© Sputnik / Murad Orujov

Azərbaycanda metro və avtobuslarda gedişin qiymət artımı cəmiyyətin hiddətinə səbəb olmuşdur. Sosial şəbəkələrdə müzakirələr səngimək bilmir.

Xatırladaq ki, iyulun lap sonunda Tarif (Qiymət şurasının) iclasında sərnişin daşımalarının yeni xidmət tarifləri təsdiq edilmişdir. Gediş 50% bahalaşmışdır.

Avqustun 1-dən etibarən metropolitendə bir gedişin dəyəri 0,2 manat əvəzinə 0,3 manat, şəhərdaxili avtobus marşrutlarında bir gediş haqqı — 0,3 manat, şəhərlər və qəsəbələrarası marşrutlarda məsafədən asılı olaraq— 0,3 manatdan 0,9 manata qədər, şəhərlərarası müntəzəm avtobus marşrutlarından istifadə haqqı isə, bir kilometr üçün 2,4 qəpik təşkil edir.

Əlbəttə, digər xidmətlər də dərhal bahalaşmışdır ki, ölkə hakimiyyəti bunu avtobus parkının təzələnməsi və işlək vəziyyətdə saxlanılması, xidmət səviyyəsinin daim yüksəldilməsi, nəqliyyat vasitələrinin və onlara ehtiyat hissələrinin idxal zəruriyyəti, sərnişin daşımalarında nağdsız hesablaşmalar sisteminin genişləndirilməsi, metropolitenin dövlət büdcəsindən asılılığını endirmək məqsədi ilə izah etməyə çalışmşılar.

Tarif şurası qeyd edir ki, avtobuslarda gediş tarifləri sonuncu dəfə 2007-ci ildə, metroda isə – 2011-ci ildə artmışdır. Lakin bu, avtobuslarda gediş qiymətlərinin artmasına əsasdırmı?

Teymur adlı bir sosial şəbəkə istifadəçisi bu barədə yazıb: «Əziz Azərbaycan sakinləri, gecələr çalışan və bizim qayğımıza qalan Tarif şurasına «təşəkkür» bildirməyi unutmayın . Və niyə səhər 4-də yox? Metro və avtobuslarda gediş qiymətləri qalxıb. Bu mövzuda AZ TV-dən xalqın necə «razı və minnətdar» olmasına dair gözəl reportaj gözləyirik.

Nicat adlı başqa istifadəçi qeyd edir: «Hə, necədir, 50%-ə hamını lap metropolitenin özünə lehimləmişlər? Xoşunuza gəldi?».

Hüseyn qeyd edir ki, 10 qəpik hələ heç vaxt belə giymətli olmamışdı (şəhərdaxili nəqliyyat məhz bu qədər bahalaşıb).

Vаhаb yazır: Biz ki, həmişə şikəstlərə,dəli-divanələrə, əlillərə kömək edirik… Hesab edin ki, bu eynilə belə bir yardımdır….Mən bunu nə üçün deyirəm? Ax hə, avtobus və metroda gediş bahalaşıb…(((((

Azərbaycanın tanınmış iqtisadçılarından biri olan Samir Əliyev bildirib ki, ümumiyyətlə, qiymətlərin gələcək artırılmasını gözləmək lazımdır.

Samir Əliyev

Azərbaycan seqmentinin sosial şəbəkə istifadəçilərinin ümumi fikri: yenə də bizim cibimizə girdilər. «Nəqliyyatın qiymətini 50% qaldırdılar. Nəyə görə? Enerji resurslarının qiymətimi qalxmışdır? Manatmı qiymətdən düşmüşdür?».

Zarema yazır ki, «vəziyyət boş mədələr və ac gözlərlə saatbasaat, anbaan ağırlaşır»…

Digər sosial şəbəkə istifadəçisi Teymur ağlına sığışdıra bilmir: «Ay insanlar nə baş verir, nəqliyyatın ardınca dərmanlar bahalaşdı. Bəs sonra nə olacaq? ».

Lakin hakimiyyət strukturları problem görmürlər. Belə ki, məsələn, «Bаkmеtrоpоlitеn» artıq bəyan edib ki, metroda bir sərnişinin daşınması 47 qəpiyə başa gəlir (yəni qiymətin 20 qəpikdən 30-a qaldırılması onları qane etmir)

Bununla belə «Bаkmеtrоpоlitеn» QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirmişdir ki, Azərbaycandaki mövcud tarif MDB ölkələri arasında ən aşağı olanıdır (sitat APA agentliyi üzrədir).

Bəxtiyar Məmmədov

«Metroda gediş haqqının dəyəri Belarusda 55 qəpik, Kiyevdə – 47-50 qəpikdir. Rusiyada isə — bir neçə dəfə baha. Hal-hazırda metroda ən aşağı gediş haqqı Azərbaycandadır. Qiymətlərin artırılmasından sonra «Bаkmеtrоpоlitеn» vaqon parkı yenidən qurulacaq, yeni stansiyaların tikintisi üzrə iş sürətlənəcək, bir sözlə,daha keyfiyyətli xidmət üçün bütün addımlar atılacaq»,— deyə B.Məmmədov bildirmişdir.

Bəxtiyar Məmmədov bircə kəlmə ilə belə əmək haqlarındaki fərq haqqında xatırlatmadı, halbuki Azərbaycanda o ciddi surətdə aşağıdır.

Metro və ictimai nəqliyyatda tariflərin qalxması ilə yanaşı, artıq Bakıdan regionlara avtobuslarla gediş haqqı da artmışdır.

Müntəzəm şəhərlərarası avtobus marşrutlarında gediş tarifi bir kilometr üçün 2,4 qəpik məbləğində təsdiq olunmuşdur. Və indi, məsələn, Zaqatala rayonuna səfərin dəyəri 10 manat təşkil edir (əvvəllər 6,70 manat).

Məsələn, Azər Аllahverənov kimi bəzi ekspertlər başa düşdülər ki, məsələ heç də təmiz deyil və problemlər yaranacağı mümkündür.

Azər Аllahverənov

«Bəli, əgər vətəndaşlar xidmət sahəsində müsbət dəyişikliklər hiss edərlərsə, onlar bu addımı (tariflərin artırılmasını) müsbət qiymətləndirərlər. Əks təqdirdə narazılıqlar qaçılmazdır», — deyə ekspert öz facebook səhifəsində yazmışdır.

Ancaq budur, Azərbaycan Milli Məclisinin deputatı Rüstəm Xəlilov Tarif Şurasının metro və avtobuslarda gediş dəyərini artırmaq qərarı haqqında fərqli şəkildə söz açmışdır.

Xəlilov yerli Ölkə.Az saytına müsahibəsində qeyd edib ki, bu qərara normal yanaşmaq lazımdır.

«Hər şeyi şouya çevirməyə dəyməz. Tarif Şurası vəziyyəti çox diqqətlə götür-qoy edəndən sonra müvafiq qərar qəbul etdi. Burda qeyri-adi heç nə yoxdur, bir çox digər ölkələrdə də elə bu cür qərarlar qəbul olunur»,- deyə millət vəkili bildirmişdir.

Öz növbəsində Dalma News ilə söhbətində Azərbaycanın Neft araşdırmaları mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Tarif şurası qiymətlərin artırılması haqqında qərar qəbul edərkən, heç nəyi əsaslandırmamışdır.

İlham Şaban

«Sadəcə olaraq yalnız digər ölkələrdəki vəziyyət təsvir olunmuş və buna görə də Azərbaycanda gediş haqqı artır. Ancaq bu ki, gülməlidir! Elə həmin ABŞ-da xidmət tarifləri vardır ki, çox-çox illər, məsələn, 15-20 ildir ki, dəyişmir. Müxtəlif ölkələrdə müxtəlif malların, məsələn, televizorların dəyərini müqayisə etmək – bu, qəribə bir yanaşmadır. Di gəlin, əmək haqqlarınıı müqayisə edək!», — deyə ekspert vurğulayır

İlham Şaban əmindir ki,ictimai nəqliyyatda gediş qiymətinin artımı iqtisadi cəhətdən əsassızdır: «Таrif şurasında hökumətdən olan adamlar əyləşmişlər, hərçənd orada bu və ya digər qərarı əsaslandıran ekspertlər olmalıdır və bu qərar cəmiyyətdə şübhə doğurmamalıdır».

Onun sözlərinə görə, heç bir ölkədə qiymətlər 50% artmamışdır. «2013-cü ildə futbol üzrə Konfederasiyalar Kubokunun keçirilməsi fonunda hakimiyyətin gediş haqlarını qaldırmağa cəhd göstərdiyi Braziliyanı xatırlamaq olar. O vaxt kütləvi etiraz aksiyaları baş vermişdi. Manifestcilər istədiklərinə nail olmuşdular.Ancaq axı, o zaman şəhər nəqliyyatında gediş-gəliş qiymətinin cəmi 5% artırılmasından söz gedirdi».

Azərbaycanın Tarif şurası deyir ki, biz qiymətləri son dəfə 2007-ci ildə qaldırmışıq. «Nə olsun ki? Azərbaycan bazar iqtisadiyyatı ölkəsidir. Əgər əsaslandırılmalar vardısa, qoy tarifləri daha əvvəl qaldıra idilər».

Qoy ictimai nəqliyyatda gediş məsələn, bugünkü 20 qəpik əvəzinə, 22 qəpiyə başa gəlsin. «Odur ki, bu zaman əsaslandırmaqla qiyməti də elə 2 qəpik qaldırmaq lazımdır. Və ödəmək də olar – kartlar var. Hər bir avtobusun isə validatoplarla təchiz olunmamasına gəlincə, bu, hökumətin problemidir.Bəs axı, səsləndirilən 44 milyardlıq ehtiyatlar müqabilində bunun üçün cəmi 10 milyon dollar lazımdır.

«Biz qiymətlərin dəfələrlə qaldırırlmasına öyrəşib adət etmişik . Elektrik enerjisinin bahalaşmasını xatırinizə salın . Таrif şurasında hətta iqtisadiyyatın əsaslarına nabələd insanlar əyləşmişlər. Əhali tərəfindən onlara etimad olmayacaq», — deyə müsahibimiz bildirir.

Onun sözlərinə görə, 90-cı illərdə Aİ bütün ölkələrə hökumətə tabe olmayan və yalnız parlament qarşısında hesabat verməli olan tənzimləyici orqan yaratmağı təklif etdi. Bu, az sayda əməkdaşa malik qurum olmalıdır.

«Tənzimləyicinin qərarı ilə razılaşmayan istənilən hər hansı istehlakçı – hüquqi və ya fiziki şəxs iqtisad məhkəməsinə müraciət edə bilər. Və artıq orada şərti «Tarif şurası»nın ekspertləri öz qərarlarının əsaslılığını sübut etməlidirlər.

Bizdə belə şey yoxdur. Əksinə, gecə kimin ağlına bir fikir gəlirsə, Tarif şurası onu bəyənir», — deyə müsahibimiz bildirdi.