Hindistan Rusiya və Ukrayna, Qazaxıstan və Azərbaycan da daxil olmaqla, MDB ölkələrinə ildə 200-220 milyon kiloqram çay istehsal edir.

Qeyd edək ki, Hindistanın çay istehsalçıları Rusiya və MDB ölkələrinə tədarükü artırmaq niyyətindədirlər.

Bu barədə Hindistan çay istehsalçıları Assosiasiyasının (Indian Tea Association) sədr müavini Azam Monem məlumat verib.

“Biz tədarükü yalnız Rusiyaya artırmaq niyyətində deyilik. Məqsədimiz MDB regionunda iştirakı gücləndirməkdir”, – Monem “Economic Times” nəşrinə bildirib.

Xatırladaq ki, bu ilin son 6 ayı ərzində Hindistan çayının ixracı 9% azalaraq 88,94 milyon kiloqram olub. Keçən ilin anoloji dövründə isə bu göstərici 97,67 milyon kiloqram idi.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here