2015-ci ilin sonunda neftin qiymətlərinin düşməsi və manatın devalvasiyasından sonra Azərbaycan iqtisadiyyatı yavaş-yavaş dirçəlməyə başlayır. Və hərçənd bir sıra ekspertlər vəziyyətin yaxşılaşmasını neftin qiymətinin artması ilə bağlayırlar, bununla belə sabitləşməyə gətirib çıxaran başqa səbəblər də var.

İqtisadi inkişafa dair

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika günü münasibətilə təşkil olunmuş rəsmi qəbuldaki çıxışı zamanı bildirmişdir ki, respublikanın iqtisadi inkişafı barədə danışmaq hələ tezdir.

“Hələlik milli iqtisadiyyat tənəzzül dövrünü yaşayır və bu da təbiidir. Lakin bu, insanların gündəlik həyatında öz əksini heç cür tapmamalıdır. Əminəm ki, sabitlik artıq yaxınlaşır yə makroiqtisadi göstəricilər yaxşılaşaq. Bu il əksər neft-qaz ölkələrinin maaş və pensiyaları kəsməsinə, ödənişləri dayandırmaşına baxmayaraq, biz maaş və pensiyaları 10 faiz artırmışıq. Lakin hələ görüləsi işlər çoxdur”,- deyə prezident bildirmişdir.

Dövlət başçısı, həmçinin qeyd etmişdir ki, iqtisadiyyatın şaxələndirilməsi, eyni zamanda, xarici bazarlardan maliyyə resurslarının cəlb edilməsi üçün ölkənin kifayət qədər maliyyə resursları vardır.

“Azərbaycan qısa müddətdə “Cənub qaz dəhlizi” üçün dünya bazarlarından $1 mlrd cəlb etmişdir. Bu nədən xəbər verir? Xarici investorların bizə kifayət qədər böyük etimadından! Əgər $2 milyard istəsəydik, götürə bilərdik. Bizdə belə imkanlar var, ona görə ki, bizim xarici borcumuz aşağı, maliyyə vəziyyəti və valyuta ehtiyatları isə yüksək səviyyədədir “,-deyə prezident vurğulamışdır.

Dövlət başçısı bildirib ki, bu ilin sonunadək Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi gözlənilir: “Azərbaycan bütün öhdəliklərini yerinə yetirmişdir. Məndə olan məlumata görə, bu ilin sonuna qədər yol açılacaq. Hal-hazırda artıq müvafiq tərəflər — yükgöndərənlərlə danışıqlar aparılır. Əminəm ki, Asiyadan Avropaya aparan bu ən qıca yol çox tezliklə istifadəyə veriləcək və Azərbaycana böyük fayda gətirəcək”- deyə o bildirmişdir.

Maliyyə aktivliyi

Uzun illər ərzində əhali arasında da ilk dəfə maliyyə fəaliyyəti müşahidə olunmağa başlanmışdır. Bank sahəsi bir tərəfdən tədricən əhalinin kreditləşdirilməsinin bərpasına, digər tərəfdən isə əvvəllər ixtisara düşmüş əməkdaşları qaytarmağa başlamışdır. Və bu bank sahəsində yaxşılaşmadan xəbər verir.

Belə müsbət tendensiyalar son vaxtlar digər sahələrdə də müşahidə olunmaqdadır. Məsələn, Azersun, Gilan və s. kimi iri holdinqlər də əməkdaşların ştatlarının bərpasına başlamışdır.

İqtisadçı Fuad Əlizadənin sözlərincə, Azərbaycanda son vaxtlar iqtisadi vəziyyət sabitləşir. Və söz təkcə maliyyə bazarından deyil, həm də aqrar sektora bəslədiyimiz mühüm ümidlərdən gedir.

Alizade“Əlbəttə, xarici investisiyalar barədə danışarkən, diqqəti ilk növbədə irimiqyaslı investisiya layihələri üzərində cəmləşdirməyə dəyər. Və bu məsələdə xarici investorlar Cənub qaz dəhlizi çərçivəsində neft-qaz sektorundaki investisiyalar üzrə öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirirlər. Bu günlər BP şirkəti karbohidrogen ehtiyatlarının axtarışını davam etdirmək qərarına gəlsə də, , neft bazarında vəziyyət hələ əlverişlilikdən uzaqdır “, – deyə Əlizadə Dalma Newsın müxbiri ilə söhbətində bildirmişdir.

İqtisadçı həmçinin əlavə edib ki, qeyri-neft sektoruna xarici investisiya konkret investisiya təklifləri üzrə getməlidir. “İntəhası neçə ki, özəlləşdirmə planı açılmayıb və hansı müəssisələrin nümayiş olunacağı müəyyən deyil, xarici investorların Azərbaycan iqtisadiyyatına resurslar qoyma qətiyyəti haqqında danışmağa dəyməz”, – deyə o bildirmişdir.

Manatın qaytarılması

İki kəskin devalvasiyadan sonra əhalinin Azərbaycanın milli valyutasına etimadı xeyli aşağı düşmüşdür. Manatın növbəti devalvasiyasından qorunmaq üçün pulu dollara çevirib saxlamağa üstünlük verirlər.

Amma son göstəricilərdən məlum olduğu kimi, manat öz mövqeyini bərpa etməyə başlamış və təxminən bir dollar üçün 1,65 dən 1,49 həddinə çatmışdır ki, bu da iqtisadçılar arasında müzakirə mövzusuna dönmüşdür. Bəziləri manatın məzənnəsinin Mərkəzi bankın siyasəti nəticəsində süni şəkildə, bəziləri isə neftin qiymətinin artması hesabına möhkəmləndiyini hesab edirlər.

“Bu, manatın AR-nın Mərkəzi bankı tərəfindən tənzimlənən süni sabitliyidir. Son devalvasiya günündən Azərbaycanda ÜDM 4,5% enmiş, neftin qiyməti aşağı düşür, lakin bununla belə manat sabit olaraq qalır. Bu, Azərbaycan iqtisadiyyatına çox ziyan vurur. Elə təsəvvür yaranır ki, Azərbaycanda iqtisadiyyat və bank sistemi iki düşərgəyə bölünmüş və hər biri ayrı-ayrı siyasət aparır”, – deyə bununla əlaqədar Azərbaycan iqtisadiyyat nazirının müavini Oqtay Haqverdiyev bildirmişdir.

AxverdievO, həmçinin əlavə etmişdir ki, milli valyutanın süni tənzimlənməsi kreditləri məhdudlaşdırır, halbuki, heç bir dünya iqtisadiyyatı bunlarsız inkişaf edə bilməz. “Bunlar hamısı qarşılıqlı iqtisadi proseslərdir və əgər bu mexanizmlər arasında tam ahəng olmasa, iqtisadiyyatın inkişafından söz gedə bilməz. Azərbaycanda ilk növbədə, valyuta sisteminin işini ölkə iqtisadiyyatının özü ilə koordinatlaşdırmaq lazımdır “, – deyə Haqverdiyev “Azərbaycan xəbərləri” agentliyinə bildirmişdir.

Eyni zamanda manatın müşahidə edilən möhkəmlənməsinə baxmayaraq, ərzaq məhsullarının qiymətləri, eləcə də digər idxal olunan mallar milli valyutanın kursu ilə ayaqlaşmır, odur ki, manatın möhkəmlənməsindən əhalinin həyat səviyyəsi əslində yüksəlmir.

Neftə bədbin proqnozlar

Son zamanlar neft bazarında müəyyən sabitlik müşahidə olunur və hətta belə bir ümid yaranıb ki, qiymətlər qalxaraq $60-70 səviyyəsində möhkəmlənəcək. Hərçənd qeyd etmək lazımdır ki, ABŞ və bir sıra digər neft hasil edən ölkələrin hasilatının aşağı düşməsi OPEK ölkələrindəki hasilat hesabına əvəz olunub ödəniləcək.

İqtisadçı Fikrət Məmmədov hesab edir ki, bu gün neftin qiymətinin artmasının bir sıra səbəbləri var.

Mamedov“Əvvəla, indi Kanadada yanğınlar baş verir və neft ehtiyatları olan rayonlar yanır. Hasilat dayandırılmışdır. İkincisi, Nigeriyada üsyançılar beynəlxalq neft terminalını ələ keçirmiş və neft təchizatı dayandırılmışdır, Nigeriyada həmçinin qazma boru kəmərini zədələmiş və buna görə gündə əlavə 600 000 barel neft hasilatı da dayandırılmışdır.

Yenə orada — Nigeriyada Bonq yatağının infrastrukturu partladılmış, Şlyumberjer və Halliberton xidmət şirkətləri borclara görə Nigeriya və Venesueladan getmiş və odur ki, neft quyularına xidmət, həmçinin yenilərini qazmaq üçün heç bir avadanlıq və texnologiyalar yoxdur. Və siz istəyirsiz ki, o, belə sürətlə qiymətdən düşsün? Təchizatın belə pozulması halında?”, – deyə Dalma News eksperti vurğulamışdır.

Məmmədov əlavə etmişdir ki, 28 dollardan 46 dollara yüksəliş (yuxarıda göstərilən hadisələr baş verməzdən əvvəl ) — sırf spekulyativ bazar hiyləgərlıyidir. “Məsələn, ABŞ-da gündə 9 milyon barel istehsal edirlərsə, Şərqi Texas Neftinin ticarət həcmi hasilat həcmindən 100 dəfə artıqdır. Lakin bu qısamüddətli əməliyyatdır, ona görə ki, neft istehsalçıları öz proqnozlaşdırdiqları hasilatın yalnız 36% – ini qeyri-sabit bazar qiymələrindən sığortalaya bilmişlər, halbuki keçən il bu rəqəm 50% – dən çox idi. Əgər qiymətlər bundan sonra da qalxarsa, istehsalçılar nəinki böyük həcmdə hasilatı sığortalayıb xilas edəcək, həmçinin balansı düzəltmək üçün faktiki olaraq hasilatı artıracaqdır”, — deyə o vurğulayıb.

Məmmədov, həmçinin bildirib ki, hətta əgər Kanada, Nigeriya, Küveyt və Venesuela amilləri nəzərə alınmasa belə, OPEK ölkələri bütün dünyada gündə 32.64 milyon barel neft çıxarır, halbuki, tarixdə cari ilin yanvar ayında maksimal hasilatı 32.65 milyon barel qeydə alınmışdır.
“Yuxarıda qeyd edilən ölkələr – Nigeriya və Kanada bir ay ərzində, Küveyt iyulda, Venesuela isə inqilabdan sonra bazara qayıdanda, təklif tələbatdan nəzərəçarpacaq dərəcədə çox olacaq”, – deyə o bildirmişdir.

P.S. Sonda qeyd etmək lazımdır ki, hazırda ölkədə iqtisadi durumun sabitləşməsinə baxmayaraq , Azərbaycan iqtisadiyyatının vəziyyəti ağır olaraq qalmaqdadır. Bu mərhələdə hökumətin həyata keçirdiyi iqtisadi islahatlar hələlik lazımi nəticələr verməmişdir, çünki yeni qaydalara uyğunlaşma mərhələsi hələ başa çatmamışdır.

Bu gün dövlətin qarşısında duran digər mühüm məqsəd isə, keyfiyyətli ixracyönümlü yerli istehsalın yaradılmasıdır.

Amma ümidverici amillər də vardır. Dövlət turizm sahəsinin inkişafına böyük diqqət yetirir, bunun üçün dünyanın bütün dövlətləri ilə viza rejimini asanlaşdırır. Və Azərbaycana gələn turistlər bilavasitə yerindəcə viza ala bilərlər. Bu sahədə artıq indi hökumətin ilk uğurlarını qeyd etmək olar ki, Rusiya və ərəb dövlətlərindən çox sayda turist axını bunun göstəricisidir.

Qeyd etmək lazımdır ki, tezliklə Azərbaycan Cənub qaz dəhlizilə ilk qaz ixracına başlayacaq ki, bu da ölkənin gəlirlərini artıracaq. Boru kəməri Türkmənistan və İran qazı üçün də tranzit olacaq.

Azərbaycan, həmçinin “İpək yolu İqtisadi zonası” və “Şimal-Cənub” dəmir yolu layihəsinin köməyilə öz tranzit imkanlarının inkişafına çalışır.

Azərbaycan hökuməti bir sıra mühüm layihələr həyata keçirir ki, onlar yaxın 3-4 il ərzində öz nəticələrini verməlidir. Bu isə Azərbaycan iqtisadiyyatının işıqlı gələcəyə malik olmasından xəbər verir.

Hazırlayanı Nicat Hacıyev