İsrailin Terrorla Mübarizə Qərargahı sentyabrın 13-də yəhudilərin “Yeni il”indən başlayaraq oktyabrın 5-də Sukkot ilə başa çatan payız bayramları ərəfəsində xarici səfərlərə gedən israillilərə növbəti xəbərdarlığını edib.

Qərargahın məlumatında qeyd olunur ki, bütün xəbərdarlıqlar dəqiq, etibarlı kəşfiyyat məlumatlarına əsaslanır və özündə real təhlükəni əks etdirir.

Xəbərdarlıq 27 ölkəyə aiddir. Ümumilikdə israillilərə dünyanın 193 ölkəsindən 41-nə getmək tövsiyə edilmir və ya qadağan olunur.

Azərbaycan, Nigeriya, Keniya və Türkiyədə israillilər üçün daimi potensial təhlükə səviyyəsi qalmaqdadır. Yüksək təhlükə səviyyəsi Şərqi Seneqalda, Əlcəzair, Cibuti, Mavritaniya, Tunisdə müşahidə edilir.

Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, İordaniya, Küveyt, Misir və Qətər isə “Mövcud təhlükə səviyyəsi” olan ölkələr siyahısına daxil edilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here