Zaqafqaziyada yaşadıqları çoxəsrlik tarix ərzində regionun xalqları xeyli qarşılıqlı inciklik və iddialarla (çox vaxt əsassız) yanaşı, iqtisadiyyat və mədəniyyət sahəsində xeyli pozitiv potensial toplamışlar.

Sovet ittifaqının süqutundan sonra birinci plana çıxan ziddiyyətlər erməni, gürcü və azərbaycanlıların mürəkkəb həyat reallıqlarını indiyədək müəyyənləşdirməkdədir.

Qarşılıqlı əlaqələr paradiqmasında yaranmış ağır postovet münaqişələri digər səbəblərdən əlavə, həm də bu gün etimad tədbirlərinin möhkəmləndirilməsi ilə əlaqədar mexanizmlərin işləməməsi xalqların bir-birinu daha yaxşı tanıyıb başa düşə bilməsi üçün səraitin olmamasına görə demək olar ki, həlledilməz görünür. Bu çox vaxt ona görə baş verir ki, gənc nəslin tərbiyəsində “düşmən qonşu” obrazının yaradılması mühün elementlərdən birinə dönmüşdür.

Tbilisi həmisə çoxmillətli dost şəhər olmuşdur
Tbilisi həmisə çoxmillətli dost şəhər olmuşdur

Bu ənənə yenidir, millətçilik heç vaxt keçmiş Sovet ittifaqı xalqlarının həyatının xarakterik cəhəti olmamışdır, əksinə, rəsmi ideologiya beynəlmiləlçilik idi. Ancaq Sovet ittifaqı çökəndən sonra, necə deyərlər saatın əqrəbi əks istiqamətdə, həm də o dərəcədə güclü getməyə başladı ki, bu, keçmiş zamanları xatırlayanlarda çaşqınlıq yaratdı. Əvvəllər öz millətinin bütün başqa millətlərdən üstün olmasından ucadan danışmaq, öz milli mənşəilə açıq şəkildə qürrələnmək ədəbsizlik hesab olunurdu (hərçənd doğma xalqın nailiyyətlərilə fəxr etməyə heç kim mane olmurdu). Müxtəlif millətlərdən olan adamlar bir-birlərini yaxşı tanıyırdılar: sovet ordusunda xidmət, “böyük kommunizm tikintiləri”, rəngarəng və çoxsaylı umumittifaq gənclər idman-sağlamlıq düşərgələri, toplanışlar və s. Bir sözlə, Sovet ittifaqı vətəndaşlarının bir-birini tanıması (deməli, həm də basa düşməsi) üçün çoxlu imkanları var idi.

“Neftçilər şəhəri”-dost Bakı.
“Neftçilər şəhəri”-dost Bakı.

Bu gün hər şey basqadır. Yeni sərhədlər nəinki keçmiş “qardaş respublikaları”, həmçinin onların vətəndaşlarını da ayirmişdır. 25-30 yaslı erməni və azərbaycanlılar əgər uzun müddət öz ölkələrindən kənara çixmırlarsa, demək olar ki, ömürlərində bircə dəfə də “düşmən millətin” nümayəndəsini görmüş ölmurlar. Belə şəraitdə qarşıdurma ideologiyası felən ciddi alternativə malik deyil. Kədərli numunələr çoxdur, onlar hamıya məlumdur.
Ancaq qeyd etmək lazımdır ki, məzmun “nifrət dərəcəsi” və millətçi təblığatın istiqaməti tamamilə carı xarici siyasət konyunkturadan asılıdır.

Məsələn, Azərbaycan tərəfi bəzən qonşu İrana münasibətdə sərt çıxışlara yol verir. Ermənilər iki ölkənin qarşılıqlı münasibətlərini nümunəvi kimi təqdim edərək belə çıxışlardan ehtiyat edirlər, halbuki, erməni və farsların min illərlik qonşuluq tarixində elə dövrlər olmuşdur ki, onları istəsən belə ideal adlandırmaq mümkün deyil. Ancaq tərəflər bu haqda xatırlamamağı üstün tuturlar, çunki onlar üçün mövcud iqtisadi-ticarət əlaqələri daha sərfəlidir. Elə bu səbəblərə görə nə Tbilisi, nə də Yerevan ermənilərlə məskunlaşmış gürcü regionu mübahisəli Samtsxe-Cavaheti problemini heç vaxt ön plana çıxarmırlar.

Belə reallıqlar inamla deməyə imkan verir ki, gənc nəsllərin şüurunu zəhərləyən zərərli və təhlükəli milli vakxanaliyaya yalnız qarşılıqlı faydalı əlaqələr, bundan iyirmi ildən artıq əvvəlki qarşılıqlı münasibətlərin bərpası qalib gələ bilər.Bu isə yalnız Cənubu Qafqaz ölkələrinin həm birlikdə, həm də ayrı-ayrılıqda Rusiya və İranla dialoq və təmasların genişlənməsinə yol tapmağa başladıqları halda mümküdür. Belə dialoq üçün meydança Ermənistanın artıq üzvü olduğu Avroasiya iqtisadi birliyi (AAİB) ola bilər. Məlum oduğu kimi, həm Bakı həm də Tehran bu inteqrasiya birliyilə təmasların dərinləşməsinə maraq göstərilər. Növbə daha müəkkəb vəziyyətdə olan Tbilisinindir ki, bu onun Aİ ilə assosiativ sazişi ilə bağlı olması ilə əlaqədardır. Ancaq buna baxmayaraq, gürcü tərəfi son zamanlar özünün hazırda Ankara və Bakı istiqamətində bir çox cəhətdən qapalı iqtisadi-ticarət əlaqələrinin genislənmə və diversifikasiyasının zəruriliyindən getdikcə daha tez-tez danışır.

İstisna etmək olmaz ki, Rusiya-Türkiyə münasibətlərində gərginliyin kəskin surətdə artması ilə əlaqədar son hadisələr Cənubi Qafqazda birləşdirici proseslərı müəyyən dərəcədə sürətləndirməyə qadirdir. Hər üç Qafqazyanı ölkə ictimaiyyəti əmin olmuşdur ki, getdikcə radikal islama daha çox yuvarlanan, bədnam “İslam dövləti” ilə az qala açıq əməkdaşlıq edən, arxadan xain zərbələrə qadir Türkiyəni heç bir vəchlə etibarlı tərəfkeş kimi qəbul etmək olmaz. Yeri gəlmışkən, türk rəhbərliyinin ideologiyası, onun əvvəlcə məlum “Müsəlman qardaşlar” hərəkatı ilə six əlaqələri, nəhayət, islamın sünni qolunun təcrübənin göstərdiyi kimi, vəhhabilik və onun “əməli” törəməsi – terrorizm üçün münbit zəmin olduğu nəzərə alınsa bu, heç də təəccüb doğurmur. Bu fonda şiə İranı özünü daha mötədil, başlıcası isə daha etibarlı tərəfkeş kimi təqdim edir.

Qonaqpərvər və mehriban Yerevan
Qonaqpərvər və mehriban Yerevan

Rusiya- Zaqafqaziya ölkələri- İran” birliyi baş tutarsa, onun təkcə region xalqları deyil, həmçinin bütün Yaxın və Orta Şərq xalqlarının həyatını müəyyənləşdirən fundamental amil ola biləcəyi təsəvvür edilir. Belə olan halda millətçilik təbliğatının güclənməsinin süqutu baş verər – biznes üzrə partnyorları danlamaq mənasız və tamamilə uzaqgörməzlik olar. Beləliklə, hazırki tamamilə qeyri-təbii, hadisələrin suni surətdə quraşdirilmiş vəziyyətinə son qoyular və gənc nəsl nəhayət özü üçün qarşılıqlı anlaşma, tanıma və əməkdaşlığın geniş üfüqlərini aça bilər.

Anara Vəliyeva, publisist, Tbilisi