Gürcü kəndi Nikozidə animasiya filmləri festivalı keçiriləcək ki, orda müxtəlif beynəlxalq festivallarda qalib gələn filmlər təqdim olunacaq. Təqdirəlayiqdir ki, sentyabrın 1-6-sında Nikoziyə həmçinin qalib müəlliflər də gələcəklər.

Xeyli beynəlxalq animasiya festivalları, o cümlədən Drezden, Suzdal, Leyptsiq festivalları, həmçinin animasion studiyalar və Avropa kinoakademiyası Nikozi festivalı ilə dostlaşmışlar.

Gürcüstan milli kino mərkəzində “ Dalma News ”ə bildirmişlər ki, festival ABŞ, Polşa və Yaponiyanin Gürcustandaki səfirliklərinin dəstəyilə keçirilir.Hər il Nikoziyə tanınmış animatorlar beynəlxalq festival rəhbərləri təşrif buyurur və özlərilə Gürcustana qələbə çalmış layihələri gətirirlər.

“Bütun bunlar artıq beynəlxalq standartlara cavab verən festivalın keyfiyyətini xeyli yüksəltmişdir”,- deyə Kinomərkəzdə vurğulamışlar.