Müasir dünyada, sosial şəbəkələrin bumu dövründə demək olar ki, hər bir ikinci şəxsin necə deyərlər, internet toruna düşdüyü, 3D-dən 7D-dək kinoteatrların mövcudluğu şəraitində bəzən nəsə yaxşı tanış, ürəyə yaxın, sakit, həm də zəngin emosional bir şey istəyirsən. Bütün bu keyfiyyətləri teatr özündə birləşdirir. Dalma News Azərbaycanın məşhur teatr və kino aktyoru Oleq Əmirbəyovla müsahibə təqdim edir ki, o, teatr sənətinin tarixi, eləcə də müasir reallıqlar şəraitində teatrın necə dirçəlib yaşaya bilməsi haqqında çox maraqlı sözhbətlər açacaq.

Oleq, müsahibəni Azərbaycan teatrının tarixinə qısa bir экскурсdаn başlamaq istərdim…

Azərbaycan teatrı maraqlı tarixə və şanlı ənənələrə malikdir. Əgər tarixə müraciət etsək, görərik ki, Azərbaycanda hələ çox əsrlər əvvəl küçə teatrı elementləri geniş yayılmışdı. Məsələn, Novruz Bayramı qeyd edildiyi zaman «Kosa-kosa» oyunu mühüm element — əsl teatr örnəyi idi. Oyunda süjet, dram elementləri vardı, həmçinin maska geymiş aktyorlar iştirak edirdilər.

Müasir milli Azərbaycan teatrının yaranma tarixi XIX əsrin ikinci yarısından, Azərbaycan dramaturqu, görkəmli mütəfəkkir və filosofu Mirzə Fətəli Axundovun komediyalarının tamaşaya qoyulmasından başlayır. Azərbaycan dilində ilk professional teatr tamaşası 10 mart 1873-cü ildə «Lənkəran xanının vəziri» pyesi əsasında nümayiş etdirilmişdir. Real məktəb şagirdlərinin oynadıqları bu ilk həvəskar tamaşaları milli teatrın işə salınması istiqamətində qüdrətli təkana dönmüşdü.

Русский драмтеатр в Баку
Bakıda Rus dram teatrı

1908-ci ildə Azərbaycanda və bütün Müsəlman Şərqində ilk opera —Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» operası səhnəyə qoyulmuşdu. Ümumiyyətlə, Azərbaycanda teatr sənəti dövlət teatrları sisteminin yaradıldığı XX əsr ərzində SSRİ-nin süqutundan sonra da saxlanılan fəal inkişaf tapır. Gənc Tamaşaçılar teatrı (rusca —ТЮЗ-«Театр Юных зрителей» adldnırdı) , Musiqili teatr, Milli akademik və mənim çalışdığım Rus dram teatrı və bir çox başqalarının əsası qoyulmuşdu.

Rus Teatrının doğum tarixi Dövlət Azad Satir-Аqittеаtrının açıldığı 20 dekabr 1920-ci il sayılır. Sonrakı illərdə o, bir neçə dəfə dəyişir, 1956-cı ildən isə Səməd Vurğun adına Rus Dram teatrı adlanaraq görkəmli Azərbaycan yazıçı və şairinin adını daşıyır.

Mən belə başa düşürəm ki, Azərbaycanda o illər teatr sənətini sevirmişlər. Bəs bu sahədəki vəziyyət bu gün nə yerdədir?

Azərbaycanda teatrı əlbəttə ki, sevirlər. Rus teatrına gəlincə, bizdə potensial tamaşaçı ilə problem yoxdur. Axı, bütün Zaqafqaziyada ən böyük rus diasporu bu gün Azərbaycanda yaşayır, burda xeyli çox rusdilli vətəndaş var. Ancaq bizim teatra yalnız rusdilli vətəndaşlar gəlmir, bizim tamaşaçıların arasında çox tez-tez rus dilinin onlar üçün ana dili olmadığı tamaşaçıları da görmək olar. Mənim fikrimcə, burda qəribə bir şey yoxdur. Biz hər bir tamaşaçıya şadıq.

Bilavasitə sizin rus dram teatrında vəziyyət necədir? Qastrol səfərlərinə tez-tezmi gedirsiniz?

Bəli. Qastrol fəaliyyəti olmadan teatr düzgün deyil və qəribədir. Вiz, əsasən, MDB ölkələri, Gürcüstan və yaxın xarici ölkələrdə oluruq. Qastrollar respublika Mədəniyyət və turizm nazirliyinin dəstəyi ilə Azərbaycanın mədəniyyət günləri çərçivəsində keçirilir. Həmçinin, Rusiya Federasiyası mədəniyyət nazirliyinin qastrol fəaliyyətinə federal dəstək mərkəzi də kömək göstərir. Müxtəlif teatr festivallarında iştirak edirik. Burada əsas — göstərmək üçün nəyinsə olmasıdır: əgər yaxşı tamaşalar varsa, qastrollar dа olacaq.

Труппа русского драмтеатра в Баку
Rus dram teatrının truppası Bakıda

Maliyyələşdirmə yetərincədirmi? Azərbaycanda aktyorlar necə yaşayırlar?

Maliyyələşdirilmə məsələsi mənim səlahiyyətlərim xaricindədir,amma necə deyərlər, açıq mənbələrdən məlum olanlar haqqında danışa bilərəm. Teatrlar bu gün tam dövlət müavinətində deyil. Məsələn,bütün kommunal xidmətləri teatr özü ödəyir. Büdcədən bizə əmək haqqı fondu ayrılır. Bu, təəssüf ki, ağrılı mövzudur, belə ki, bizdə əmək haqları çox aşağıdır. Onlar istehlak səbətinin qiymətindən də aşağıdır və bununla nəsə etmək lazımdır, axı, keyfiyyətli iş üçün adamlarda maddi motivasiya olmalıdır. Əks təqdirdə, insanlar teatrda öz işinə getdikcə bir növ əyləncə kimi yanaşacaqlar. Bu tendensiya artıq müşahidə olunur, yeri gəlmişkən, sanki — karaokeyə gedirsən.

Yeni başlayan aktyorlara nə məsləhət verərdiniz?

Məsləhət? Mən, ümumiyyətlə, məsləhət verməyi sevmirəm. Əgər teatrsız yaşaya bilmirsənsə, teatra getmək zəruridir. Əgər əksinə, teatrsız yaşaya bilirsənsə – yaxşısı budur, başqa bir işlə məşğul olasan…

Siz nə üçün bu yolu seçmisiniz?

Düşünürəm ki, mənim bu «seçimim» bir növ əvvəlcədən, erkən müəyyənləşmişdi. Mənim valideynlərim — Arnold Хаrçenko və Rita Əmirbəyova əməkdar artistlərdir, mən uşaqlıqdan teatrdayam, səhnəyə ilk dəfə 10 yaşında çıxmışam. Belə ki, burada teatr virusu ilə yoluxmamaq çətin idi (gülür…). Və mən özümü digər sahələrdəki işlərə nə qədər hazırlamağa çalışsam da, tale onsuz da məni səhnəyə gətirib çıxaracaqdı. Mən peşman deyiləm.

Siz ölkədə məşhur şəxsiyyətsiniz. Sizi milyonlar tanıyır. Bu Sizə kömək edirmi?

Mən heç vaxt məni nə qədər insanın tanıması üzərində düşünmürəm. Bəli, əlbəttə, mənə xoşdur ki, məni həm teatrdaki işimə, həm də televiziya fəaliyyətimə görə tanıyırlar.

Mən, əsasən, ictimai nəqliyyatdan istifadə edirəm və metroda kimsə uzun müddət təəccüblə sənə baxırsa — razılaşın ki, bu o qədər də xoş deyil.

Bu mənə necə kömək edir? Bilmirəm, növbələrdə mən irəli keçməyə cəhd göstərmirəm (gülür). Mən elə hamı kimi bir vətəndaşam, sadəcə, məni TV ilə göstərirlər, bir başqasını isə yox. Lakin bu, heç nəyi dəyişmir.

Azərbaycan teatrının gələcəyi varmı?

Gələcək çox hallarda indikindən asılıdır. Əgər bu gün biz teatrı canlandırıb onu məşhur, nüfuzlu, eləcə də dəbli edə və gələcək nəsillərə məhz belə verə biləriksə, onda gələcək də yaxşı olacaq. Ancaq bunun üzərində işləmək lazımdır.

Bu gün ölkədə, təəssüf ki, eyni zamanda həm kommersiya, həm də yaradıcılıq baxımından uğurlu teatr nümunəsi yoxdur.Mən Moskvada Vaxtanqov adına teatr üzrə ekskursiyada olmuşam ki, onu bizim — teatr forumu iştirakçıları üçün teatrın direktoru Kirrill Krok aparmışdı. Ondan sonra biz — MDB ölkələrindən olan teatr xadimləri heyrətə gəlmişdik: «Kaş bizdə də belə olayrdı». Axı, əslində, problemlər hər yerdə ümumidir. Ümid etmək qalır ki, vəziyyət düzəlməyə başlayacaq. Ancaq bu, özü-özlüyündə baş verməyəcək. Bunda iştirak etməyə və əlimdən gələnlə köməklik göstərməyə hazıram.

Артист театра и кино Олег Амирбеков
Teatr və kino artisti Oleq Əmirbəyov

Azərbaycan rus dram teatrı yaşamaq uğrunda hansı yollardan istifadə edir?

Əslində, bu, əvvəlki cavabın davamıdır. İndi heç bir reklam olmadan, sosial şəbəkələrdə auditoriya ilə iş aparmadan hər hansı bir təşkilatın fəaliyyətini təsəvvür etmək mümkün deyil. Köhnə üsulla işləmək artıq alınmır və mümkün də deyil. Sosial şəbəkələrdə bizim sayt və səhifələrimiz var, lakin onların imkanlarından tam istifadə edilmir. Həm də bununla professionallar— piarçı-reklamçılar, yaradıcı menecerlər məşğul olmalıdırlar. Digər tərəfdən isə, hansı peşəkar reklamçı belə maaşla işləyər? Odur ki, burda sistem xarakterli problemlər var ki, teatr onları təklikdə həll edə bilməz. Əlbəttə, biz zamanla ayaqlaşmağa çalışırıq, amma yuxarıda qeyd etdiyim elə şeylər var ki, onlar prosesi necə deyərlər, tormozlayır. İstərdim ki, teatr mövcudluq xətrinə deyil, tam həyatı ilə yaşasın. Biz hələ ki, şükürlər olsun, necə deyərlər sadəcə, mövcud ola bilmək vəziyyətinə düşməmişik, amma aşağı yuvarlanmaq riski həmişə var və onun qarşısını almaq lazımdır.

Teatrda hansı çəkiliş və ya tamaşalar sizin xatirinizdə daha çox qalıb və nəyə görə?

Yəqin ki, ən birinci tamaşa. Mənim 10 yaşım var idi. Mən səhnəyə necə çıxdığımı və tamaşaçı zalının açıq kosmosuna bu çıxışın məni necə heyrətləndirdiyi yadımdadır.

Gəlin təsəvvür edək ki, müasir dünyada heç bir teatr yoxdur. Rəssamlıq, musiqi, heykəltəraşlıq, və siyasət var, teatr isə yox. Dünya başqamı olardı? Bəs insanlar? Bəs siz kim olardınız?

Dahi Volterin sözlərini bir qədər başqa təbirdə desək: «Əgər teatr olmasaydı, onu uydurmaq, icad etmək lazım idi». Axı, tarixin fellərdə olduğu kimi, lazım və ya vacib forması yoxdur.Odur ki,teatr olmasaydı nə olacağını demək çətindir. Mən bir şeyə əminəm — teatrsız həyat yəqin ki, belə maraqlı olmazdı…

Söhbəti Nicat Hacıyev apardı