2012-ci  ilin  oktyabrında  keçirilən  parlament  seçkilərinin  yekunları  üzrə  Gürcüstanda  “Gürcü  arzusu” müxalif  koalisiyasının  hakimiyyətə  qəldiyi  andan  düz  üç  il  ötmüşdür. O, vaxt  xalq  eks-prezident  Mixail  Saakaşvilinin  hakim  “Vahid  milli  hərəkat” partiyasının  məğlubiyyətınə  sevinclə  yanaşdı. Tbilisi  küçələrində  təntənə  ilə  şütüyən  maşın  kolonlarının  sərnişinləri  “Arzular”ın  bayraqlarını  yelləyirdilər.  Hakim  “Gürcü  arzusu” koalisiyisının  şturvalı  arxasında  daha  sonra  ölkənin  baş  naziri  olan  biznesmen  Bidzina  İvanişvili  dururdu. O  vaxt  o  öz  seçicilərinə  vəd  etmişdi  ki, bu  vəzivəni  2013-cü  ilin  prezident  seçkilərindən  dərhal  sonra – Saakaşvili  və  onun  partiyası  öz səlahiyyətlərini  üzərlərindən  götürən vaxt  tərk  edəcək.  Bu, belə  də  oldu. Eks-prezident  M. Saakaşvili  və  onun  komandasından  olan  bir  çoxları  ölkəni  tərk  etdilər, qalanlara  qarşı  isə  bugünədək  məhkəmə  araşdırmaları  aparılır.  Bütun  bunlar  yetərincə  tədqiq  olunmuş  mövzu  olduğundan  biz  onun  üzərində  təfsilatı  ilə  dayanmayacağıq.

“Gürcü  arzusu” üçün  “Milli  hərəkat”ın  irsı  gözləniləndən  daha  ağır  oldu. Elə  o  zaman  ölkədə  mövcud  olan  xeyli  problem  üzə  çıxmağa  başladı.  Öz  növbəsində  ana  təbiət  də “Arzuya” rəhm  etmədi, onlar  birlikdə  çox  faciəvi  anlar  yaşamalı  oldular. Təkcə  elə  iyunun  14-nə  keçən  gecə  Tiflisdəki  faciəli  hadisələri  xatırlamaq  kifayətdir ki,  “Vere” çayının  seli  nəticəsində  evlər və yollar  dağılmış,  adamlar  və  Tbilisi  zooparkı  heyvanlarının  50%-dən  çoxu  həlak  olmuşdu. Həmin  təbii  fəlakətin  vurduğu  ziyan ölkəyə  100 mln  lariyə  başa  gəldi. Bir  neçə  vaxt  sonra  qaz  sızması  nəticəsində  Tbilisinin  iri  bir  rayonunda  yaşayış  binarından  birində  partlayış  baş  vermişdi  ki, nəticədə  bina  qismən  dağılmaqla yanaşı  insan  tələfatı  da  olmuşdu.

Bütün  bunlarla  bahəm, milli  valyuta  larınin  kursunun  katastrofik surətdə  qiymətdən  düşməsi  baş  verdi. Bu  proses  ölkə  iqtisadiyyatının  durumuna  təsir  göstərdi, xarici  investisiyaların  artımı  səngidi. Kaxeti  fermerləri  hökumətın  üzüm  üçün  təklif  etdiyi  qiymətlərə  narazılıqları  və  məhsulun  yığım  vaxtını  ləngiməklə  vəziyyəti  daha  da  mürəkkəbləşdirdilər. Onlardan  bəziləri  tələblər  yerinə  yetirilməzsə  üzüm  bağlarını  doğramaqla  hədələyirdilər. Üş  il  ərzində  ölkə  rəhbərliyində  mühüm  kadr  dəyişiklikləri  baş  vermişdi, ancaq  “Gürcü  arzusu”nun  kadr siyasəti  özünü  o  qədər  də  uğurla  göstərə  bilmədi. Bir  sözlə, “Arzu”  hökumətinin  üç  ili  yetərincə  problematik  keçdi. İntəhası, yuxarıda  bütün  sayılanlara  baxmayaraq,  müsbət dəyişikliklərın  yoxluğunu demək  olmaz.

Gürcü  eksperti  Soso  Tsiskarişvilinin  fikrincə, buğünki  Gürcüstan  hökümətinin  kadr  siyasəti  onların  ən  böyük “məqlubiyyətidir”. Onun  qənaətinə  görə, lap  əvvəldən  başa  düşmək  olardı  ki, yeni  ölkə  hökumətinin  bizə  dediyi  bümün  o “arzular” çin  ola  bilməzdi.  Hərçənd,  digər  tərəfdən  Tsiskarişvili  ölkədə  hüquqi  subyekt  kimi  insanın  birinci  dərəcəli  dəyər  olmasına  dair  məsələnin  həllinin  məhz  “gürcü  arzusunun” xidməti  olduğunu  hesab  edir. “Humanizm  nöqteyi  nəzərindən  yeni  hökümət  əvvəlkindən  üstündür, ancaq  biz  bir  daha  əmin  oluruq  ki, ən  yaxşı,  hələ  yaxşı  demək  deyil. Humanizmin  yaranmasına  biz  o  faktı  da  göstərə  bilərik  ki, Gürcüstan  məhbusların  sayina  görə  artıq  Avropa  rekordsmeni  deyil”,- deyə  ekspert “Dalma  News”ə eksklüziv  musahibəsində  bildirmişdir.

3-cü  yubileylə  əlaqədar  Yuxarıda  xatırlanan  mənfiliklərə  baxmayaraq,  hakim  koalisiyanın  sıralarında  bayram  əhval-ruhiyyəsi  hökm  sürür. Belə  ki, Gürcüstan  parlamentinin  sədri  David  Usupaşvilinin  sözlərincə, bu  üç  il  onun  üçün  üç  gün  kimi  keçmiş, gələcək  gördillik  isə  daha  məhsuldar  olacaq. “Mən  sizi  bu  münasibətlə  təbrik  edir  və  əmin  edirəm  ki, gələcəkdə  bizi  daha   yaxşı  şeylər  gözləyir”,- deyə  Usupaşvili  jurnalistlərə  müsahibəsində  bildirmişdir.

Gürcüstan  baş  nazirinin  1-ci  müavini, enerji  naziri  Kaxi  Kaladzenin  mövqei   belədir:  “Oktyabrın  biri  Gürcüstanın  ən  yeni  tarixinə  qızıl  hərflərlə  yazılacaq… Həmin gün  gürcü  xalqı  Saakaşvili  və  onun  komandasının  qanlı  rejiminə  qalib  gəlmişdir”.  Kaladzenin  sözlərincə,  ötən  üç  il  ərzində  koalisiya  əhaliyə  seçkiqabağı  vədlərin  realizəsi  çərçivəsində önəmli  çox  şey  etmişdir.

Daha  bir  ekspert, Tornike  Şaraşenidze  Gürcüstan  vətəndaşlarının  1 oktyabr  2012-ci  il  seçimini  ölkədəki  vəziyyəti  daha  yaxşı  istiqamətə  yönəltmək  arzusundan  irəli  gələn  emosional  seçım  hesab  edir. O, həmçinin  ümidvar  olduğunu  bildirmişdir  ki, əhali  2016-cı  ilin  qarşıdaki  parlament  seçkilərinə  həmin  təcrübəni  nəzərə  alaraq  yanaşacaq, siyasətçilər  isə  “yalan” vədlərdən  imtina  edəcəklər. “Hazirki  hakimiyyət  öz  sələflərinin  ünvanına  ittihamlara  meylli  idi. Elə  ki, onlar  oz  ünvanlarına  məzəmmət  aldılar, dərhal  ötən  9 il  ərzində (M. Saakaşvili  hökümətinin  idarəciliyi  dövründə – red.) ölkədə  bundan  betərinin  baş  verdiyini  xatırlatmışlar. Və  bu  çox  kədərlidir”,- deyə  Şaraşenidze  vurğulayır.

Hazırki  hakimiyyətin  uğurlarından  söz  açan  ekspert  etiraf  edir  ki, məhkəmə  sistemindəki  vəziyyət  qaydasına  düşmüşdür, o, həmçinin  bu  dəyişikliklərin  ölkənin  dövlət  büdcəsinə  ağır  yük  təşkil  etməsinə  baxmayaraq,  sahiyyə  sahəsindəki  islahatları  müsbət  qiymətləndirir.

Gürcüstan  hökümətinin  bayram  əhval  ruhiyyəsinə  müdafiə  naziri  Tinatin  Xidaşvili  də  şərik  çıxmışdır  ki,  özünün  Facebook  sosial  şəbəkəsindəki  səhifəsində  o, ölkə  əhalisinə  müraciət  dərc  etmişdir. “Bu  gün  Gürcüstan  öz  tarixi  yerinə  həmişəkindən  daha  yaxındır. Bu  gün  bız  Avroatlantik  inteqrasiya  yoluna  daha  möhkəm  addımla  daxil  oluruq.  Bu  gün  söz  azadlığı  və  insan  seçimi  dövlət  zorakılığından  yaxşı  müdafiə  olunmuşdur”,- deyə  nazir  Xidaşvili  əlavə  edir  ki, ölkədə  həmişə  olduğu  kimi  problemlər  çoxdur, ancaq  vətəndaşlar  nisbətən  yaxşı  ölkədə  yaşayırlar.

Ekspert  Soso  Tsiskarişviliyə  qayıdaraq  qeyd  edək  ki, o, ölkənin  hakim  dairələrinin  bayramsayağı  ovqatları  ilə  bölüşmür  və  bunu  belə  halın  onun  üçün  qeyri-səmimi  ola  biləcəyilə  izah edur. Bunula  belə, o, hesab  edir  ki, məhz  2012-ci  ildə  nəhayət,  çoxdan  gozlənilən  an  çatmişdir  ki, o, Gürcüstanın  “kardinal  yaxşılamasına  doğru  qüdrətli  addım” kimi  tanınmışdır.