Prezident İlham Əliyevin gələn ay Rusiyaya səfəri gözlənilir. ANS PRESS-in məlumatına görə, İlham Əliyev Qurban bayramı ərəfəsində Moskvada Avropanın ən böyük məscidinin açılışına dəvət edilib.

Bildirilir ki, sentyabrın 23-də baş tutacaq məscidin açılışında Rusiya prezidenti Vladimir Putin, dünyanın dini liderləri, müsəlman ölkələrin prezidentləri iştirak edəcək.

Belə ki, Avropanın ən böyük məscidinin açılışına Azərbaycan, Türkiyə, Fələstin, İordaniya, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, İran və Özbəkistan prezidentləri dəvət edilib.

Bundan başqa açılışda yüksək səviyyəli nümayəndə heyətləri də iştirak edəcək.