Cümə günü, dekabrın 16-da Azərbaycanda ticarət-iqtisadiyyat əlaqələri üzrə Azərbaycan-rusiya hökumətlərarası komissiyasının on altıncı iclası keçirilmişdir. İclasda Rusiya nümayəndə heyətinə Rusiya baş nazirinin müavini Dmitri Roqozin rəhbərlik edirdi. Azərbaycana səfər çərçivəsində Rusiya baş naziri müavininin həmçinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü olmuşdur.

rogozin

Öz azərbaycanlı həmkarı ilə görüşdə Roqozin bildirmişdir ki, Moskva və Bakı əvvəllər mürəkkəb diskussiyalar doğuran bir sıra mürəkkəb məsələləri həll etmişlər. «Biz danışıqlara çox vaxt sərf etdik, mürəkkəb diskussiyalar doğuran bir sıra məsələləri çıxardıq. Fürsətdən istifadə edərək, sizi 1-3 iyun 2017-ci ildə Sankt-Peterburqda keçiriləcək XXI enerji forumuna dəvət edirəm», — deyə Roqozin Azərbaycan baş nazirinın birinci müavini Yaqub Eyyubova müraciət etmişdir.

Öz növbəsində, Yaqub Eyyubov bildirmişdir ki, Rusiya təkcə iqtisadi tərəfdaş deyil, həm də regionda təhlükəsizliyin təminatçısıdır.

«Azərbaycanın və Rusiyanın münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Rusiya — təkcə iqtisadi tərəfdaş deyil, həm də regionun təhlükəsizliyinin təminatçısıdır. Rusiya çalışır ki, hər yerdə sülh olsun, ölkələrin daxili işlərinə müdaxilə edilməsin»,- deyə Eyyubov bildirmişdir.

Onun sözlərincə, Bakı Moskva ilə münasibətləri qiymətləndirir.

«Biz öz münasibətlərimizin qədrini bilirik. Biz böhran üzündən 2014-cü illə müqayisədə azalmış əmtəə dövriyyəsini artırmaq stimuluna malikik», – deyə Azərbaycanın baş nazir müavini qeyd etmişdir.

Xoşagəlməz söhbətlər

Dmitri Roqozinin Bakı səfəri fonunda «Kommersant» qəzetində hərbi mənbələrə istinadən Rusiyanın Ermənistanı «İsgəndər»lərlə təchiz etməsinin Azərbaycan-Rusiya hərbi-texniki əməkdaşlığına böyük zərbə vurmasından söz gedən dir məqalə dərc olunmuşdur. Məhz bu səbəbdən Dmitri Roqozini Bakıda çox mürəkkəb danışıqlar gözləyirdi, çünki hərbi-texniki sahəyə elə məhz baş nazir müavininin özü nəzarət edir.

Dmitri Roqozinin səfər günü Azərbaycan prezidentı ABŞ-nın nəqliyyat üzrə komandanı general Darren МаkDyunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdi ki, bu da onu göstərir ki, Azərbaycan bundan sonra da bütün geosiyasi aktorlar arasında balans siyasətini dəstəkləyəcək, ancaq Rusiya müəyyən dərəcə və mənada bunu istəməzdi.

Rusiya baş nazir müavini Dmitri Roqozinin Azərbaycana səfərini şərh edən rusiyalı politoloq Qriqori Trofimçuk bildirmişdir ki, Bakıda Dmitri Roqozin və Azərbaycan rəsmiləri arasında müzakirə olunan məsələlər səciyyəcə onun Rusiya hökumətində nəzarət etdiyi sahə ilə bağlıdır.

«Onların bir hissəsi rəsmən ikitərəfli hökumətlərarası komissiyanın iclası çərçivəsində, bir hissəsi isə kuluar rejimdə müzakirə edildi. Dünyada və regiondaki çətin vəziyyətlə əlaqədar bu cür rejim üçün çox mövzu var. Azərbaycan Suriyadaki müharibənin bilavasitə təsir göstərdiyi ən narahat zonada yerləşir, çünki hələ həll olunmamış Qarabağ münaqişəsi bir yana, terrorçular Xəzərdən də atəşə tutulurdu», — deyə Trofimçuk Dalma News ilə söhbətində bildirmişdir.

Onun sözlərinə görə, Azərbaycanı narahat edən Ermənistanın Rusiya silahları ilə təchizatıdırr və çox güman ki, görüş zamanı bu məsələ qaldırılmışdır.

Ekspert istisna etmir ki, regionun əlavə izləmə sistemlərilə gücləndirilməsi də daxil olmaqla bütün təhlükəsizlik sistemi spektri müzakirə olunmuşdur.

«Zənnimcə, Ermənistana silah təchizı mövzusu Rusiya tərəfində elə bir xüsusi gərginlik yaratmayacaq, çünki Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəfinə Rusiya silahlarının çatdırılmasının vəziyyəti sabitləşdirmə imkanı verməsi haqqında tezis artıq çoxdan səsləndirilmişdir. Bütün bunlar müzakirə oluna bilər və burada yeni heç bir şey yoxdur, çünki əsas problem heç də aktual və kəskin mövzuların müzakirələrində deyil, real qərarlar və onların qəbul olunma sürətindədir.

Burda həmişə olduğu kimi, vəziyyət istənilən qədər sürətlə inkişaf etmir. Ona görə də, Rusiya baş naziri müavininin səfəri qarşı tərəfə Qarabağa dair geniş danışıqlar prosesinin fəal davamını nümayiş etdirmək məqsədi daşıyır. Ümumiyyətlə, təkcə hərbi-siyasi deyil, o cümlədən iqtisadi sahəni də əhatə edən Rusiya-azərbaycan əməkdaşlığı bu mərhələdə yaxşı inkişaf edir. Ən əsas odur ki, konkret məsələlərin də öz həllini tez tapa bilməyəcəyi baxımından yaxın gələcəkdə bu temp itirilməsin »,- deyə politoloq qeyd edir.

İqtisadi əməkdaşlıq

Azərbaycan və Rusiya həmişə — istər SSRİ dövründə , istərsə də onun süqutundan sonra sıx iqtisadi münasibətlərə malik olmuşlar. Belə ki, Azərbaycan eyni zamanda Rusiyanın sənaye istehsalının ənənələrini mənimsəməklə yanaşı, öz kənd təcərrüfatı məhsulları ilə Rusiya bazarlarında həmişə məşhur olmuşdur.

Neftin qiymətlərinin kəskin düşməsi və həm Azərbaycan, həm də Rusiyadaki iqtisadi böhrandan sonra tərəflər birgə investisiyalara getmək qərarına gəlmişlər. Bu gün Azərbaycanda Rusiya biznesi yaxşı təmsil olunur və indi ekspertlərin bildirdikləri kimi, rusiyalı investorlar Azərbaycan bazarı ilə getdikcə aha çox maraqlanırlar. Azərbaycanda bir sıra xidmət sahələrindən tutmuş, əczaçılıq və aviasiya zavodlarının tikintisinədək — qarşılıqlı münasibətlərin spektri yetərincə genişdir.

Digər tərəfdən, yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Rusiya HSK (Hərbi Sənaye Kompleksinin) iri müştərilərindən biridir. Azərbaycanın Rusiyadan silah tədarükü təxminən 4 milyard dollar təşkil edir.

Azərbaycan və Rusiya məhsullarının hər hansı gömrük məhdudiyyətləri olmadan mübadiləsi üçün MDB çərçivəsində «yaşıl dəhliz» açılmışdır.

Rusiya ilə iqtisadi münasibətlərdən danışarkən, baş nazirin birinci müavini Yaqub Eyyubov qeyd etmişdir ki, Bakıya səfəri çərçivəsində Roqozin Azərbaycandan olan yüklərin Rusiya sərhəddindən yubandırılmadan keçəcəyinə söz vermişdir.

«Budur, Dmitri Оlеqoviç Roqozin bazar günü mənə zəng vurub deyir: Yaqub, sən bilirsən, sizin orda 800 maşınınız var, ancaq mən bütün tədbirləri qəbul etmişəm. Mən deyirəm ki, xəbərim yoxdur, daha doğrusu, Roqozin orada işdən xəbərdardır və bazar günü, insanlar istirahət etdikləri zaman o, qərarlar qəbul edir və iki-üç gün ərzində maşınlar gedir», — deyə Eyyubov Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası zamanı Rusiya baş nazirinin müavini ilə qarşılıqlı əlaqədən söz açmışdır.

Hökumətlərarası komissiyanın iclası zamanı Roqozin Əyyubovun Azərbaycandan olan yüklərin Rusiya sərhəddindən hər hansı bir gecikmə olmadan keçəcəyinə dair sözlərini təsdiqləmişdir.

«Həqiqətən, tezliklə Yeni il gəlir və biz Azərbaycandan göndərilən meyvə və tərəvəzin fasiləsiz olaraq rusiyalıların bayram masalarını təmin edəcəyini gözləyirik. Biz bu məhsulların keyfiyyətini həmişə layiqincə qiymətləndiririk»,- deyə o vurğulamışdır.

Roqozin, həmçinin qeyd edib ki, Rusiya Azərbaycanın əsas tərəfdaşlarından biri olaraq qalır və respublikanın xarici ticarət dövriyyəsində 10,5% payı olmaqla üçüncü yeri tutur (irəlidə yalnız Türkiyə və İtaliyadır).

Azərbaycan iqtisadiyyat nazirinin sabiq müavini Oqtay Haqverdiyev Dalma News ilə söhbətində Rusiya və Azərbaycan arasında iqtisadi əlaqələr məsələsini açıqlayarkən bildirmişdir ki, MDB məkanında Azərbaycanın ən böyük ticarət dövriyyəsi məhz Rusiya ilədir.

«MDB ölkələrilə Azərbaycanın bütün əmtəə dövriyyəsinin təxminən 80%-i Rusiyanın payına düşür. Rəsmi rəqəmlərdə Rusiya ilə Azərbaycan arasında ümumi ticarət dövriyyəsi göstərilmir, lakin bizim onlardan silah və başqa məhsullar almağımız əmtəə dövriyyəsinin həcmini böyüdür», — deyə ekspert qeyd etmişdir.

Haqverdiyev həmçinin əlavə edib ki, Azərbaycan Rusiyanın ayrı-ayrı subyektlərilə sıxiqtisadi əlaqələr qurmuşdur.

«Məsələn, Tatarıstanı götürsək, bizim onlarla Gəncədə KAMAZ avtomobillərinin montajı üzrə sazişimiz var. Digər ölkələrdən fərqli olaraq, Azərbaycan həmçinin Rusiya VTB -da (Xarici ticarət bankında) təmsil olunmuşdur. Rusiya böyük ölkədir və onun bazarı bizim üçün çox maraqlıdır. Digər tərəfdən, xeyli Azərbaycan vətəndaşı Rusiyada pul qazanır və vətəndəki qohumlarına göndərir. Rusiya iqtisadi və hərbi-texniki cəhətdən Azərbaycanın çox mühüm tərəfdaşıdır»,— deyə o vurğulamışdır.

İqtisadçı qeyd etmişdir ki, bu gün Azərbaycanın müxtəlif sahələrində 500-dən artıq Rusiya şirkəti təmsil olunmuşdur, odur ki, ölkəmizdə onların kapitalının önəmli bazar payı var. Həmçinin, Rusiyaya cənub ölkələrindən, ilk növbədə İrandan Azərbaycan vasitəsilə bir çox mallar daxil olur.

Nicat Hacıyev