ABŞ prezidenti  Donald Trumpın  Yerusəlimin (Qüdsün) İsrailin paytaxtı kimi tanınması və Amerika səfirliyinin Təl-Əvivdən oraya  köçürülməsi haqqında  dekabrın 6-da qəbul etdiyi qalmaqallı qərarı bütün dünyada müsəlmanların kütləvi etirazlarına səbəb olmuşdur. İordan çayının Qərb sahili, Qəzza və Qüdsün bölgələrindəki iğtişaşlarda isə artıq  təxminən 1100 nəfər xəsarət almışdır. Və yəqin ki, bu, hələ son hədd deyildir. Axı, Тrамpın həmin qərarının qəbulundan bir neçə saat əvvəl Türkiyənin baş naziri Binalı Yıldırım öz koreyalı  həmkarı Li Nak Yonla  birgə  konfransı zamanı çıxış edərək məhz bu barədə xəbərdarlıq etmişdir. O vaxt Türkiyə hökuməti  başçısı açıq surətdə  göstərmişdi ki, Qüdsün  İsrailin paytaxtı kimi tanınması avtomatik olaraq dinlərarası qarşıdurmaya gətirib çıxara bilər ki, prinsipcə, biz indi məhz bunu müşahidə edirik.

Amerika liderinin qəbul etdiyi qərarla əlaqədar narahatlıq bildirən ölkələr sırasında Türkiyə ilə yanaşı, həmçinin Rusiya və Azərbaycan da durur. Тrамpın bəyanatının sonraki günü isə , Rusiya və Türkiyə prezidentləri Vladimir PutinRəcəb Tayyib  Ərdoğan telefon danışıqları apararaq belə bir fikir ifadə etmişlər ki, Yerusəlimin (Qüdsün) tanınması üzrə belə addımlar Yaxın Şərq sülh prosesinin perspektivləri üzərindən xətt çəkə bilər.

49831Bir qədər sonra, dekabrın 9-da, türk lideri həmçinin Azərbaycan prezidenti İlham Əliyevə də zəng edib, onu 13 dekabrda Yerusəlim məsələsi ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda təşkil olunan fövqəladə zirvə toplantısına dəvət etmişdir. Prezident İlham Əliyev bu dəvəti qəbul edib, islam həmrəyliyi işinə dəstəklə bağlı missiyanı növbəti dəfə öz üzərinə götürdüyü üçün türk liderinə  Azərbaycan xalqı adından minnətdarlığını bildirmişdir. Söhbət zamanı prezidentlər bildirmişər ki, Donald Тrаmpın Qüdsün İsrailin paytaxtı kimi tanınması haqqında qərarı «çox yanlışdır» və Amerika liderinin beynəlxalq hüquqa zidd addımları Yaxın Şərqdə  təhlükəli nəticələrə gətirib çıxara bilər. Onlar,  həmçinin innən belə də müsəlman aləminin maraqlarını müdafiə etmək niyyətlərini bildirdilər.

Xatırlatmaq lazımdır ki, bir müddət əvvəl həmçinin  İƏT da bu məsələ ilə bağlı bəyanatla çıxış edərək, bildirmişdi  ki, «Qüdsün İsrailin paytaxtı kimi tanınması yalnız  müsəlman və ərəblərə qarşı deyil, həm də Qüdsün xristian əhalisinə qarşı çevrilmişdir».

Bundan başqa, Azərbaycanın Xarici işlər nazirliyi də əvvəllər öz mövqeyini bildirmişdi. AR XİN-nin rəsmi nümayəndəsi Hikmət Hacıyev növbəti dəfə İsrail-fələstin münaqişəsilə əlaqədar Azərbaycan tərəfinin  fikrini səsləndirmişdir. Xüsusən, Azərbaycanın özünün  həllini tapmamış  Dağlıq Qarabağ münaqişəsinin olduğunu  nəzərə alaraq, şübhəsiz dövlətin İsrail-fələstin münaqişəsinin  sülh yolu ilə həllini dəstəklədiyini bildirmişdir.  Hacıyevin sözlərincə,  Azərbaycan məsələnin Şərqi Qüdsün Fələstin dövlətinin  paytaxtı olmaqla həmin ərazidə iki dövlət prinsipi ilə həlli tərəfdarıdır. Bu zaman o qeyd edib ki, Azərbaycan bu  prosesə cəlb olunan bütün tərəfləri BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırır.

Hər halda, vəziyyətin sonrakı inkişafından asılı olmayaraq, Azərbaycan tərəfi məsələnin hərbi həlli tərəfdarı deyil. Xüsusən ona görə ki, Azərbaycan və İsrail arasındaki  münasibətlər 1992-ci ildən — artıq 25 ildir ki, mövcuddur. Bundan əlavə, Azərbaycan Türkiyə, Misir, İordaniya, eləcə də keçmiş Mərkəzi Asiya sovet respublikalarından başqa, İsraillə ikitərəfli siyasi və iqtisadi münasibətlər və digər dövlətlərarası münasibətləri inkişaf etmiş bir neçə islam ölkələrindən biridir.

Şübhəsiz, baş verənlər əksəriyyəti müsəlmanların təmsil etdiyi Azərbaycan cəmiyyətində neqativ yaratmaya bilməzdi. Hətta İsrailin Azərbaycandaki səfirliyinin spikeri Avital Rozenberqin İsrailin müqəddəs yerlərdə status-kvoya sadiq olduğunu və  yəhudi, xristian, eləcə də müsəlmanların  dini etiqad azadlığını təmin etməkdə  davam edəcəyinə dair bəyanatını  nəzərə alsaq belə, əlbəttə, Тrаmpın addımları ilə bağlı narazılıq və hiddət də yer almışdır. Axı, Azərbaycan və Fələstin, həmçinin 25 ildir ki, həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar, xüsusilə İƏT çərçivəsində səmərəli əməkdaşlğa malikdirlər. Bu ilin yayında Bakıda hətta Qüdslə əlaqədar beynəlxalq konfrans keçirilib ki, orda Azərbaycan xarici işlər nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Şahin Abdullayev bir daha vurğulamışdır ki, Azərbaycan tərəfi  tezliklə Yerusəlimdə sülh və sabitliyin bərpası tərəfdarıdır.

Lakin, bütün Azərbaycanda, həm də təkcə orda olmamaqla, heç də hamı Тrаmpın qərarına müsəlmanların ünvanına təhqir kimi yanaşmır.

İsrail ətrafında bütün bu prosesdəki  ekspert dairələrində tamam başqa sualtı daşlar aşkar etmişlər. Məsələn, bəzi ekspertlər tərəfindən hətta Тrаmpın belə qərarına başlıca  səbəblərdən biri  Rusiya və onun müttəfiqləri – Türkiyə ilə İranın Suriyadaki uğurları olmuşdur– fikri ifadə edilmişdir.  Suriya sərhədlərində qeyri-sabitlik ocağı təcili olaraq məhz Amerika Birləşmiş Ştatlarına lazım gəlmiş və bu məsələdə seçim İsrailin üzərinə düşmüşdür.

risvan_guseynovQafqaz tarix mərkəzinin direktoru, Azərbaycan Milli Elmlər akademiyasının Hüquq və insan hüquqları İnstitutunun baş elmi işçisi Rizvan Hüseynov Dalma News ilə söhbətində göstərmişdir  ki, Amerika siyasəti Yaxın Şərq xalqları və ölkələrinin eləcə də, qonşu regionların  maraqlarına diametral ziddiyyət təşkil edir. Onun sözlərincə, bütün ehtimallara görə, hazırda amerikalılar tərəfindən  ardıcıl olaraq qondarma «idarəolunan xaos» siyasəti davam etdirilir.

«Mən şübhə etmirəm ki, Donald Tramp onun ABŞ prezidenti kimi Amerikanın Qüdsü İsrailin paytaxtı timsalında tanımasına dair  bəyanatının Yaxın Şərqdə böyük problemlərə  gətirib çıxaracağını çox gözəl anlayır»,- deyə o bildirmişdir.

Ekspert qeyd etmişdir  ki, Тrаmpın qəbul etdiyi qərar – bu, ilk növbədə İsrailin özünün təhlükəsizliyi, onun strateji və siyasi vəziyyətinə zərbədir. Və burada İsrailin bəzi siyasətçilərinin eyforiyası tam yersizdir. İndi İsrail dövlətinin  təhlükəsizliyi zərbə altına qoyulur və o, müxtəlif qəbildən olan terror təşkilatlarının hədəfinə çevrilir. Hüseynovun fikrincə, belə təəssürat yaranır ki, Tramp rus təbirincə desək, «ayı xidməti» göstərərək,necə deyərlər «qaş qayıran yerdə göz çıxarır» və indi İsraili Yaxın Şərq münaqişələrinin  növbəti dalğasına cəlb etmək istəyirlər ki, bu da  məlum olduğu  kimi, həmişə çox çətin həll olunur, bəzən isə, ümumiyyətlə heç olunmur.

«Bütün kardinal siyasi, hərbi və taleyüklü proseslər dünyada həmişə Yaxın Şərqdəki  münaqişəli vəziyyətlərdən başlanmışdır», — deyə o vurğulamışdır.

Bunlardan əlavə, Dalma News müsahibi xatırlatdı ki, qədimlərdən başlayaraq və daha sonralar, bir sözlə, bütün dövrlərdə türk, ərəb işğalları, Napoleon yürüşləri dövrü və daha sonra — hər yerdə görmək olar ki, fatehlər tərəfindən Yaxın Şərqdə strateji əhəmiyyətli şəhərlər: Qüds, Mosul, Kərkük, Hələb, İstanbul, Məkkə, Mədinə, Misir götürülürdü. Və indi, ekspertin sözlərincə, biz bu proseslərin təkrarını müşahidə edirik.

«Ərəb baharı bu şəhərlərdən olan dəhlizləri  nəzarət altına almağa çalışır. Və bu gün həmin siyasəti aparan qüvvələr, görünür bu dəfə İsraili hədəf altına almaq məqsədi güdürlər. Bunun  nə ilə nəticələnəcəyi  hələlik  məlum deyil, ancaq  bu, çətin ki, yaxşı başa çatsın»,- deyə Hüseynov sözünü yekunlaşdırdı.

 

Аleksandra Zuyeva (Bakı), xüsusi olaraq Dalma News üçün