Sаratоv sakini, etnik azərbaycanlı Aydan Məmmədova videobloqerlər mühitində böyük uğur və sürətlə populyarlıq əldə etməkdədir. Rusiyada onu ilk müsəlman-videobloqer adlandırırlar və Aydan məhz bu statusla müasir müsəlman qadınlar haqqında bütün stereotipləri darmadağın edərək öz məqsədinə doğru irəliləyir. Özünün «Müsəlman blogu» YouTub- kanalında Aydan abonentlərin suallarına cavab verir, ən mühüm və incə mövzulara toxunaraq, müsəlmanların həyatının pozitiv səhivələrini göstərir. Bu barədə və öz vətəni ilə əlaqələri haqda Dalma Newsə müsahibəsində Aydan Məmmədova söz açmışdır.

Aydan, siz Rusiyada ilk müsəlman-videobloqersiniz, öz videoblogunuzu aparmaq ideyası ağlınıza necə gəldi?

Bu sualı mənə tez-tez verirlər və mən artıq dəfələrlə bildirmişəm ki, mən heç də Rusiyada ilk müsəlman- videobloqer deyiləm, ancaq görünür, mən məhz islam haqqında ilk danışanlardan olduğum üçün bunu mənə şamil edirlər. Mənə qədər rusdilli müsəlman -bloqçular var idi, amma onlar islam mövzusuna toxunmamış, daha çox LifeStyle mövzusunda danışmışlar. Əlbəttə, haqlı da olmasa, bu adı mənə çıxırlar.

16976759_10212032874154829_164220952_n

Blog yaratmaq ideyasının özü başımda uzun müddətdən bəri yetişməkdə idi. Mən müxtəlif xarici bloqçulara baxırdım ki, prinsipcə, onlar da islam haqqında az danışırdılar. Qərara gəldim ki, lap başlanğıcda Rusiya tamaşaçısı üçün islamın nə olduğunu öyrənmək daha aktual olar. Bizim tamaşaçıya əvvəlcə mənim niyə hicab geyməyimi, bunun nə üçün lazım olduğunu izah etmək lazımdır. Mən həmçinin belə bir fikrə gəldim ki, Rusiyada heç də hər bir qızın ona islam haqqında danışan rəfiqəsi yoxdur və heç də hər bir insan başında yaylıq olan qıza yanaşıb özünü maraqlandıran suallarla ona müraciət edə bilməz. Odur ki, mən qərara aldım ki, internetin köməyi ilə hər şeyi sadə və anlaşıqlı formada danışa bilən həmin rəfiqə yaxud insan ola bilərəm. Bu gün hər bir insana bir çox sualların cavabını çatdırmaq üçün bütün imkanlar — virtual olsa da, insanlara yol tapıb müsəlmanlar haqqında stereotipləri qırmaq imkanı vardır.

Öz blogunuzda siz hansı mövzulara toxunursuz?

Başlanğıcda bu bir növ «adsız», ifadə cəhətdən zəif mövzular idi. Onlarda bir şəxsiyyət kimi minimum mən, və maksimum — müsəlman qadın var idi. Mən daha çox islam haqqında danışırır və adamların suallarını cavablandırırdım. Sonralar, artıq auditoriya toplaşan zaman adamlar mənim şəxsiyyətimlə maraqlanmağa başladılar, ona görə də mən VLOG-a nəsə şəxsi bir şey də gətirməyi qərara aldım. Əslində, mən hər şeydən söz açıram. Bir çoxları hesab edir ki, mən artıq islam haqqında danışmağa son qoymuşam, amma, bu belə deyil. Mən, sadəcə olaraq, onun haqqında üstüörtülü— öz həyatım vasitəsilə danışmağa başladım. Mənim hər hansı bir videomda gizli bir məna var ki, mən onu açıqlamıram, ancaq ordan aydın olur ki, müsəlman olan qadın harasa çıxıb vaxtını rəfiqələrilə, adaxlısı və ya əri ilə əyləncəli keçirə bilər. Bu, heç də mütləq, guya müsəlman qadının evdə oturub piroq bişirməsi və həyatda heç bir sevinc görməməsinə dair stereotip video deyil. Bütün video müxtəlif mövzulara toxunur: özünə qulluq, din, həyatda hansısa mübahisəli məqamlar və s. Ancaq bizim bütün buraxılışların heç də həmişə açıq-aydın oxunmayan, ancaq özündən sonra hansısa təm qoyan gizli bir mənası var.

17006143_10212032875354859_2110705931_n

Elə mövzular varmı ki, siz onlara toxunmaq istərdiniz, lakin cürət etmirsiniz?

Şübhəsiz. Bu o mövzulardır ki, teoloqların özləri indiyədək sona qədər araşdırıb ortaq mövqeyə gələ bilməmişlər. Mən dini təhsili olmayan adam kimi, bəzən bu mövzulara toxunmağa ehtiyat edirəm. Bir də təcrübəli kütlənin reaksiyasından qorxuram, ona görə ki, adi vətəndaşların fikirləri bu və ya digər səbəbə görə tez-tez bir-birindən fərqlənir. Buna nümunə mənim Yeni il bayramının artıq hansısa bütpərəst deyil, dövlət bayramına dönməsi haqqında fikir söylədiyim Təzə ilin qeyq edildiyi verilişə reaksiya ola bilər. Əslində, mən şəxsi fikrimi bildirməmiş, yalnız Moskva imamı Şamil Əlyəddinovun sözlərini dilimə gətirmişdim.

Sizin abonentlər arasında böyük mübahisələr doğuran buraxışlar olubmu?

Bəli, elə Yeni il haqqındaki buraxılış insanları iki düşərgəyə parçalayaraq coşqun reaksiyaya səbəb oldu. Bu video emosiyalar fırtınasına səbəb oldu kı, ondan sonra bir çoxları mənim mövqeyimi başa düşüb qəbul etməyərək kanalımdan imtina etdilər. Mən nəticə çıxartdım ki, belə mövzulardan ehtiyatlanmaq lazımdır, axı, bu, mənim üçün də çox böyük stress idi. Mənə şayiələr gəlib çatdı ki, fotoşəkillərim «Ehtiyatlı olun! O, yanlış yola təhrik edir!» imzası ilə sosial şəbəkələrdə müxtəlif qruplar arasında yayılmaqdadır. Əlbəttə, sən xoş niyyətlə çalışıb, əvəzində yalnız mühakimə və qınamalara layiq görüldüyün zaman bu, son dərəcə xoşagəlməz bir hal olur.

16976349_10212032875234856_2021063174_n

Siz milliyyətcə azərbaycanlısınız, videobloqda öz mədəniyyətiniz haqqında danışırsınızmı?

Bəli, əlbəttə, mən bu mövzuya tez-tez toxunuram. Mən adaxlanan zaman abunəçilərdə bizim milli mədəniyyətimizə maraq doğdu, çünki bu, dini mərasimdən daha çox milli mərasim idi. Mən Azərbaycanda bütün bunların necə keçirilməsinə dair xüsusi buraxılışlar hazırladım ki, bu da tamaşaçılarda böyük maraq doğurdu. Verlişlərin birində dedim ki, hər gün hər hansı yeni bir resept mənimsəməyə başlamaq istərdim. Bundan sonra demək olar ki, abunəçilər mənə milli Azərbaycan yeməkləri və onların hazırlanma üsulları haqqında danışmaq xahişlərini yağdırmağa başladılar .

Azərbaycan mövzusuna mən yetərincə tez-tez toxunur, bəzən hətta azərbaycanca da danışıram. Bir çox azərbaycanlı blogerlərin öz milliyətini heç vaxt xatırlatmaması, bu mövzudan yan keçməsi mənə qəribə gəlir. Mən Azərbaycanla əlaqə saxlamağa və öz köklərimi itirməməyə çalışıram. Mən Azərbaycanı sevirəm.

Azərbaycan mədəniyyəti Sizin hər hansı verlişlərinizdə islamla kəsişirmi?

Bax, elə nigah mərasminə həsr olunmuş verilişdə milli adət-ənənələrin dini qayda-qanunlarla üst-üstə düşməsindən söz gedir. Bir çox abunəçilər başa düşməmişlər ki, necə olmuşdur ki, biz hətta nigahdan sonra belə birlikdə yaşamırıq.

Siz bu yaxınlarda nişanlanmış və artıq toya hazırlaşırsınız. Adaxlınız və qohumlar sizin getdikcə yüksələn populyarlığınıza necə yanaşırlar?

Nişanlımın özü buna tamamilə normal yanaşır, onun tərəfindən heç bir qadağa qoyulmur. Əksinə, o, tez-tez məni dəstəkləyir, ideyalar irəli sürür, ürək-dirək verib ruhlandırır. Qohumlar isə mənə bir şey demirlər, ancaq mən ümid edirəm ki, onlar mənimlə fəxr edirlər.

Azərbaycan olduqca dünyəvi ölkədir, lakin siz özünüz həmçinin dünyəvi olan Rusiyada yaşayırsınız. Siz islama aludə olub hicab geyməyə necə cəsarət etdiniz?

O zaman mənim qarşımda ətrafdakilərin buna necə münasibət göstərəcəkləri, soydaşlarım və qohumlarımın hansı reaksiya verəcəkləriı məsələsi durmurdu. Çox güman ki, yalnız valideynlərimin reaksiya məsələsi dayanırdı. Lakin mən əmin idim ki, hər şey yaxşı olacaq və qərara gəldim. Bu mənim üçün hansısa həyəcan, yaşanma tarixi deyildi. Bu anda mən, sadəcə olaraq, başqa şey haqqında düşünürdüm.

Öz blogunuzda siz islam, onun qanun-qaydaları haqqında söz açırsınız. Yəqin ki, sizin əleyhdarlarınız və xeykerləriniz də var ki, onlar Sizinlə tez-tez sözləşirlər. Belə insanlara münasibətiniz necədir?

Mən başa düşürəm ki, heç də hamıya xoş gələ bilmərəm. Mənim nöqteyi-nəzərimlə bölüşməyən, hansısa təcavüzə yol verən adamlar həmişə olacaq. Mən həmişə onlara çox dözümlə yanaşmış və blogun mövcudluğunun ilk günündən heç bir şərhi, hətta pislərini belə silməməyi bir qayda kimi gəbul etmişəm. Hətta tənqid mənə xoşagəlməz olsa belə, o silinməyəcək. Allahı və ya Peyğəmbəri (Əleyhissalam) təhqir edən şərhlər istisna təşkil edir. Ancaq mənim özümə aid hər bir fikrin olmaq yeri var. Pis şərhlərlə yanaşı, yaxşıları da var və ki,onlar mənə güc verib ruhlandırır.

16976389_10212032874554839_609928798_n

Sizə nəinki azərbaycanlılar, həm də müxtəlif millət və etiqadlardan olanlar da yazılmışlar. Onların arasında elələri olubmu ki, sizin kanala baxandan sonra islam haqqında daha çox öyrənərək, ona olan münasibətini dəyişmiş olsun?

Şərhlərə istinadən, bəli, belə insanlar var. Hətta dindən uzaq insanlar da mənə minnətdarlıq sözləri yazırlar. Deyirlər ki, mənə baxaraq, onlar inanmaq və sevmək istəyirlər.

İndi YouTubda sizin demək olar ki, 130 min abonentiniz var, siz hər hansı məsuliyyət yükü hiss edirsinizmi?

Mən onu lap əvvəldən hiss edirdim, çünki başa düşürdüm ki, mənim nümunəmdə din və ümumiyyətlə müsəlman qadınları haqqında rəy və münasibət bildirirlər. Əlbəttə, mən bunu hiss edirəm. Və əbəs yerə demirlər ki: «Sən — öz ailənin siması, sən — öz millətinin siması, sən— öz dininin simasısan». Amma mən hardasa səhv edə biləcəyimi və bütün qalan müsəlman qadınlar haqqında mənim timsalımda mühakimə sürüdülə biləcəyini düşünərək, lovğalanmamaq və özümü qorxutmamaq üçün çalışıram ki, bu barədə tez-tez fikirləşməyim.

Söhbəti Leyli Xəlilova apardı