23 yaşlı gürcü rəssamı Levan Sonqulaşvilinin “Meduza” əsəri cari il oktyabrın sonunda Nyu-Yorkda keçiriləcək nüfuzlu Sotheby’s dünya auksionunda sərgiləşəcək.

Levan Sonqulaşvilinin özünə gəlincə, o, Tbilisi rəssamlıq akademiyasının məzunudur. O, 2014-cü ildə müvəffəqiyyətlə Endi Uorholun əsasını qoyduğu Nyu-York akademiyasına daxil olmuşdur ki, orda 30000 dollar həcmində qranta layiq görülmüşdür. Levan Sonqulaşvili həmçinin, Gürcüstan təhsil və mədəniyyət nazirliyinin prioritet kimi tanıdığı birinci gürcü tələbəsidir. Qeyd edək ki, Nyu-York akademiyasında keçirdiyi on ay gənc gürcü istedadı üçün uğurlu olmuşdur. Levan elə bu təhsil müəssisəsində xüsusi təqaüdçü seçilərək ona 7000 dollar təqdim edilmişdir. Levan Sonqulaşvili bütün il boyu Nyu-Yorkun müxtəlif yaradıcılıq layihə və sərgilərində fəal iştirak etmişdir. 2014-cü ilin sonunda o, Amerika, Avropa və Asiya rəssamları arasında ”Portrait Scholarship Award 2015” versiyası üzrə 10000 dollar məbləğində baş prizin sahibi olmuşdur. Əvvəllər heç bir gürcü rəssamına belə priz verilməmişdir.
“Mən Avropa magistraturasında təhsil almaq yaxud Amerikaya yollanmaq istəyirdim, ancaq Avropa haqqında daha çox düşünürdüm, çünki Avropa mədəniyyəti Gürcüstana daha yaxındır. Digər tərəfdən məni Nyu-York akademiyası maraqlandırdı və mən öz gücümü yoxlamaq və portfolio göndərmək qərarına gəldim. Bir xeyli rəssam müsbət cavab almaq ümidilə öz portfoliosunu illərlə ora göndərir. Xüsusi komissiya mənim işlərimi qiymətləndirdi və məni vaxtından əvvəl xəbərdar etdi” – deyə Levan Sonqulaşvili qeyd edir.
Rəssam xatırlayır ki, qrafika üslubunun incəliklərini o hələ Tbilisi rəssamlıq akademiyasında dərk etməyə başlamışdı. Artıq Nyu-Yorkda Levan rənglərlə işləməyə başladı. Gənc yaradıcı üçün materiya böyük rol oynamır. O, portret yaradarkən insanın fiziki görkəmilə deyil, daxili aləmilə maraqlanır. Onun özü etiraf edir ki, adamların görkəminin prizmasına daxil olur. Odur ki, onun yaratdığı portretlər seriyası ekzistensial tematika kəsb edir. Bu, insanın mövcudluğu və mahiyyətinin ümumiləşmiş mövzularının simvolik səciyyə daşıdığı portretlərdir.
Levanın işləri məşhur adamların şəxsi kolleksiyalarında populyarlıq kəsb edir. ” Deck The Wall”in hər ilki ekzpozisiyalarında rəssamın şəkilləri böyük müvəffəqiyyətə malikdir. 2015-ci ilin yazında tanınmış Amerika rəssamı Ceff Kuns müxtəlif ölkələrdən olan yüzlərlə müraciətçi arasında məhz Levanı secmiş və özünüm Manxettendəki kompaniyasının layihəsi üzərində işi ona təklif etmişdir.

Sonqulaşvili üçün məşhur incəsənət auksion evləri, “New York Times”, “Art in America”, “Wall Street Journal” “New Yorker” kimi nəşr redaktorları, incəsənət tənqidçiləri, rəssam və Hollivud aktyorlarının iştirak etdikləri “Tribeca Ball 2015”əyləncə qecəsi az əhəmiyyət kəsb etməmişdi. Qonaqlar gürcü rəssamınin studiyasına baş çəkmişlər ki, bu da onun daha çox tanınmasına müsbət təsir göstərmişdir. Studiyanın qonaqlarından biri Levanın rəsmlərindən birini əldə etmək istəyən Amerika aktrisası Bruk Şilds olmuş, ancaq şəkil bir qədər əvvəl Amerika art-kolleksionerinə qismət olmuşdur. Levanın özünün sözlərincə, “Tribeca Ball” onunla faydalı olmuşdur ki, bir neçə gün sonra ona Yapon kolleksionerlərindən də sifarişlər daxil olmuşdur. Beləliklə, əldə olan razılaşmalara görə, onun rəsmləri həm Nyu-York, həm də Tokio sərgilərində nümayiş etdiriləcək.
Levanın iişlərilə həmçinin alman kolleksionerləri də maraqlanmışlar ki, onlar gənc rəssamı Münxenə dəvət etmişlər. Münxendə o, «Obaga» teatrında olduğu iki ay ərzində “Yozef və qardaşları” tamaşasını formalaşdırmışdır. Rəssam Almaniyada olarkən müasir tarixin mühüm yerlərilə tanış olmuşdur. Levanın sözlərincə, belə yerlərdən biri Dahaudaki birinci həbs düşərgəsi idi ki, orda rəssam dərin faciə sarsıntısı yaşamışdır. Qayıdandan sonra o, öz sarsıntılarını kətan üzərinə köçürmüşdür.
Gələcək planlarından danışan Levan Sonqulaşvili özünün çoxlu təklifi olduğunu bildirmişdir. Belə ki, məşhur amerikalı musiqici, Nyu-Orleanın mühüm fiqurlarından biri Şennon Martin Levana öz işlərinin caz vətənində nümayişinin təşkilini təklif etmişdir. Gürcü rəssamına fərdi sərgisinin təşkilinə dəstəyini həmçinin Nyu-Yorkun “Çelsi” qalereyası da təklif etmişdir ki, o, artıq yaxın gələcəkdə öz işlərinə baxışı təşkil etməyə razılıq vermişdir.