Krımın birləşdirilməsi və Ukraynada müharibədən sonra Rusiya Avropanın çoxsaylı sanksiyaları ilə üzləşdi. Bu sanksiyalar Rusiya dövlətinin ayrı-ayrı simalarına, eləcə də Rusiyanın xarici dövlətlərlə ikitərəfli münasibətlərinə toxundu.

Buna cavab olaraq prezident Putin ABŞ, Aİ ölkələrinə, Kanada, Norveç və Avstraliyaya qarşı “ərzaq sanksiyası” tətbiq etdi. Bu sanksiyalara müvafiq olaraq adıçəkilən ölkələrdən müxtəlif malların və qida məhsullarının gətirilməsi qadağan edilirdi.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, cavab sanksiyalarının tətbiqinə qədər bu ölkələrin Rusiyaya idxalında payı 31,3% (948 milyon dollar) ibarət idi. Cavab sanksiyalarından bu kateqoriyada ən çox Polşa (258 milyon dollar), İspaniya (181 milyon dollar), ABŞ (təxminən 124 milyon dolar) və Yunanıstan (103 milyon dollar) zərər çəkdi.

Rusiyaya tədarük isə əksinə, Türkiyəyə 263 milyon dollar, Çinə 121 milyon dollar, Azərbaycana təxminən 66 milyon dollar və Serbiyaya təxminən 64 milyon dollar qazandırdı.