Bakıda Mərdəkan qəsəbəsində yerləşən çimərliklərin birində gənclər rənglər festivalını reallaşdıra bilib. ANS PRESS-ın məlumatına görə, 350-dən artıq gəncin iştirak etdiyi festivalda hətta əcnəbi qonaqlar da iştirak edib.

Tədbirə gələnlərə “Holi Color” şouda iştirak etməklə bərabər məşhur dj-lərin ifasında ən müasir elektron musiqisini dinləmək imkanı verilib. Ərazidə quraşdırılan müxtəlif əyləncə atraksionları və oyunlar, voleybol və futbol meydançalarından istifadə də festivala gələnlərin ixtiyarında olub.

“Holi” Hindistan dövlətinin milli bayramıdır. Bu bayram özündə təbiətin rəngarəngliyi və insanla ətraf mühitin vəhdətini tərənnüm edir. Məhz buna görə də, bu tarixi bayram hind mədəni irsinin bir hissəsidir və artıq yüz illərdir qeyd olunur. Bütün dünyada bu festivala maraq çox böyükdür. Artıq iri şəhərlərin çoxunda bu festifal keçirilir.