İslamiada-2017 kimi də tanınmış  IV İslam həmrəyliyi oyunları Azərbaycan paytaxtında mayın 12-22-si arasında keçiriləcək. Oyunlara hələ 5 ay  qalmasına  baxmayaraq, onlara hazırlıq artıq tam gücü ilə gedir. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun jurnalistlərə dediyi kimi, Bakı tədbirlərin yüksək səviyyədə təşkili və keçirilməsini təmin etmək üçün əlindən gələni edəcək.

«Bu günədək 49 ölkə İslamiadada iştirak etməyə hazır olduqlarını bildirmişlər, lakin bu, final rəqəm deyil, o yəqin ki, artacaq. Bizim hesablamalara görə, yarışlarda təxminən 3000- 3500 idmançı iştirak etməlidir. Bütün hazırlıq işçi qaydada aparılır, nəzərdən qaçan elə bir şey yoxdur»,- deyə o bildirmişdir.

Azad Ragimov
Azad Rəhimov

Rəhimov açılış və bağlanış mərasimlərindən danışarkən bildirib ki, onlar Avropa oyunları zamanındaki kimi parlaq olacaq. «Ssenari işlənmə mərhələsindədir və biz onu açıqlamaq niyyətində deyilik, ancaq o, islam aləminin tarixinə həsr olunacaq. Bu, mənim bağlanış mərasimi barədə deyə biləcəklərimdir», – deyə nazir qeyd etmişdir.

Oyunların keçirilmə xərclərinə gəlincə, nazir qeyd edib ki, IV İslam həmrəyliyi oyunlarının büdcəsi $100 mln təşkil edir. Onun sözlərinə görə, xərclərin xeyli hissəsi İslamiadanın rəsmi açılış və bağlanış mərasimləri ilə bağlıdır.

Lakin Azərbaycanda heç də hamı hakimiyyətin sevindirici əhval-ruhiyyəsilə bölüşmür. İqtisadçı Qubad İbadoğlu Dalma Newsə bildirib ki, iqtisadi böhran dövründə İslam Oyunlarının təşkilinə $100 milyon sərf etmək yersizdir. Digər tərəfdən, ekspertin fikrincə, oyunlar hər halda ölkədə turizmin inkişafına şərait yaradır. «Hazırki ağır sosial şərait və işsizliyin səviyyəsinin artmasını nəzərə alaraq, xərclər, əlbəttə ki, böyükdür. $100 milyona minlərlə iş yeri açmaq olardı», – deyə iqtisadçı vurğulamışdır.

Ekspert Natiq Cəfərli Oyunların ölkədə turizmin inkişafına kömək edəcəyinə inanmır.

«Böhranın baş alıb getdiyi ölkədə idman yarışlarına $100 mln sərf etmək, sadəcə, mənasız və yersizdir. Hətta Səudiyyə Ərəbistanı kimi zəngin bir ölkə İslamiadanın keçirilməsinə daha az vəsait xərcləmişdir. Belə təmtəraqlı yarışlar bizə qətiyyən lazım deyil- deyə o, Dalma Newsə açıqlamasında bildirmişdir.

Azərbaycanın turizmin inkişafından böyük dividendlər əldə edə biləcəyini hesab edən iqtisadçı Vüqar Bayramov onunla razı deyil. Bayramov iddia edir ki, indi Fars körfəzi bölgələrində və zəngin islam ölkələrinində oyunların geniş, yüksək keyfiyyətli, kreativ piar-kampaniya və ölkənin turizm cəhətdən diqqətəlayiq olmasını təşkil etməlı olan Azərbaycan mədəniyyət və turizm nazirliyindən çox şey asılıdır. «Hökumətin ərəb, İran, indi isə Malayziya, Qazaxıstan və İndoneziya turistlərini daha çox cəlb etmək və bilet satışından birbaşa və turistlərin ziyarətindən dolayı kommersiya gəliri əldə etməsi üçün əla şansı var»,- deyə iqtisadçı bildirmişdir.

Azərbaycan prezidenti yanında Gənclər fondunun icraçı direktoru Fərhad Hacıyev də bu fikirdədir. O, qeyd edib ki, İslam həmrəylik oyunları forumunun keçirilməsi idmanın inkişafına böyük töhfə verəcək, çoxsaylı turistlər isə ölkənin tarixi, qədim ənənələri, o cümlədən müasir Bakının gözəlliklərilə tanış olmaq imkanı əldə edəcəklər.

«İslam həmrəylik oyunlarının Azərbaycanda keçirilməsi —təkcə idman tədbiri deyil, həm də siyasi hadisədir. Onların keçirilməsi tarixdə islam həmrəyliyini yeni dəstək modeli kimi qalacaq»,— deyə Hacıyev Dalma Newsə bildirərək əlavə etmişdir ki, Azərbaycan islam dünyasında öz layiqli yerini tutur.

c5c94782bccfe2d191e8ff5a38e2ba87

Azərbaycan Turizm assosiasiyasının (ATA) rəhbəri Nahid Bağırov Dalma News müxbiri ilə söhbətində bildirib ki, İslamiada Bakıya ərəb ölkələrindən çoxlu turist cəlb edəcək. «Azərbaycanda ərəb turistlərinin sayı onsuz da artıb. Əvvəllər ərəbdilli qonaqların belə bir axını müşahidə olunmamşdı. Hal-hazırda Bakınin bütün bahalı brend otellərı 50-60% ərəb ölkələrindən olan qonaqlarla doludur. Ərəb turistləri ən yaxşı turistlərdir. Onlar istirahət edir, pul xərcləyir, restoranlara gedir və alış-veriş edirlər», – deyə ekspert bildirir.

Onun sözlərincə, ərəb ölkələrindən qonaqların axını Azərbaycan mədəniyyət və turizm nazirliyində istinad olunan düzgün marketinq planınin nəticəsidir. Məsələn, hələ bir neçə il əvvəl Birləşmiş Ərəb əmirliklərində Azərbaycanın ilk turizm nümayəndəliyi açılmışdır. Təməli yaxşı qoyulan iş bir neçə il sonra turistlərin indiki axınına gətirib çıxarmışdır. Və Bakıda İslamiada günlərində on minlərlə yeni ərəb turistləri gözlənilir.

Belə çıxır ki, İslamiada neftin qiymətlərinin aşağı düşməsi nəticəsində necə deyərlər, büdcədə yaranmış deşikləri yamamaq üçün Azərbaycan hakimiyyəti tərəfindən ərəb turistlərini cəlb etmək üzrə bir növ vasitə və çıxış yolu kimi nəzərdən keçirilir.Onlarda bunun alınıb-alınmayacağını isə zaman göstərər.

Məqsud Talıblı