiklərini soruşdum və əslində cavabın ölkəmizin yerləşdiyi məkan haqqında olacağını gözləyirdim, amma onlar mənim düşündüyümün xilafına, ilk növbədə Azərbaycan yeməklərilə maraqlandılar.Onda mən restoran açmaq fikrinə düşdüm”,- deyə o əlavə etdi.

Restoranda ənənəvi Azərbaycan yeməkləri təklif edilir, onları azərbaycanlı aşpaz hazırlayır, xidmət də azərbaycanlı personal tərəfindən göstərilir.

Xəyalzadə biznesin uğuruna ümid edir, belə ki, restoran rahat yerdədir və burada səmimi dostluq atmosferi yaratmağa müvəffəq olub.

“Bura bir dəfə gələn müştərilər bir də gəlir ki, bu da yaxşı əlamətdir”, – deyə o vurğulayıb.