ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovla görüşündə bildirib ki, noyabr ayında seçkilərin azad və ədalətli keçirilməsi Azərbaycanın demokratik inkişafında müsbət addım olacaq. Bu barədə Sia.az xəbər verir.

Səfirliyin rəsmi tvitter hesabında yaydığı məlumatda qeyd olunub ki, Robert Sekuta siyasi vəziyyəti, qarşıdan gələn parlament seçkilərini müzakirə etmək üçün Əli Əhmədovla görüşüb.

ABŞ səfiri müxtəlif məsələlər haqda daha ətraflı məlumat almaq üçün parlament seçkiləri qabağı siyasi partiyalar ilə görüşəcək.