Xalq  məsəlidir – geyərlər, əgər “Fasebook”da  akkauntunuz  varsa, sizə  təqvim  lazim  deyil – siz  onsuz  da  bütün  bayramlardan  xəbər  tutacaqsız. Tutalım, elə  Azərbaycanda  sentyabrın  24-25-də  qeyd  olunan  Qurban  bayramından.

Qurban  bayramı –  müsəlmanların  qurbankəsmə  bayramıdır  Onun  əsasında  Avraam  və  onun  Allaha  qurban  etmək  istədiyi  oğlu  İsaak  haqqında  hamıya  məlum  əfsanə  durur  ki, quya  o  vaxt  Allah  uşağı  heyvanla  əvəz  etməyi  buyurmuşdur.  Bu  əfsanə  bir  qədər  dəyişmiş  şəkildə  Quranda  da  öz  əksini  tapmiş  və  bütün  dünya  müsəlmanları  hər  il  öz  arzularının  yerinə  yetməsi  naminə  kimi  quzu, kimi isə, hətta  inək  qurban  kəsir.  Bir  qayda  olaraq  qurbanlıq  əti  ehtiyacı  olanlara, eləcə  də  qohum-qonşuya  paylayırlar.

Azərbaycan  kübar  ölkədir. Dövlət  dinə  hörmətlə  yanaşca  da, onun  Konstitusiyaya  təsir  göstərməməsinə  çalışır. Əyani  nümunə  kimi  lap  yaxınlarda – yeni  dərs  ilinin  başlanğıcında  Azərbaycan  məktəblərinin  birində  rəhbərliklə  məktəbli  qızın  valideynləri  arasında  onların  qızının  məktəbə  islam  qaydalarına  müvafiq  olaraq  hicabda  getməyini  israr  etmələri  üzündən  mubahisə  düşmüşdür. Bu  hadisə  heç də  birinci  və  axırıncı  deyil. Ancaq  bu, artıq  tamam  başqa  məsələdir, odur  ki, gəlin, sözün  hərfi  mənasında  qoyunlarımızın  yanına  qayıdaq.

Əksər  bakılılar  üçün  Qurban  bayramı  bir  neçə  əlavə  istirahət  qünüdür. Və  onlar  bu  mini-tətilləri  bir  qayda  olaraq Tiflisdə  keçirirlər, çünki  yaxın  və  ucuzdur. Bakıda isə artıq çoxdan  bizimkilərin  öz  müsəlman  bayramlarını  xristian  şəhərində  keçirib  günahsız  qurban  getmiş  quzuların  ruhunu şad  etmək  üçün  şərab  içməyi üstün  tutmaları  ətrafında  zarafat  edırlər… Bu  qəbildən  olanlara  yalnız  qibtə  etmək  olar, cünki  Rustaveli  prospektində  gəzərkən  onlar  Bakıda  qalıb  mübahisə  edənlər  və  bu  bayramın  nə  dərəcədə  humanist, müdrik  və  məqsədjönlü  olmasını  müzakirə  edərək  vaxtlarını  “öldürən”lərdən  uzaqda  qalmış  olurlar. Heyvan  müdafiəçiləri  Qurban  bayramını  soyqırımı  adlandırırlar.

Ateist  və  aqnostiklər  bu  bayramı  rus  üsyanı  kimi  mənasız  və  amansız, qurban  kəsənləri  isə  öz  günahlarını  quzuların  qanı  ilə  yumaga  cəhd  göstərən  riyakar  hesab  edirlər.

Dindar  adamlar  bir-birlərini  təbrik  edir, hər  cür  rifah  arzulayır  və  ümumiyyətlə  yüksək  əhval-ruhiyyədə  olub  bütün  qalanlara  təkəbbürlə  baxırlar.

Həm  dinə, həm  də  xırdabuynuzlu  heyvanlara  laqeyd  olanlar  isə  sadəcə  olaraq  özlərini  sosial  səbəkələrdə  təbrik  açıqca  və  şəkillərində  qeyd  etməməyi, sms  göndərməməyi  tapşırırlar…

Daha  bir  kiçik, ancaq  məzəli  məqam – öz  müştərilərinə  təbrik  sms-ləri  göndərməklə  hətta  islamla  ümumiyyətlə  çox  zəif  əlaqəsi  olanlar  da  daxil  olmaqla  bir çox  firmalar məşğuldur. Məsələn, “Ayıq  sürücü” xidməti.

Arayış  əvəzi:  islamda  içki  qadağandır, odur  ki, “Ayıq  sürücü”nun  daimi  müştərisi  çox  çətin  qanuna  sadiq  müsəlman  ola…

Ümumiyyətlə, müasir  Azərbaycanda  Qurban  bayramının  qeyd edilməsi bir növ yüngül, ancaq  aydın fars  təsiri bağışlayır.

Tutalım, elə onu qeyd edək ki, satışda qurbanlıq heyvanlar üçün gəlin gedən hind qızlarının ənənəvi bəzəklərinə  bənzər  xüsusi  geyimlər  peyda olmuşdur. Bəzədilmiş qoçlar yetərincə  qorxunc görünür ki, bu da bayramın əleyhinə  olanların əlinə daha  bir bəhanə vermiş olur.  Hərçənd … Uzun əsrlər boyu qeyd olunan dini bayrama nə qədər  qarşı çıxmaq mümkündür?  Odur ki, bu mübahisələr yalnız nəzəri səciyyə daşıyür – heç  kim üçqat  kübar olsa  belə  Azərbaycanı  Qurban  bayramından  imtina etməyə sövq etmir. Ancaq hər  halda  ictimaiyyətdəki etiraz və narazılıqlar  kifayət qədər böyükdür.

Veteranlar və Kənd təsərrüfatı nazirliyi  üçün bu hər şeydən savayı, əlavə başağrısı dövrüdür. Bu il həmişə olduğu kimi, müvafiq orqanlar qurbankəsmə  prosesinə ciddi sanitar nəzarəti   qoymuşdur.  Dövlət veterinar xidməti (DVX) heyvanları təkcə bazarlarda deyil, həmçinin bütün  digər satış məntəqələrində xüsusi  yoxlamaya məruz qoymuşlar. DVX-dən verilən məlumata  görə, satıcılar onların məhsulunun satışa icazə almasına dair veterinar sənədləri təqdim etməli idilər. Necə…?  Məgər bu, ümumiyyətlə məqbul və zəruri proses deyilmi?  Bəlkə, bizdə heyvanları yalnız böyük bayramlar zamanı yoxlayırlar…?

Bundan əlavə, DVX  mütəxəssisləri  həm bayram ərəfəsi, həm də bayram günlərində heyvanın kəsilişi və ətin satışı prosesində  iştirak  etməli idilər.

Reydlər nəticəsində  Bakının bəzi  hissələrində bir sıra pozuntular aşkar edilmişdir. Xüsusilə küçələrdə heyvanların özbaşına kəsilməsi problem yaratmışdır. Dövlət veterinar xidməti bu “özfəaliyyəti” dayandıraraq, onunla  məşğul olanları  cərimələmiş və  dezinfeksiya  aparmışdır.

Bayram başa çatmış, onunla birgə mübahisələr də səngimişdir, ancaq ictimaiyyətin bir hissəsinin dirçələn dindarlığı və Avropa həyat tərzinə can atan digər hissəsinin köhnə ənənələr və müasirlikləri arasındaki münaqişə isə özlüyündə qalmaqda davam edir… Xoşbəxtlikdən, hazırda bu münaqişə elə bir kəskin  səciyyə daşımır.