Bütün Gürcüstanın son il boyu intizarı ilə yaşamış olduğu seçkilər baş tutdu. Hakim partiya olan «Gürcü arzusu – Demokratik Gürcüstan» yetərincə sakit şəraitdə və böyük fərqlə ikinci yeri tutmuş müxalif siyasi qüvvə – «Vahid milli hərəkat» dan irəli çıxaraq inamlı qələbə qazandı.

14570502_345623945782636_2618108212377452187_n

 

 

Hakim partiyanın lideri və Gürcüstanın fəaliyyətdə olan baş naziri Georgi Kvirikaşvili öz həmpartiyaçılarını qələbə münasibətilə təbrik etdi.

«Düzdür, MSK hələlik son nəticələri elan etməmişdir, ancaq bütün ilkin məlumatlara görə «Gürcü arzusu»nun üstünlüyü çox böyükdür. Bu, çox böyük dəstəkdir, və o deməkdir ki, seçicilərin əksəriyyəti qarşıdaki dörd il ərzində ölkənin idarəsini məhz bizə etibar edir. Bu, bizi çox sevindirir və eyni zamanda, bu, böyük bir məsuliyyətdir ki, komandamız ona onqat artıq əməyilə cavab verəcək», – deyə o qeyd etmişdir.

MSK-nin məlumatına görə, «Gürcü arzusu – Demokratik Gürcüstan»ın xeyrinə 48,67 faiz (856529 min nəfər) seçici səs verdiyi halda, onların opponentləri və keçmiş hakimiyyət partiyası olan «Vahid milli hərəkat»-a cəmi 27,11% (477143 min nəfər) səs vermişdir.

Hər hansı bir ölkədə bu cür göstəricilər parlaq qələbə, demək olar ki, triumf sayıla bilərdi. Lakin bizcə, «Gürcü arzusu»nun qələbəsi triumfal zəfərdən çox uzaqdır. Bütün məsələ ondadır ki, hakim partiyanın ən yaxın «məsləkdaşı» məşhur «Vahid milli hərəkat» oldu ki, o yenə də hakimiyyətin əsas parlament opponenti olaraq qalacaq.

6895a7d7c30d9e6b05d48e759650f7c5«Millilər» seçkiqabağı blok «David Tarxan-Мoуrаvi, İrma İnaşvili — Gürcüstan vətənpərvərlər alyansı, Birləşmiş müxalifət» blokundan beş dəfədən daha çox səs toplayaraq üçüncü və sonuncu siyasi qüvvə olmuş və 5%-lik baryeri keçərək parlament kürsüsünə yiyələnmişdir.

Seçkilər ərəfəsində bir çox, hətta kifayət qədər tanınmış ekspertlər hesab edirdilər ki, bu seçkilər öz diktaturası illərində çoxsaylı cinayətlərilə özünü tam ləkələyən «Vahid milli hərəkat»-ı, birdəfəlik dəfn edəcək. Bu ehtimallar ifrat dərəcədə nikbin və tamamilə sadəlövh idi.

Bu gün isə cəsarətlə o faktı qeyd etmək olar ki, 2012-ci il seçkilərndə məğlubiyyətə uğrayan «Millilər»-in elektoral bazası artmışdır. Hərçənd o vaxt – 2012-ci ildə «Vahid milli hərəkat» formal olaraq 40% səs qazansa da, hamı bilirdi ki, bu rəqəm qeyri-məhdud hakimiyyət resurslarından ədəbsizliklə istifadə, kütləvi saxtakarlıq və hər cür pozuntuların köməyilə dəfələrlə artırılmışdı.

Arxasında təxminən 477 143 seçicinin durduğu bu günki 27%-lik göstərici isə tamamilə realdır. Uzun illər qanlı zülmə məruz qalan, insanların nəinki əmlakını, həm də öz həyatını qorumağa qarant olmayan bir ölkədə bu necə belə ola bilərdi? Bu suala cavab bir o qədər xüsusi çətinlik təmsil etmir.

«Gürcü arzusu – Demokratik Gürcüstan» hakimiyyətə gələrkən ədaləti bərpa etməyə cəhd göstərdi, ancaq müxtəlif səbəblər üzündən təəssüf ki, bacarmadı. Nadir istisnalar olmaqla, sinik və həyasız cinayət törədənlərdən heç biri cəza almadı. «Millilər» tərəfindən biznesi yaxud sadəcə həyat və azadlığı əvəzinə olan-qalanı əlindən alınan zərərdidələrin böyük əksəriyyəti belə vəziyyət qarşılığında ədalətə nail ola bilmədilər.

«Vahid milli hərəkat» faktiki olaraq öz cəzasızlığından həzz alaraq, hakimiyyəti gücsüzlükdə, ölkəni idarə edə bilməməkdə suçlayırdı. Tamamilə aydındır ki, ölkədə buna inananlar və «Vahid milli hərəkat»-ın onların gələcəyini indiki hakimiyyətdən daha yaxşı təmin edəcəyinə inananlar tapıldı.

Bu insanları merkantil – mənfəətpərəst maraqlar naminə yüksək mənəvi prinsipləri qurban verməkdə suçlamaq qətiyyən olmaz. Cəmiyyət elə təşkil olunmalıdır ki, insan qarşısında belə seçim durmasın, cəmiyyətin bu cür quruluşu üçün isə tam surətdə iqtidar cavab verir.

«Gürcü arzusu – Demokratik Gürcüstan» seçkilərdə inamlı qələbə qazandı, amma hadisələrin qərəzsiz təhlili belə bir paradoksal nəticəyə səbəb ola bilər:

«Gürcü arzusu»-nun qələbəsinin təşkilatçısı və ilham mənbəyi, ona qələbə gətirmiş əsas amil «Vahid milli hərəkat»-dır

Şübhə etməmək olar ki, əgər «Gürcü arzusu» lehinə səs verənlərin xeyli böyük bir hissəsi nəinki onların xeyrinə, əslində «Vahid milli hərəkat»ın əleyhinə səs vermişlər, belə ki, bütün çatışmazlıqlarına baxmayaraq «Gürcü arzusu» «Vahid milli hərəkat»ın hakimiyyətə qayıtmasına yol verməməyə yeganə real qüvvə olaraq qalır.

Bu gün məsələ ondan ibarətdir ki, bu əsas kozuru sonsuzluğa qədər oynamaq mümkün olacaqmı?

İş elə gətirdi ki, məhz «Vahid milli hərəkat» şəklindəki bədheybət, hakimiyyət partiyasının asan qələbəsini təmin etmiş oldu, ancaq elektoratın əhval-ruhiyyəsinin dinamikası diqqətli və ehtiyatlı olmağı lazım bilir. Şübhə etməmək olar ki, əgər «Gürcü arzusu» yenidən seçkiqabağı vədlərin xeyli hissəsini yerinə iyetirməməyə yol verərsə, onun siyasi gələcəyi son dərəcə ciddi sual altında olacaq.

Seçkilər daha bir maraqlı tendensiya göstərdi ki, bu, ayrıca bir söhbətin mövzusu olmağa layiqdir. Bu, Respublika partiyasının tam iflasıdır. O, «Gürcü arzusu» ilə yanaşı, «Millilər»-in diktaturasını devirməyə nail olan seçki blokuna daxil idi. «Respublikaçılar»ın hakim koalisiyasında bir neçə nazir vəzifələri var idi, özü də Tinatin Xidaşeli ən mühüm vəzifələrdən birini – Gürcüstanın müdafiə naziri, onun həyat yoldaşı David Usupaşvili isə – parlamentin spikeri vəzifəsini tuturdu.

Qərbpərəst kurs seçən «Gürcü arzusu»nda respublikaçılar ən ifrat və fanatik «qərbçilər» idi. Bütün bunlar o qədər ciddi idi ki, hətta həmkarları ilə münaqişələr doğururdu. Sonra onlar hakim koalisiyanın tərkibindən çıxaraq seçkilərə müstəqil getməyi üstün tutdular.

Onların acınacaqlı nəticəsi – cəmi 1,55 % – hətta 5 faizlik baryeri belə keçmək imkanı vermədi. Görünür, elə bu cür nəticə siyasi elitanın rəy və səylərinin gürcü xalqının fikir və arzuları ilə nə dərəcədə üst-üstə düşməməcinin ən yaxşı illüstrasiyasıdır.

İrakli Çxeidze, xüsusi olaraq Dalma News-üçün